Qarabağın iqtisadi inkişafı gündəmdə
04.10.2023 [11:10]
MÜBARİZ
Qalib Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinlərin cəmiyyətimizə reinteqrasiya edilməsi ilə bağlı planları kifayət qədər genişdir. Ölkəmiz onları öz vətəndaşları hesab edir və hüquqlarının qorunmasına geniş təminatlar verir. Artıq Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası ilə bağlı əməli fəaliyyətə start verilib. Bununla əlaqədar, Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədov 2023-cü il sentyabrın 21-də, 25-də və 29-da Yevlax və Xocalı şəhərlərində erməni sakinlərin nümayəndələri ilə görüşüb. Həmin görüşlərdə müxtəlif istiqamətlərdə, o cümlədən də iqtisadi sahədə inteqrasiya planları erməni sakinlərinin nümayəndəərinin diqqətinə çatdırılıb.
Fiziki və sosial infrastruktur təminatı
Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərin ölkənin digər regionlarına reinteqrasiyasını təmin etmək məqsədilə Prezident İlham Əliyevin imzaladığı müvafiq sənəd əsasında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb. Qarabağ və Şərqi Zəngəzur iqtisadi resurslarla zəngin bir diyardır. Yaradılan enerji, yol-nəqliyyat və digər təyinatlı infrastruktur bu potensialdan səmərəli şəkildə istifadə olunmasına geniş imkanlar yaradacaq. Bəhs olunan görüşlərdə diqqətə çatdırılıb ki, erməni sakinlərin yaşadıqları ərazilərin fiziki və sosial infrastruktur təminatı (təhsil, səhiyyə, enerji, qaz, su, yol, rabitə, meliorasiya və s.) müəyyən müddət ərzində ölkə üzrə orta göstəricilər səviyyəsinə çatdırılacaq.
Azərbaycanın Qarabağ bölgəsinin tam reinteqrasiyasına nail olmaq üçün digər məsələlər də həllini tapacaq. O cümlədən görüşlərdə bildirildiyi kimi, Azərbaycan Respublikasının milli valyutasının tam tədavülə keçməsi təmin ediləcək. Eləcə də mülkiyyət məsələləri Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq tənzimlənəcək.
Respublikamızda “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” hazırlanaraq qəbul olunub. Dövlət başçısının təsdiqlədiyi Strategiyada vurğulanır ki, işğaldan azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası təmin ediləcək. Bu ərazilərdə iqtisadiyyatın qurulması məqsədilə iqtisadi fəaliyyətin canlanmasının sürətləndirilməsi və əlverişli biznes mühitinin formalaşdırılması təmin ediləcək. Ərazilərə yüksək texnoloji tutumlu investisiyaların cəlbi nəticəsində ixracyönümlü dəyər zənciri qurulacaq və dayanıqlı iş yerləri yaradılacaq. Regionda dairəvi iqtisadiyyata əsaslanan “ağıllı” biznes modelləri yaradılacaq. Faydalı qazıntı və mineral xammal mənbələri nəzərə alınmaqla iqtisadi fəaliyyətdə dəyər zənciri üzrə ixtisaslaşma təşviq ediləcək.
Geniş əhatəli vergi güzəştləri
Reinteqrasiya prosesində həmçinin geniş əhatəli vergi güzəştləri də nəzərdə tutulub. Görüşlərdə bununla bağlı aşağıdakı vacib məqamlar erməni sakinlərinin nümayəndələrinin diqqətinə çatdırılıb:
-Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında iqtisadi inkişafın sürətləndirilməsi məqsədilə tətbiq edilən xüsusi iqtisadi rejim ilə bağlı təşviq paketi, o cümlədən vergi və gömrük güzəştləri erməni sakinlərin yaşadıqları ərazilərə də şamil olunur.
-Erməni sakinlərin yaşadıqları ərazilərdə sahibkarlıq fəaliyyəti üçün dəstək tədbirləri həyata keçirilir. Ölkədə sahibkarlıq subyektlərinin maliyyəyə çıxış imkanlarının artırılması ilə bağlı tətbiq olunan güzəştli kreditlər, faizlərin subsidiyalaşdırılması, kreditlərə zəmanətin verilməsi və digər maliyyə alətləri erməni sakinlərin yaşadıqları ərazilərə şamil olunur.
-Fermerlərə subsidiyalar verilir və onlar torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azad edilirlər.
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

