Cəmi 7 rayon...
03.11.2023 [10:40]
Dövlət büdcəsindən dotasiya alacaq
Regionların maliyyə təminatı ilə bağlı stereotiplər aradan qalxır. Bir vaxtlar ölkə üzrə rayonların idarəçiliyi bilavasitə büdcədən ayrılan dotasiya ilə həyata keçirilirdi. Büdcədən rayonlara böyük həcmlərdə maliyyə vəsaitinin ayrılması, necə deyərlər, pis vərdiş yaradırdı. Belə ki, yerlərdə müvafiq qurumların, məsul şəxslərin təşəbbüskarlığı azalır, onlar gözləmə mövqeyində dayanır, bununla da regionların potensialından səmərəli istifadə olunmurdu. Prezident İlham Əliyev hələ bir neçə il budan əvvəl “Biz elə etməliyik ki, ümumiyyətlə, rayonların inkişafı yerlərdə, bütün rayonlarda yığılan vəsait hesabına təmin olunsun” deməklə məsələyə yeni yanaşma ortaya qoydu. Dövlətimizin başçısının prinsipial yanaşmasına uyğun olaraq rayonlara büdcədən dotasiyaların ayrılması məhdudlaşdırlır. Son illərin statistikasından da göründüyü kimi, büdcədən maliyyə vəsaitləri alan rayonların sayı getdikcə azalır. Bu tendensiya qarşıdan gələn 2024-cü ildə də davam edəcək.
Dotasiya alan rayonların sayı azaldılır
Bu günlərdə Maliyyə Nazirliyi 2024-cü ilin icmal və dövlət büdcələri üzrə layihələri təqdim edib. Sənədlərdən bir daha aydın olur ki, dotasiya dövrü ölkəmizin dünəninin, keçmişinin əlaməti idi. Respublikamızda yeni mərhələyə - rayon və şəhərlərin özünümaliyyələşdirmə dövrünə keçid etmələri isə qaçılmaz zərurətdir. 2024-cü ilin büdcə layihəsində mərkəzləşdirlmiş qaydada dotasiya alacaq rayonların sayı minimum endirilib. Belə ki, gələn il yalnız Yardımlı rayonu ( işğaldan azad olunmuş bölgələrlə birlikdə) büdcədən dotasiya almaq “xoşbəxtliyini” özündə saxlayacaq.
Dövlət büdcəsinin təqdim olunan layihəsi ilə bağlı “Yeni Azərbaycan”a açıqlama verən Milli Məclisin deputatı Vüqar Bayramovun sözlərinə görə, gələn il dövlət büdcəsindən cəmi 7 rayona vəsait ayrılacaq. 2023-cü ildə büdcədən dəstək olan Lerik rayonu 2024-cü ildə öz gəlirləri hesabına dolanmalı olacaq. Milli Məclisin deputatı fikirlərinə davam edərək vurğulayıb: “Bu o deməkdir ki, 59 rayon və şəhər gələn il yerli gəlir və xərcləri tənizmləmək üçün mərkəzləşdirilmiş qaydada vəsait almayacaq və özünümaliyyələşdirmə prinsipi ilə işləyəcək. Qeyd edək ki, dövlət büdcəsindən 2022-ci ildə 14 rayona vəsait ayrılmışdı. Göründüyü kimi, son illər hər il əvvəlki ilə nisbətən dövlət büdcəsindən pul alan rayonların sayı azalır”.
İşğaldan azad olunmuş bölgələrə dəstək
Vətən müharibəsi böyük Zəfərlə başa çatdıqdan sonra qalib Azərbaycanın həyatında yeni bir səhifə açılıb. Belə ki, ölkəmiz üçün müsbət reallıqlarla səciyyələnən indiki mərhələdə hədəflərimiz dəyişib. Hazırda 44 günlük müharibədə işğaldan azad edilən ərazilərə “Böyük Qayıdış”ın təmin edilməsi Azərbaycanın gündəliyində duran əsas məsələlər sırasında yer alır. Sözügedən ərazilərə “Böyük Qayıdış”ın təmin edilməsi ölkəmizdə 2030-cu ilədək olan dövrü əhatə edən yeni strateji mərhələdə 5 milli prioritetdən biri kimi müəyyənləşdirilib. Azərbaycan qarşıya qoyulan məqsədlərə çatmaqdan ötrü praktiki müstəvidə böyük investisiya qoyuluşu hesabına müxtəlif istiqamətləri əhatə edən çoxsaylı layihələr reallaşdırır.
Müharibə başa çatandan sonra Qarabağın bərpasına dövlət büdcəsindən 7 milyard dollardan çox vəsait ayrılıb. Bəhs olunan ərazilərdə müasir infrastruktur quruculuğu ilə paralel şəkildə, şəhər və kəndlərin bərpası da həyata keçirilir. Ötən il Böyük Qayıdışın ilk müjdəsi verildi - Zəngilan rayonunda yeni yanaşmalar əsasında bərpa olunan Ağalı kəndinə sakinlər köçürüldü. Ağalı kəndindən sonra köç karvanları Tərtər rayonunun Talış və Laçın rayonunun Zabux kəndlərinə istiqamət aldı. Həmçinin ötən ilin iyul ayından etibarən ilkin olaraq 2 şəhərə - Laçın və Füzuli şəhərlərinə keçmiş məcburi köçkünlərin qayıdışı reallaşdırılıb. Bütövlükdə indiyədək 2300 keçmiş məcburi köçkün evlərinə qayıdıb. Əslində, bu rəqəm şərtidir. Çünki son vaxtlarda Qarabağa çox tez-tez köçlər təşkil edilir və rəqəmlər dəyişir.
İşğaldan azad olunmuş ərazilərin bərpası qarşıdakı illərdə də diqqət mərkəzində salanılacaq. Təsadüfi deyildir ki, 2024-cü ildə dövlət büdcəsindən dotasiya alacaq rayonlar Yardımlı rayonu istisna olmaqla məhz işğaldan azad edilmiş bölgələrdir. “Layihəyə əsasən, gələn ilin dövlət büdcəsindən Cəbrayıl 1 milyon 214 min manat, Xocavənd 1 milyon 229 min manat, Xocalı 1 milyon 73 min manat, Kəlbəcər 1 milyon 945 min manat, Laçın 1 milyon 401 min manat, Yardımlı 1 milyon 863 min manat və Zəngilan 623 min manat vəsait ala biləcəklər. Bu rayonlarımız büdcədən 9 milyon 348 min manat alacaqlar. 2023-cü ildə dövlət büdcəsindən ayrı-ayrı rayonlar üçün nəzərdə tutulan dotasiyanın həcmi 12 milyon 306 min manatdır. Bütün rayonlar üzrə dövlət büdcəsindən ayrılan vəsaitin həcmi gələn il azaldılacaq”, - deyə Vüqar Bayramov vurğulayıb.
Regionlara sərmayə cəlbinin təşviq edilməsi çox vacibdir
Respublikamızın regionlarında bölgələrin özünümaliyyələşməyə keçid etmələri üçün münbit zəmin var. Məlumdur ki, 2004-cü ildən bəri respublikamızda regionların sosial-iqtisadi inkişafını hədəfləyən Dövlət proqramları qəbul olunub. İndiyədək ölkəmizdə üç belə Dövlət Proqramının icrası uğurla təmin olunub və hazırda sayca dördüncü proqram da yerinə yetirilməkdədir.
Bəhs olunan Dövlət proqramlarının uğurla icra edilməsi bütün ölkədə müsbət reallıqlar yaradıb. Deyə bilərik ki, respublikamızda əksər rayon və şəhərlərin özünümaliyyələşdirmə prinsipinə keçməsi üçün bütün şərtlər təmin olunub. Hazırda Azərbaycan infrastruktur təminatı baxımından dünyanın qabaqcıl ölkələri sırasındadır. Bu isə bölgələrdə həm iqtisadi fəallığın artması, həm də insanların həyat şəraitinin yaxşılaşması üçün əsas şərtlərdən biridir. Vurğulamaq yerinə düşər ki, ölkə üzrə müasir infrastrukturun yaradılması bir qayda olaraq dövlət əsaslı vəsait qoyuluşu hesabına həyata keçirilir. İnvestorlar isə yaradılan şəraitdən bəhrələnməklə müxtəlif sahələrə sərmayələr yönəldirlər.
Respublikanın rayonlarında, şəhərlərində məşğulluq və gəlir imkanlarının artırılması həm də o amillə şərtlənir ki, ölkədə bilavasitə ayrı-ayrı regionlar üçün ənənəvi olan təsərrüfat sahələrinin inkişafını hədəfləyən ardıcıl siyasət həyata keçirilir. Son illərdə Prezident İlham Əliyevin imzaladığı müvafiq sənədlər əsasında ölkədə pambıqçılığın, tütünçülüyün, baramaçılığın və digər sahələrin perspektiv inkişafı ilə bağlı dövlət proqramları qəbul olunub. Sözügedən dövlət poqramlarının uğurlu icrası sayəsində bölgələrdə ənənəvi təsərrüfat sahələrinin dirçəldilməsi və inkişafı təmin olunub. Məsələn, zamanında müxtəlif səbəblərdən pambıqçılığın tənəzzülə uğraması nəticəsində Saatlı, İmişli, Sabirabad, Biləsuvar, Beyləqan, Bərdə kimi rayonlarda əhalinin məşğulluq səviyyəsi aşağı düşmüşdü və gəlir imkanları məhdudlaşmışdı. Eləcə də fındıqçılığın, tütünçülüyün, baramaçılığın geriləməsi Şəki, Qax, Balakən, Zaqatala, Oğuz, Qəbələ, İsmayıllı kimi rayonlarda məşğulluq səviyyəsini əhəmiyyətli dərəcədə aşağı salmışdı. Ənənəvi təsərrüfat sahələrinin dirçəldilməsi sözügedən rayonlarda tamam fərqli reallıqlar yaranması ilə nəticələnib.
Belə bir şəraitdə Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, yerli icra qurumlarının üzərinə böyük məsuliyyət düşür. İndi məmurların kabinetlərdə oturmaq dövrü deyil. Onlar təşəbbüskar olmalı, bölgələrimizin spesifik xüsusiyyətərinə uyğun layihələr hazırlamalı və onların həyata keçirilməsinə investorları cəlb etməlidirlər. Vüqar Bayramovun sözlərinə görə, özünü maliyyələşdirəcək rayonların sayının artması dövlət büdcəsindən asılılığın aradan qaldırlması baxımdan çox vacibdir. Hazırda əsas hədəflərdən biri də iqtisadiyyatın balanslı inkişafının dəstəklənməsi və regionlarla paytaxt arasındakı iqtisadi fərqin mərhələli şəkildə azaldılmasıdır. Regionlara daha çox sərmayə cəlbinin təşviq edilməsi qaçılmaz zərurətdir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına bax
Maraqlı
29 Noyabr 15:12

Sosial
29 Noyabr 14:53

Xəbər lenti
29 Noyabr 14:51

Xəbər lenti
29 Noyabr 14:42

Xəbər lenti
29 Noyabr 14:34

İqtisadiyyat
29 Noyabr 14:17

Gündəm
29 Noyabr 14:10

Xəbər lenti
29 Noyabr 13:58

Xəbər lenti
29 Noyabr 13:49

Xəbər lenti
29 Noyabr 13:40

Xəbər lenti
29 Noyabr 13:26

Dünya
29 Noyabr 13:03

Xəbər lenti
29 Noyabr 13:00

Xəbər lenti
29 Noyabr 12:37

Xəbər lenti
29 Noyabr 12:35

Xəbər lenti
29 Noyabr 12:07

Xəbər lenti
29 Noyabr 11:49

Xəbər lenti
29 Noyabr 11:43

Xəbər lenti
29 Noyabr 11:39

Mədəniyyət
29 Noyabr 11:22

Xəbər lenti
29 Noyabr 11:20

Sosial
29 Noyabr 11:16

Xəbər lenti
29 Noyabr 11:15

Analitik
29 Noyabr 11:08

Xarici siyasət
29 Noyabr 11:00

Dünya
29 Noyabr 10:58

Siyasət
29 Noyabr 10:55

Xəbər lenti
29 Noyabr 10:50

Xəbər lenti
29 Noyabr 10:50

Analitik
29 Noyabr 10:44

Siyasət
29 Noyabr 10:40

Xəbər lenti
29 Noyabr 10:38

MEDİA
29 Noyabr 10:35

Siyasət
29 Noyabr 10:31

Xəbər lenti
29 Noyabr 10:28

Gündəm
29 Noyabr 10:21

Xəbər lenti
29 Noyabr 10:16

Siyasət
29 Noyabr 10:10

Gündəm
29 Noyabr 10:00

Maraqlı
29 Noyabr 09:45

Xəbər lenti
29 Noyabr 09:39

Xəbər lenti
29 Noyabr 09:38

Xəbər lenti
29 Noyabr 09:29

Xəbər lenti
29 Noyabr 09:23

Xəbər lenti
28 Noyabr 21:16

Xəbər lenti
28 Noyabr 19:44

Siyasət
28 Noyabr 18:29

Xəbər lenti
28 Noyabr 18:10

Xəbər lenti
28 Noyabr 17:23

Xəbər lenti
28 Noyabr 17:20

Xəbər lenti
28 Noyabr 16:31

Xəbər lenti
28 Noyabr 16:08

Sosial
28 Noyabr 15:39

Xəbər lenti
28 Noyabr 15:33

İqtisadiyyat
28 Noyabr 15:17

Mədəniyyət
28 Noyabr 14:46

Siyasət
28 Noyabr 14:34

Avropa
28 Noyabr 14:27

Dünya
28 Noyabr 14:01

Xəbər lenti
28 Noyabr 13:50

Xəbər lenti
28 Noyabr 13:43

İdman
28 Noyabr 13:14

Xəbər lenti
28 Noyabr 13:13

Xəbər lenti
28 Noyabr 13:12

Xəbər lenti
28 Noyabr 12:54

Xəbər lenti
28 Noyabr 12:53

Xəbər lenti
28 Noyabr 12:50

Xəbər lenti
28 Noyabr 12:26

Xəbər lenti
28 Noyabr 12:21

Xəbər lenti
28 Noyabr 11:53
