Proses sadələşdi
10.02.2023 [11:04]
Mənzil almaq istəyən vətəndaşlar...
Nicat Dilqəmli
Şəxsi mənzilə sahib olmaq niyyətində olan vətəndaşları maraqlandıran əsas məsələlərdən biri ipoteka kreditlərinin verilməsidir. Bu sahədə indiyə qədər xeyli sayda qərar qəbul edilib, sənədlər imzalanıb. Qeyd etmək lazımdır ki, sosial siyasəti əsas prioritetlərindən biri olaraq müəyyənləşdirən Azərbaycanda əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər davamlı xarakter daşıyır. İpoteka kreditlərinin verilməsində bir çox güzəştlər tətbiq edilir ki, bu da kreditləri vətəndaşlar üçün əlçatan edir. Müasir çağırışların tələblərinə uyğun olaraq, bu sahədə mütəmadi olaraq yeniliklər həyata keçirilir. Təbii ki, burada məqsəd əlavə vaxt itkisinin qarşısının alınması, nəticə etibarı ilə vətəndaşların rahatlığının təmin edilməsidir.
Bugünlərdə Prezident İlham Əliyevin imzaladığı “İpoteka haqqında” və Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunlar da bu sahədə görülən işlərin davamlılığını bir daha nümayiş etdirir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib. Bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.
Dəyişikliklə aşağıdakı məzmunda maddələr əlavə edilib: “12.3-1. Daşınar əşyanın ipotekasının dövlət qeydiyyatına alınması üçün zəruri olan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.
14.2-1. İpotekanın əlavə dövlət qeydiyyatı üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir”.
Bundan başqa, dövlət başçısı Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu da imzalayıb.
Dəyişikliklə məcəlləyə aşağıdakı məzmunda maddələr əlavə edilib:
“21.2-1. Bu Məcəllənin 21.2-ci maddəsində nəzərdə tutulmuş sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.
24.2-1. Bu Məcəllənin 24.2-ci maddəsində nəzərdə tutulmuş sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir”.
Həmin məcəllənin 51.4-cü maddəsinə aşağıdakı məzmunda üçüncü və dördüncü cümlələr əlavə edilib: “Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün nəzərdə tutulmuş sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir”.
Qanunlara edilən müvafiq dəyişikliklər barədə “Yeni Azərbaycan” qəzetinə danışan Ramil Qasımzadə düzəlişlərin əsasən sənədlərin elektron hökumət informasiya sistemi vasitəsilə alınmasından ibarət olduğunu diqqətə çatdırıb: “Bəzi sənədlər var ki, ərizəçidən deyil, birbaşa olaraq sorğu əsasında məlumatı verən müvafiq qurumdan tələb olunacaq. Təbii ki, burada ərizəçinin razılığı tələb olunur. Daha aydın başa düşülməsi üçün nümunə üzərindən izah etmək istərdim. Məsələn, evin girovda olub-olmaması ilə bağlı sorğunu Əmlak Məsələləri Dövlət Xidmətindən birbaşa əldə etmək mümkün olacaq. Yeniliklər əsasən texniki məsələlərdən ibarətdir”.
R.Qasımzadə deyir ki, bununla da vaxt itkisinin, vətəndaşlardan əlavə sənədlərin tələb edilməsinin qarşısı alınacaq: “Bildirmək istərdim ki, müvafiq düzəlişlər vətəndaşların ipotekaya əlçatanlığının rahatlıqla təmin edilməsi ilə nəticələnəcək”.
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

