Azərbaycan - EKO: Genişlənən əməkdaşlıq
14.11.2023 [10:50]
Milli maraqlar üzərində qurulan və xoş mərama əsaslanan çevik və multiregional xarici siyasət kursu müstəqil Azərbaycana bütün dünyada böyük nüfuz qazandırıb. Təkcə son illərdə respublikamızın Qoşulmama Hərəkatına (QH), Türk Dövlətləri Təşkilatına (TDT) uğurla sədrlik etməsi, Prezident İlham Əliyevin bir sıra mühüm beynəlxalq tədbirlərə, o cümlədən Avropa siyasi birliyinin, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM), Şanxay Əməkdaşlıq Təşkilatının, Ərəb Dövlətləri Liqasının Zirvə toplantılarına dəvət olunması və s. bunun əyani təsdiqidir. Ölkəmiz həmçinin İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) ilə sıx əməkdaşlıq münasibətlərini uğurla inkişaf etdir. Prezident İlham
Əliyev noyabrın 9-da EKO-nun Özbəkistanın paytaxtı Daşkənd şəhərində baş tutan 16-cı Zirvə toplantısına qatılıb. Dövlətimizin başçısı Zirvə toplantısındakı çıxışında Azərbaycanın qurumla əməkdaşlığından məmnunluqla söhbət açıb, ölkəmizin EKO-nun fəal üzvü kimi nümunəvi inkişaf modeli yaratdığını diqqətə çatdırıb.
Azərbaycanın EKO-nun işində fəal iştirakı
Azərbaycanın sıx əlaqələr qurduğu İqtisadi Əməkdaşlıq Təşkilatı 1964-1979-cu illərdə fəaliyyət göstərmiş Regional Əməkdaşlıq və İnkişaf Təşkilatının əsasında formalaşıb. 1992-ci il noyabrın 28-də 7 ölkə - Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistan İƏT-ə qoşulmuş və hazırda təşkilatda 10 üzv ölkə birləşir.
Azərbaycan İƏT çərçivəsində əməkdaşlığa böyük önəm verir və təşkilatın səmərəli fəaliyyət göstərməsində maraqlıdır. Prezident İlham Əliyev Zirvə toplantısındakı çıxışında vurğulayıb ki, İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü kimi Azərbaycan təşkilatın işində fəal iştirak edir. Ölkəmiz 2006 və 2012-ci illərdə İƏT Zirvə toplantılarına ev sahibliyi edib. Bu tədbirlərdə qəbul olunan sənədlərdə üzv ölkələr arasında bir sıra sosial-iqtisadi və siyasi əlaqələrin əsas prinsipləri, regional münasibətlərin prioritetləri və istiqamətləri öz əksini tapıb.
Qeyd edək ki, ulu öndər Heydər Əliyev də ECO-nun fəaliyyətinə xüsusi önəm verirdi. Belə ki, Ümummilli Lider hələ 2002-ci ildə ECO-ya üzv ölkələrin İstanbulda keçirilmiş dövlət və hökumət başçılarının 7-ci Zirvə görüşündə təşkilatın daha səmərəli fəaliyyətinin təmin olunması məqsədilə Bakıda qurumun Tədqiqat Mərkəzinin yaradılması təklifini irəli sürüb. 2006-cı ildə EKO-nun ölkəmizdə baş tutan IX Zirvə görüşündə Mərkəzin Bakı şəhərində təsis edilməsi təklifi Prezident İlham Əliyev tərəfindən yenidən irəli sürülüb və 2021-ci ilin martında təşkilatın Türkiyənin sədrliyi ilə videokonfrans vasitəsilə keçirilmiş XIV toplantısında Mərkəzin nizamnaməsi imzalanıb. Tədqiqat Mərkəzinin əsas fəaliyyət istiqamətləri iqtisadi tədqiqatlara əsaslanan regional əməkdaşlığın qurulması üçün ECO-ya və üzv ölkələrə yardım etməkdir.
Azərbaycanın EKO-nun fəaliyyətinə verdiyi töhfələr qurumda təmsil olunan dövlətlər tərəfindən yüksək dəyərləndirilir. Bu barədə Zirvə toplantısında geniş bəhs olunub. Məsələn, iclası açan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatına uğurlu sədrliyi münasibətilə Prezident İlham Əliyevi təbrik edib.
İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzi
Hazırda bütün dünyada əsas çağırışlardan biri “yaşıl enerji”yə keçidlə bağlıdır. Beynəlxalq Enerji Agentliyinin (BEA) bir qədər bundan əvvəl yaydığı hesabatında bildirilib ki, təmiz enerji texnologiyaları 2030-cu ilə qədər dünya enerji sistemində indikindən daha böyük rol oynayacaq. Yollarda elektriklə işləyən avtomobillərin sayı 10 dəfə artacaq, qlobal elektrik enerjisi istehsalında bərpaolunan enerjinin payı 20 faiz çoxalacaq. Dənizdə yerləşən külək elektrik stansiyası layihələrinə kömür və qaz elektrik stansiyalarından üç dəfə çox investisiya qoyulacaq. Ölkələr mövcud siyasətlərinə və iqlim məqsədlərinə uyğun hərəkət etsələr, təmiz enerji sahəsində irəliləyiş daha sürətli ola bilər. Hesabata görə, bərpaolunan enerji mənbələri 2030-cu ilə qədər elektrik enerjisi istehsal gücünün 80 faizini təşkil edəcək.
Yaxşı haldır ki, EKO da öz fəaliyyətində yeni qlobal çağırışları nəzərə alaraq adekvat tədbirlər görür. Qeyd edək ki, İqtisadi Əməkdaşlıq Təşkilatında təmsil olunan ayrı-ayrı ölkələr ənənəvi enerji ehtiyatları ilə zəngin olan dövlətlərdir. Buna baxmayaraq, həmin ölkələrdə enerji transformasiyasına böyük maraq göstərilir. EKO-da təmsil olunan dövlətlərin şirkətləri indiyədək dünyanın müxtəlif bölgələrində bərpaolunan mənbələrdən enerji alınması üçün zəruri infrastrukturun yaradılmasına böyük həcmlərdə investisiyalar yönəldiblər.
Azərbaycan da bu sahədə böyük fəallıq göstərir. Respublikamız ECO-nun Təmiz Enerji Mərkəzinin ev sahibi kimi rəsmi olaraq təsdiqlənib. Yeri gəlmişkən, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev “Yaşıl keçid və qarşılıqlı əlaqələr” ilində ölkəmizin sədrliyi çərçivəsində həyata keçirilən tədbirlərin və təşəbbüslərin tərəfdaşlığımızın genişlənməsinə böyük töhfə verdiyini vurğulayaraq deyib: “Bakıda Təmiz Enerji Mərkəzinin və Regional Elektrik Bazarının təşkili istiqamətində əməli tədbirlər həyata keçirilir, həmçinin ekologiya sahəsində də yüksək səviyyəli dialoq platforması yaradılıb”.
Dünyada ənənəvi olaraq neft və qaz ölkəsi kimi tanınan Azərbaycan hazırda özünün səmərəli enerji siyasətinin yeni mərhələsinə başlayıb. Belə ki, bərpaolunan enerji resurslarının yetərincə bol olduğu ölkəmiz “yaşıl enerji” istehsalını və onun ixracını sürətlə artırmaq kimi hədəflər müəyyən edib. Bu istiqamətdə atılan ən real addımlardan biri 2022-ci ilin dekabr ayında Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi ilə bağlı Strateji Tərəfdaşlıq sazişinin imzalanması oldu. Saziş Azərbaycan və Rumıniya arasında “yaşıl enerji”nin ötürülməsi məqsədilə Gürcüstan və Qara dənizdən keçəcək sualtı elektrik enerjisi kabelinin çəkilməsi layihəsinin reallaşdırılmasını təmin edəcək. Bu kabellə ötürülən elektrik enerjisi daha sonra Macarıstana və Avropa nəqletmə sistemi vasitəsilə qitənin digər hissəsinə nəql ediləcək. Qeyd edək ki, Azərbaycanın bərpaolunan enerji potensialı quruda 37 qiqavat külək və günəş enerjisi, Xəzər dənizinin ölkəmizə məxsus sektorunda isə 157 qiqavat külək enerjisi təşkil edir. Respublikamızın Vətən müharibəsində işğaldan azad olunmuş əraziləri də bərpaolunan enerji mənbələri ilə kifayət qədər zəngindir. “Azərbaycan yaxın gələcəkdə yaşıl və hidrogen enerjisinin ixracatçısına çevriləcək. Dünyanın aparıcı yaşıl enerji şirkətləri olan xarici investorlarla imzaladığımız sazişlərə və anlaşma memorandumlarına əsasən, qarşıdakı illərdə Azərbaycanda istehsal ediləcək bərpaolunan enerji 10 qiqavata çatacaq. Bu ilin oktyabr ayında Azərbaycanda “Masdar” şirkəti tərəfindən inşa edilmiş 230 meqavat gücündə Qaradağ Günəş Elektrik Stansiyasının açılışı olub. Bu, Xəzər dənizi və Qafqaz regionunda ən böyük günəş elektrik stansiyasıdır.
Azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda 2021-2023-cü illər ərzində 170 meqavat gücündə hidroelektrik stansiyalar istifadəyə verilib. 2024-cü ilin sonuna qədər bu rəqəm 270 meqavata çatacaq. Bir neçə ildən sonra erməni işğalından azad edilmiş ərazilərdə hidroelektrik stansiyaların ümumi gücü 500 meqavat təşkil edəcək”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
01 Dekabr 20:59

İdman
01 Dekabr 19:40

Dünya
01 Dekabr 18:42

Xəbər lenti
01 Dekabr 18:01

Xəbər lenti
01 Dekabr 17:46

Xəbər lenti
01 Dekabr 17:09

Xəbər lenti
01 Dekabr 16:30

Xəbər lenti
01 Dekabr 16:10

Xəbər lenti
01 Dekabr 15:49

Xəbər lenti
01 Dekabr 15:33

Xəbər lenti
01 Dekabr 15:24

Dünya
01 Dekabr 15:21

Xəbər lenti
01 Dekabr 15:06

Xəbər lenti
01 Dekabr 14:53

Xəbər lenti
01 Dekabr 14:23

Xəbər lenti
01 Dekabr 14:09

Xəbər lenti
01 Dekabr 13:40

Xəbər lenti
01 Dekabr 13:26

Xəbər lenti
01 Dekabr 13:07

YAP xəbərləri
01 Dekabr 12:58

Xəbər lenti
01 Dekabr 12:50

Xəbər lenti
01 Dekabr 12:48

Xəbər lenti
01 Dekabr 12:23

Xəbər lenti
01 Dekabr 12:22

Xəbər lenti
01 Dekabr 12:20

Xəbər lenti
01 Dekabr 12:07

Xəbər lenti
01 Dekabr 12:03

Xəbər lenti
01 Dekabr 11:44

Xəbər lenti
01 Dekabr 11:39

Ədəbiyyat
01 Dekabr 11:30

Xəbər lenti
01 Dekabr 11:26

Xəbər lenti
01 Dekabr 11:20

Xəbər lenti
01 Dekabr 11:04

Analitik
01 Dekabr 11:00

Siyasət
01 Dekabr 10:55

Xəbər lenti
01 Dekabr 10:52

MEDİA
01 Dekabr 10:50

Gündəm
01 Dekabr 10:47

Siyasət
01 Dekabr 10:45

Siyasət
01 Dekabr 10:40

Siyasət
01 Dekabr 10:35

Sosial
01 Dekabr 10:30

Xəbər lenti
01 Dekabr 10:25

İqtisadiyyat
01 Dekabr 10:20

Xəbər lenti
01 Dekabr 10:15

Xarici siyasət
01 Dekabr 10:10

Xəbər lenti
01 Dekabr 10:05

Gündəm
01 Dekabr 10:00

Xəbər lenti
01 Dekabr 09:57

Gündəm
01 Dekabr 09:52

Gündəm
01 Dekabr 09:46

Xəbər lenti
30 Noyabr 23:29

Xəbər lenti
30 Noyabr 22:47

Xəbər lenti
30 Noyabr 20:52

Xəbər lenti
30 Noyabr 18:49

Xəbər lenti
30 Noyabr 18:02

Xəbər lenti
30 Noyabr 17:55

Xəbər lenti
30 Noyabr 17:25

Xəbər lenti
30 Noyabr 17:20

Gündəm
30 Noyabr 17:15

Xəbər lenti
30 Noyabr 16:42

Xəbər lenti
30 Noyabr 16:28

Xəbər lenti
30 Noyabr 16:04

Xəbər lenti
30 Noyabr 16:00

İqtisadiyyat
30 Noyabr 15:43

Xəbər lenti
30 Noyabr 15:09

Xəbər lenti
30 Noyabr 15:07

Xəbər lenti
30 Noyabr 15:05

Xəbər lenti
30 Noyabr 15:02

Xəbər lenti
30 Noyabr 14:32
