Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / İstilik təchizatı sistemində yeni qaydalar

İstilik təchizatı sistemində yeni qaydalar

27.07.2022 [09:58]

M.FEYİZLİ

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev bu günlərdə “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. Qanunda müvafiq dəyişikliklərin edilməsi zərurətə çevrilmişdi, desək, əsl həqiqəti ifadə etmiş olarıq.  Son vaxtlarda respublikamızda əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsi ümumən yüksəlsə də, bu sahədə müəyyən boşluqların olduğu da hər kəsə bəllidir. Qanuna edilən dəyişikliklər istehsalçı-istehlakçı münasibətlərinə xələl gətirən belə boşluqların aradan qaldırılmasını hədəfləyir. Dəyişikliklərdə həm istehsalçıların, həm də istehlakçıların maraqları nəzərə alınıb.

Sonu görünməyən isitmə və ödəmə problemi

Belə boşluqlar istilik təchizatı sistemində daha qabarıq şəkildə hiss olunur. İndiyədək şəbəkəyə qoşulmada tez-tez problemlər yaşanıb. İstehlak olunan istiliyin dəyərinin ödənilməsinin optimal mexanizminin olmaması istehsalçılarla istehlakçılar arasında sonu görünməyən mübahisələrə yol açır. İstilik təchizatı müəssisələri əbədi olaraq yığım faizinin aşağı səviyyədə olmasından şikayətlənir. İstehlakçılar da cavab olaraq bildirirlər ki, mənzillərinə istilik az verilib və yaxud heç verilməyib. Beləliklə, min bir əziyyətlə, böyük xərclər müqabilində istilik istehsal edən “Azəristiliktəchizat” xərclərini bağlaya bilməyən, işlətdiyi qazın haqqını ödəmək iqtidarında olmayan bir quruma çevrilib. Son isitmə mövsümünün başlanğıcında “Azəristiliktəchizat”la “Azəriqaz” arasında yaranan borc qalmaqalı hər kəsin yadındadır. “Azəriqaz” yığılıb qalan borclarının ödənilməsini istəyirdi. Qarşı tərəfin isə borcları bağlamağa, sadəcə imkanı yox idi. Yenə də, ilk növbədə, o səbəbdən ki, abonentlər də istehlak etdikləri istiliyin haqqını ödəməyə tələsmirlər. Öz növbəsində abonentlərin də səsləndirdikləri iddialar tam əsassız deyil. Bir sıra hallarda mənzillərdəki batareyaların adamın əlini üşütdüyü paytaxtımızın və mərkəzi istilik təchizatı sistemi olan digər iri şəhərlərimizin kədərli reallıqları sırasında yer alır. Qış aylarında mərkəzi sistemdən istilik almayan sakinlər mənzillərinə kombi quraşdırmaq məcburiyyətində qalırlar ki, bu da əlavə xərclər deməkdir.

Hansı yeniliklər gözlənilir?

Bəs Qanuna edilən dəyişikliklərdə istehsalçıları və istehlakçıları hansı yeniliklər gözləyir? Bu sualla “Azəristiliktəchizat” ASC-yə müraciət etdik. Qurumun İctimaiyyətlə Əlaqələr üzə Xidmətinin rəhbəri Elvin Basqallının “Yeni Azərbaycan”a verdiyi məlumatda bildirilir ki, “Elektroenergetika haqqında” A?ərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 17 iyun tarixli 546-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 13 iyun tarixli 723 nömrəli və “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2018-ci il 16 iyul tarixli 204 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 25 iyul 2022-ci il tarixli Fərmanı  istilik enerjisi sahəsində fəaliyyətin gücləndirilməsi, səmərəliliyin artırılması və istehlakçıların istilik enerjisinə olan tələbatının etibarlı şəkildə ödənilməsinin təmin edilməsi məqsədi ilə yeni hüquqi bazanın yaradılması  istiqamətində mühüm rol oynayacaq.

Elvin Basqallının təqdim etdiyi məlumatda vurğulanır ki, Fərmanda, ilk növbədə, bu sahəni tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilməsi, istilik enerjisindən istifadə qaydalarının təsdiq olunması nəzərdə tutulur ki, bu da istilik enerjisindən istifadə sahəsində enerji təchizatı müəssisəsi ilə həm istehlakçı, həm də digər qurumlar arasında qarşılıqlı münasibətləri tənzimləyən sənəd olacaqdır.  Redaksiyamıza daxil olan məlumatda oxuyuruq: “Hazırda  istilik enerjisi sahəsində istehlakçı və enerji təchizatı müəssisəsinin hüquq və vəzifələri, texniki şərtlərin verilməsi, sayğacların quraşdırılması, hesablaşmaların aparılması, istilik enerjisinin verilməsinin dayandırılması, təchizatçı və istehlakçı arasında sərhədlərin m?əyyənləşdirilməsi kimi məsələləri tənzimləyən və ümumilikdə sistemin səmərəli fəaliyyətinə təsir edə biləcək hüquqi aktların hazırlanmasına böyük ehtiyac vardır ki, qeyd olunan Fərman bu sahədə münasibətlərin tənzimlənməsində əhəmiyyətli rol oynayacaqdır.

Bundan başqa sözügedən Fərman “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan bir sıra tənzimləyici alətlərin istilik enerjisi sahəsində də tətbiqinin nəzərdə tutulması və bu sahədə idarəetmənin təşkil olunmasını tənzimləyən sənəd kimi xüsusi əhəmiyyətə malikdir.”

Paylaş:
Baxılıb: 124 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

12 Avqust 10:29

İqtisadiyyat

MEDİA

Gender bərabərliyi

12 Avqust 10:21

Yeni texnologiyalar

Xəbər lenti

4 ildən sonra...

12 Avqust 10:16

Siyasət

Siyasət

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Dünya

Ədəbiyyat

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31