Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Növbədə Macarıstandır

Növbədə Macarıstandır

18.01.2023 [10:20]

Azərbaycandan Avropaya mavi yanacaq ixracı artmaqda davam edəcək

MÜBARİZ

Avropada Azərbaycanla enerji əməkdaşlığına maraq getdikcə artır. Bu da təsadüfi deyil. Ölkəmiz ədalətli enerji siyasəti həyata keçirir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, tərəfdaşlarla birgə layihələrin reallaşdırılması qarşılıqlı maraqlara əsaslanmalıdır və bundan bütün tərəflər fayda götürməlidirlər. Respublikamız ən kritik məqamlarda belə özünün bu yanaşmasına sadiqlik nümayiş etdirir. Hazırda məlum səbəblərdən Avropa məkanında yeni mənbələrdən enerji daşıyıcılarının tədarükünə tələbat artıb. Zəngin resurslara malik Azərbaycan isə yaranmış vəziyyətdən sui-istifadə etmək barədə əsla düşünmür və öhdəliklərini yüksək səviyyədə yerinə yetirir. Bu da istehlakçı ölkələrdə respublikamıza və onun Liderinə böyük inam formalaşdırır.

Növbəti tədarük ünvanı

Son illərdə Azərbaycan Avropanın enerji təhlükəsizliyində daha fəal yer almağa başlayıb. Deyə bilərik ki, ölkəmiz qoca qitənin enerji xəritəsini yeniləyib. Biz ötən il Avropanın ayrı-ayrı ölkələrində Azərbaycan qazının tədarükü ilə bağlı bir-birinin ardınca önəmli tədbirlərin keçirildiyinin şahidi olduq. Belə deyə bilərik ki, Azərbaycan qazına müştəri düşən Avropa ölkələri növbəyə dayanıblar və sıralarının gəlməsini səbirsizliklə gözləyirlər. Biz Prezident İlham Əliyevin təkcə son aylarda Albaniyada, Serbiyada, Bolqarıstanda və digər məkanlarda apardığı enerji dialoqunu böyük qürur hissi ilə izlədik. Belə dialoq, həmçinin Avropa İttifaqının və ayrı-ayrı dövlətlərin yüksəksəviyyəli rəsmiləri ilə Bakıda da aparılıb.  Ötən ilin yayında Bakıda Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalayıblar. Bu, ölkəmizin enerji resurslarının daha da inkişaf etdirilməsi istiqamətində atılmış vacib addımdır. Çox doğru olaraq bu sənəd Azərbaycanla Avropa İttifaqı arasında enerji əməkdaşlığının perspektivə hesablanan yol xəritəsi kimi dəyərləndirilir.

Yaxın perspektivdə Avropada Azərbaycandan qaz tədarük edəcək ölkələrdən biri də Macarıstan ola bilər. Artıq Azərbaycan qazının, eləcə də Türkiyənin dəniz limanlarına çatdırılan mayeləşdirilmiş təbii qazın (LNG) tədarükü ilə bağlı kommersiya danışıqlarına başlanılıb. Bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto Budapeştdə Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varankla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycan qazının Avropaya tədarükünün genişləndirilməsi boru kəməri infrastrukturuna böyük investisiyalar tələb edəcək və Macarıstan belə layihələrin həyata keçirilməsində Avropa İttifaqının maliyyə yardımına ümid edir. Siyarto bildirib ki, hazırda ölkə üçün yeganə etibarlı qaz mənbəyi “Türk axını” boru kəməridir.

Macarıstan hökumətinin enerji mənbələrinin şaxələndirilməsinə üstünlük verdiyini vurğulayan Siyarto qeyd edib ki, bunun üçün ən real variant Azərbaycan qazı və Türkiyə limanlarına gələn LNG-dir.

Avropa üçün yeni mənbə

Hazırda enerji böhranı yaşayan Avropa üçün Azərbaycan yeni etibarlı mənbə qismində çıxış edir. Qoca qitə özünün enerji təhlükəsizliyini şaxələndirilmiş mənbələr hesabına təmin etməyi və daha böyük həcmlərdə mavi yanacaq idxalına nail olmağı hədəfləyib. Azərbaycan bu ehtiyacı ödəməyə hazır və qadir ölkədir. Qaz yataqlarının istismarı ölkəmizin uzunmüddətli dövrə hesablanan enerji strategiyasının neftdən sonra ikinci mərhələsini təşkil edir. Müstəqil Azərbaycanın “Əsrin müqaviləsi”ndən sonra transmilli şirkətlərlə imzaladığı ikinci böyük kontrakt “Şahdəniz” qaz yatağı üzrədir. Bütövlükdə Azərbaycanın təsdiq edilmiş mavi yanacaq ehtiyatlarının həcmi 2,6 trilyon kubmetrə bərabərdir. Azərbaycan qazını xarici istehlakçılara çatdırmaq üçün 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri istismara verilib. “Şahdəniz” yatağının birinci mərhələsi çərçivəsində hasil edilən qazın bu kəmərlə ixracına başlanılıb. Bununla da Azərbaycan özünü dünyada həm də mavi yanacaq ölkəsi kimi təsdiqləməyə başlayıb. Lakin “Şahdəniz” və digər yataqların zəngin ehtiyatlarının Avropaya çatdırılması üçün daha böyük həcmli yeni dəhlizin yaradılmasına ehtiyac var idi. Beləliklə, respublikamız özünün böyük qaz həcmlərini ixrac etmək və Avropanın enerji təhlükəsizliyinə yeni töhfələr vermək məqsədilə Cənub Qaz Dəhlizinin yaradılması təşəbbüsünü irəli sürüb. Cənub Qaz Dəhlizi ideyası Azərbaycanın iradəsi və liderliyi sayəsində reallığa çevrilməyə başlayıb. 2011-ci ildə Azərbaycan və Avropa Komissiyası arasında Cənub Qaz Dəhlizi layihəsi üzrə Birgə Bəyannamə imzalanıb və bu, həmin layihənin icrasının başlanğıc mərhələsi olub.

Cənub Qaz Dəhlizi üç boru kəmərindən ibarət inteqrasiya edilmiş boru kəmərləri sistemidir - Cənubi Qafqaz boru kəməri, Trans-Anadolu (TANAP) boru kəməri və Trans-Adriatik (TAP) boru kəməri. TAP İtaliyaya qədər uzanır. Hazırda Cənub Qaz Dəhlizinin Avropada yeni qollarının yaradılması ilə bağlı intensiv müzakirələr aparılır. Ötən il oktyabrın 1-də Prezident İlham Əliyevin iştirakı ilə Bolqarıstan Respublikasının paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimi keçirilib. Yeni layihələrin icrası da gündəlikdədir. Cənub Qaz Dəhlizinin  TANAP və TAP seqmentlərinin genişləndirilməsi, bu marşrutun Avropada yeni qollarının yaradılması Azərbaycana yeni ixrac imkanları qazandıracaq. Prezident İlham Əliyev yanvarın 16-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimindəki çıxışında respublikamızdan gələcəkdə qaz ixracı həcmlərinin artırılacağına diqqət çəkərək vurğulayıb: “Cəmi iki il əvvəl Azərbaycan Cənub Qaz Dəhlizi meqa enerji layihəsini öz tərəfdaşları ilə başa çatdırıb, Azərbaycandan Cənubi Avropaya gedən inteqrasiya edilmiş boru kəmərləri sistemini qurub. Həmin boru kəmərinin uzunluğu 3500 kilometrdir.

Təbii qaz ixracımız artır - ötən il 19 milyard kubmetr idisə, bu il 24 milyard kubmetrə çatacaq. O, artmaqda davam edəcək”.

Paylaş:
Baxılıb: 85 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sabahın hava proqnozu

04 Fevral 12:34

Xəbər lenti

Fevralın 15-dən...

04 Fevral 11:30

Xəbər lenti

MEDİA

Sosial

Ödənişli olacaq

04 Fevral 10:44

Analitik

Siyasət

Gündəm

Siyasət

Səkkiz gün keçdi...

04 Fevral 10:17

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Son 5 ay ...

03 Fevral 11:02

Sosial

Ədəbiyyat

Allahı qoruyan şair

03 Fevral 10:56

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28