Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / İqtisadi siyasətin önəmli istiqaməti - SƏNAYELƏŞMƏ

İqtisadi siyasətin önəmli istiqaməti - SƏNAYELƏŞMƏ

22.07.2022 [10:12]

Prezident: Bizim uğurlu inkişafımız qeyri-neft sənayesinin hesabına təmin edilməlidir

Mübariz ABDULLAYEV

Ölkələrin inkişafı müxtəlif amillərlə şərtlənir. Dünyanın iqtisadi xəritəsinə nəzər salsaq, görərik ki, innovativ əsaslı, elm tutumlu sənaye quruculuğuna malik ölkələr inkişafın daha yüksək pilləsində qərar tutublar. Belə ölkələr bir sıra üstünlüklər qazanırlar  -  əmək bazarında problemlər yaşanmır, milli gəlirin əhəmiyyətli  hissəsi böyük dəyərə malik sənaye məhsullarının ixracı hesabına formalaşır, xarici bazarlardan asılılıq aradan qalxır və s. Müasirləşmə xətti tutan Azərbaycan da dünyadakı trendləri və ölkənin potensialını nəzərə almaqla sənaye inkişafına xüsusi önəm verir.

Sistemli və məqsədyönlü siyasət

Son illərdə ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin ən önəmli istiqamətlərindən birini məhz sənayenin, xüsusilə qeyri-neft sənayesinin sürətli inkişafı təşkil edir. Dövlət başçımızın “Bizim uğurlu inkişafımız qeyri-neft sənayesinin hesabına təmin edilməlidir” prinsipinə əsaslanmaqla digər istiqamətlərlə yanaşı, qeyri-neft sənayesinin inkişafına da xüsusi önəm verilir, mövcud təbii və iqtisadi resurslardan səmərəli istifadə olunması, innovativ metodlarla sənaye istehsalının genişləndirilməsi, yeni istehsal sahələrinin yaradılması, yüksək əlavə dəyər yaradan rəqabətqabiliyyətli məhsul istehsalı, qabaqcıl texnologiyaların daha geniş tətbiqi istiqamətində sistemli və nəticəyönümlü tədbirlər həyata keçirilir. Bu baxımdan, hazırkı dövrün iqtisadi inkişaf tələbləri ilə uzlaşan mütərəqqi mexanizmlərin tətbiqi - sənaye zonalarının yaradılması xüsusi əhəmiyyət kəsb edir. Sənaye zonaları sahibkarlıq fəaliyyətinin genişləndirilməsində, biznesin innovativliyinin və səmərəliliyinin artırılmasında, yüksək texnologiyalara əsaslanan rəqabətədavamlı məhsul istehsalında, neft-qaz amilindən asılılığın azaldılmasında, qeyri-neft sektorunun inkişafında və əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində mühüm amilə çevrilir.

Hədəflənən məqsədlərə nail olunmasında səmərəli, daha çevik idarəetmə mexanizminin qurulması mühüm önəm daşıyır. Bu baxımdan Prezident İlham Əliyevin 2021-ci il 22 yanvar tarixli Fərmanı ilə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin yaradılmasının önəmini xüsusi qeyd edə bilərik. Agentlik 6 sənaye parkının (Sumqayıt Kimya, Pirallahı, Mingəçevir, Qaradağ, Ağdam və Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları), 4 sənaye məhəlləsinin (Sabirabad, Masallı, Neftçala, Hacıqabul sənaye məhəllələri) və 51 aqroparkın fəaliyyətinin təşkili, onların idarə olunması və inkişafı ilə bağlı tədbirlər hazırlayır və həyata keçirilməsini təmin edir.

Əlverişli investisiya və biznes mühiti

Sənaye zonalarının təşkili əhəmiyyətlidir. İlk növbədə onu qeyd edək ki, bütün sənaye zonalarında sahibkarlar üçün əlverişli investisiya və biznes mühiti yaradılıb. Belə ki, sənaye parklarının rezidentləri dövlət vəsaiti hesabına tam infrastruktur sistemi ilə təmin edilirlər. Rezidentlər qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak, torpaq, gəlir və ya mənfəət vergilərindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı əlavə dəyər vergisindən və 7 il müddətinə gömrük rüsumlarından azad olunurlar.

108 sahibkarlıq subyektinə rezidentlik statusu

Sənaye zonaları üzrə indiyədək 108 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və bunlardan artıq 58-i istehsal fəaliyyətinə başlayıb. Sahibkarlar tərəfindən indiyədək sənaye zonalarına 6,4 milyard manatdan çox investisiya yatırılıb və 10 min 100-dən artıq daimi iş yeri yaradılıb. Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 450 milyon manatdan çox investisiyanın yatırılması və 4500-dən artıq yeni iş yerinin açılması nəzərdə tutulur.

Prezident İlham Əliyevin 2011-ci il 21 dekabr tarixli Fərmanı ilə təşkil olunan Sumqayıt Kimya Sənaye Parkı  Azərbaycanda yaradılmış ilk sənaye zonasıdır. Cənubi Qafqazın ən böyük Sənaye Parkının ərazisində neft-kimya, kimya, tikinti materiallarının istehsalı və digər prioritet sənaye sahələri üzrə müəssisələr fəaliyyət göstərir, həmçinin yeni istehsal və emal müəssisələri yaradılır. İqtisadiyyat naziri Mikayıl Cabbarovun verdiyi məlumata əsasən, sözügedən Sənaye Parkında ümumi investisiyaların həcmi 3,27 milyard ABŞ dollarından artıq olan 31 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. İndiyədək Sənaye Parkına rezidentlər tərəfindən 3,1 milyard ABŞ dollarına yaxın sərmayə yatırılıb. Qeydiyyata alınmış 31 reziden?dən 17-si artıq fəaliyyət göstərir. Bu günlərdə Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən “Glassica” Qapalı Səhmdar Cəmiyyəti və “Azərsulfat” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə SKSP-da fəaliyyət göstərən müəssisələrin sayı 19-a çatıb.

Bildirildiyi kimi, “Glassica” Qapalı Səhmdar Cəmiyyətinin şüşə tara məhsullarının istehsalı müəssisəsinin ümumi investisiya dəyəri 20 milyon manatdan çoxdur. Müəssisədə il ərzində 90 milyon ədəd müxtəlif çeşidli rəngli şüşə tara məhsulları (butulka) istehsal olunacaq. Sənaye Parkının 2,6 hektar ərazisində inşa edilmiş müəssisədə 160 nəfər daimi işlə təmin ediləcək. Müəssisənin layihələndirilməsi və qabaqcıl texnologiyalarla təchiz olunması Almaniyanın dünyada şüşəəritmə texnologiyaları sahəsində 135 ildən çox təcrübəyə malik “HORN Glass Industries AG” şirkəti tərəfindən həyata keçirilib.

Dövlətimizin başçısının açılışına qatıldığı  “Azərsulfat” Məhdud Məsuliyyətli Cəmiyyətinin yeni inşa edilmiş sulfat turşusu istehsalı müəssisəsi 1,5 hektar ərazidə inşa edilib. Müəssisədə mineral gübrələrin (superfosfat, amonium-sulfat) istehsalında, kimya sənayesi və metallurgiyada, neft sənayesində təmizləyici maddə kimi istifadə olunan sulfat turşusu məhsulunun istehsalı həyata keçiriləcək. Müəssisənin illik istehsal gücü 20 min tondur.

Yeni məhsullarla xarici bazarlara çıxış

Sənaye zonalarında buraxılan müxtəlif təyinatlı məhsullar yüksək rəqabət qabiliyyətinə malikdir. Buna görə də buraxılan məhsulların xarici bazarlara asan çıxışı təmin edilir. Ötən müddətdə sənaye zonalarında ümumilikdə 7,17 milyard manatlıqdan çox məhsul istehsal edilib və bunun 2,3 milyard manatlıq hissəsi (təqribən 32,7 faizi) ixrac olunub. “Made in Azerbaijan” brendi ilə buraxılan sənaye məhsullarının ixrac coğrafiyası kifayət qədər genişdir. Bura Türkiyə, Yaponiya, ABŞ, Kanada, İtaliya, Çin, Rusiya, Ukrayna, Belarus, Tayvan, Bolqarıstan, Rumıniya, Polşa, Finlandiya, Niderland, Makedoniya, Litva, Avstriya, Estoniya, Danimarka, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Gürcüstan, Qırğızıstan, Braziliya, Misir, BƏƏ, Livan, İraq və sair ölkələr daxildir.

Ənənəvi istehlakçılarla yanaşı, yeni bazarlar da fəth olunmaqdadır. İqtisadi Zonaların İnkişafı Agentliyindən “Yeni Azərbaycan”a verilən məlumata əsasən, bu yaxınlarda SKSP-nın rezidenti “ALCO” MMC Avropa ölkələrinə - İspaniya, eləcə də Bosniya və Herseqovinaya sürtkü yağlarının ixracına başlayıb. Şirkət tərəfindən bu ölkələrə 5 min ton həcmində məhsul göndərilib.

Qeyd edək ki, “ALCO” MMC 2016-cı ildə Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. Şirkət Sənaye Parkının ərazisində Almaniya və İtaliya texnologiyası əsasında müxtəlif çeşiddə sürtkü yağlarının və antifrizin istehsalını həyata keçirir. İstehsal olunan məhsullar dünyanın 30-a yaxın ölkəsinə “Made İn Azerbaijan” brendi ilə ixrac edilir. İnvestisiya dəyəri 15 milyon ABŞ dolları olan müəssisədə 150 nəfər insan daimi işlə təmin edilib.

SKSP-da fəaliyyət göstərən “Azertexnolayn” MMC də məhsul istehsalının həcmini artırır və ixrac coğrafiyasını genişləndirir. Belə ki, şirkət Avropanın daha bir ölkəsinə - Finlandiyaya quyu qapaqlarının ixracına başlayıb. İlkin mərhələdə sifarişçi tərəfə 240 tondan çox məhsulun göndərilməsi nəzərdə tutulur. Həmçinin Sumqayıt Kimya Sənaye Parkının digər rezidenti olan “Azerfloat” QSC-nin istehsal etdiyi məhsulların ixrac coğrafiyası genişlənir. Belə ki, şirkət ilk dəfə olaraq İrlandiyaya ağ şəffaf şüşə vərəqələrin ixracına başlayıb. İlkin olaraq qarşı tərəfə 140 ton məhsul göndərilib. Dövlət başçısının SKSP-da açılışına qatıldığı müəssisələrdə buraxılan məhsulların da müəyyən hissəsi ixraca yönəldiləcək.

Paylaş:
Baxılıb: 151 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Dünya

Xəbər lenti

Xarici siyasət

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

18 Avqust 10:30

Siyasət

Bu da sübut!

18 Avqust 10:29

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Gündəm

Xəbər lenti

Xəbər lenti

Sosial

Xəbər lenti

Sümük köçü

17 Avqust 10:47

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31