Ətin qiymətində bahalaşma - səbəb nədir?
14.07.2022 [10:05]
Nicat Dilqəmli
Qurban bayramı islam aləmində müqəddəs bayramlardan biridir. Mərasimlərdə qoyun, qoç, inək, dana və ya dəvə kəsilir. Qurbandan (niyyətdən asılı olaraq) bir hissə pay göndərilir, digər hissələr isə ehtiyac sahiblərinə paylanır. Hamıya bərabər pay verilir, qurban kəsən özü də bərabər pay götürə bilər. Bu ənənə müsəlman ölkələri arasında da davam etdirilir. Belə ki, müqəddəs bayram ərəfəsində bəzi ölkələr bir-birilərinə kəsilən qurbanlardan pay göndərirlər.
Müsəlmanlar üçün çox böyük əhəmiyyətə malik olan bu bayramda ətin qiymətində artım müşahidə olunur. Ölkəmizdə də demək olar ki, hər il Qurban bayramı ərəfəsində ətin qiyməti bir qədər bahalaşır. Bir neçə ildir ki, əsasən quzu və qoyun ətlərinin qiymətlərindəki artım bayramdan sonra stabilləşir. Lakin görünən odur ki, Qurban bayramı başa çatsa da, quzu və qoyun ətinin qiymətləri enmək bilmir. Bayramdan sonra Azərbaycanda quzu ətinin bahalaşdığının şahidi olduq.
Paytaxtın müxtəlif ərazilərində yerləşən satış məntəqələrindəki vəziyyətlə tanış olduq. Məlum oldu ki, bazarda qoyun əti 7-8, quzu əti isə 15-16 manatdır. Halbuki indiyə kimi quzu əti 13-14 manat idi.
Bəs quzu ətinin baha olmasının səbəbi nədir?
Ət satışı ilə məşğul olan şəxslər ölkə üzrə quzu ətinin topdansatış qiymətinin artdığını deyirlər. Heyvandarlıq təsərrüfatlarının sahibləri də deyilən fikirləri təsdiqləyirlər.
Mal-qaranın əsas qidasını təşkil edən otun bahalaşmasının səbəblərindən biri məhsuldarlığın az olmasıdır. Digər səbəb isə xaricdən idxal olunan gübrələrin bahalaşmasıdır.
Mövzu ilə bağlı “Yeni Azərbaycan” qəzetinə danışan Azad İstehlakçılar Birliyinin ( AİB ) sədri Eyyub Hüseynov bildirib ki, əsasən bayramlarda bəzi mallara, xidmətlərə qiymətlərin artması olur: “Əfsuslar olsun ki, sonra isə bu, belə də qalır, qiymətlər enmir. Hesab edirəm ki, bu Qurban bayramı ərəfəsində hökumət, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ( AQTA ) qiymətin stabil qalması üçün effektiv iş gördü. Lakin əlbəttə bu, müvəqqəti ola bilərdi. Çünki bazar tələb və təklif aksiomu ilə işləyir. Ətin qiymətinin qalxması labüddür və bundan sonra da bu, davam edəcək”.
Birlik sədri müşahidə edilən qiymət artımının səbəblərini də sadalayıb: “Səbəblərdən biri budur ki, əhali heyvan saxlamaqdan imtina edib, insanlar ağır kənd təsərrüfatı işindən uzaqlaşırlar. İkinci bir məsələ isə heyvandarlıq üçün lazım olan örüş torpaqlarının pambığa verilməsi və heyvandarlıq üçün nəzərdə tutulan sahələrin azalmasıdır. Digər səbəb kimi isə heyvandarlıq sənayesinin getdikcə təmərküzləşməsi, böyük heyvandarlıq fermalarının əlində birləşməsidir. Belə birləşmə isə qiymətin kartel sövdələşmələri ilə diktə olunmasına gətirib çıxarır. Qiymətlərin artmasında kartel sövdələşmələrinin xüsusi rolu var”.
“Bu məsələlər o vaxt həll oluna bilər ki, kooperasiya haqqında qanun işləsin, kəndlilər öz təsərrüfatlarını birləşdirsinlər və üstəlik, azad olunmuş torpaqlarda böyük heyvandarlıq kompleksləri tikilsin və istifadəyə verilsin. Ondan sonra qiymətlərin aşağı düşməsi ehtimalı ola bilər. Əks halda, bu vəziyyət davam edəcəkdir. Yemlərin, əkib-becərmək üçün lazım olan resursların bahalaşması - hamısı qiymət artımına təsir göstərən amillərdir”, - E.Hüseynov qiymət artımına səbəb olan amillərdən danışarkən qeyd edib.
“Cənab Prezidentin də dəfələrlə öz çıxışlarında vurğuladığı kimi, ölkədə kartel sövdələşmələri var, qiymətlərin sövdələşmə əsasında diktə olunması var”, - deyə fikirlərinə əlavə edib.
“Dünyada ərzaq qiymətlərində artım müşahidə olunur. Biz xaricdən kifayət qədər məhsul idxal edirik. Digər tərəfdən, Azərbaycanda da süni qiymət artımı edənlər, müəyyən hallarda inhisarçılıq, monopoliya var. Dövlətimizin başçısı da öz çıxışında qeyd etmişdi ki, artıq ərzaqla bağlı müəyyən ciddi problemlər var. Məsələ çox ciddidir. Ərzaq qıtlığı bütün dünyada var. Xüsusilə Rusiya-Ukrayna müharibəsi burada öz təsirini göstərir”. Bu fikirləri “Yeni Azərbaycan” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov səsləndirib.
Millət vəkili sahibkarlara səslənərək bildirib ki, süni qiymət artımına yol verməsinlər: “Sahibkarlar da bilməlidirlər ki, ümumiyyətlə, qiymət artımına getmək olmaz. İnsanların əziyyət çəkməmələri üçün maksimum az gəlirlə bu vəziyyətdən çıxmaq lazımdır”.
Xəbər lenti
Hamısına baxİdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40

