Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Gömrük və biznes əməkdaşlığı üçün işgüzar ortam

Gömrük və biznes əməkdaşlığı üçün işgüzar ortam

21.11.2023 [12:49]

MÜBARİZ

Hər bir ölkədə daxili istehsalın genişlənməsində, investisiya cəbediciliyiin atmasında gömrük xidmətinin xüsusi rolu var. Sahibkarlıq mühitinin getdikcə daha da optimallaşdırlmasını, qeyri-neft iqtisadiyyatının genişləndirlməsini, eyni zamanda xarici partnyorlarda ölkəmizə inamın artmasını qarşıya hədəf qoyan respublikamızda gömrük xidmətinin fəaliyyətinin yeni dövrün çağırışlarına uyğun qurmaq üçün davamlı islahatlar reallaşdırılır. Dünən açılışı keçirilən “Gömrük-Biznes Forumu 2023” tədbirində də gömrük xidmətinə yeni baxışar ətrafında aktual müzakirələr aparılıb. Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə keçirilən forumun açılış mərasimi Gülüstan sarayında baş tutub.

Azərbaycanda fəaliyyət göstərən yerli və xarici şirkətlərin nümayəndələrinin, aparıcı media qurumlarının rəhbərləri və digər rəsmi şəxslərin iştirak etdiyi forum ulu öndər Heydər Əliyevin Dövlət Gömrük Komitəsinin 1997-ci il yanvarın 30-da keçirilmiş beşillik yubiley tədbirində söylədiyi proqram xarakterli nitqindən hazırlanmış video-çarxın nümayişi ilə başlayıb. Tədbirdə Ulu Öndər tərəfindən əsası qoyulan Dövlət Gömrük Komitəsinin fəaliyyətinin təkmilləşdirlməsi istiqamətində görülən işlərdən bəhs edilib, perspektiv fəaliyyət istiqamətlərinə diqqət çəkilib.

Vətəndaş və sahibkar məmnunluğu

Qeyd olunub ki, Prezident İlham Əliyev tərəfindən ölkəmizin dayanıqlı inkişafı istiqamətində həyata keçirilən irimiqyaslı iqtisadi islahatlar çərçivəsində gömrük xidməti tərəfindən reallaşdırılan layihələrin vətəndaşlara və biznes subyektlərinə çatdırılması üçün təşkil edilən forumun əsas məqsədi gömrük və biznes əməkdaşlığına komitənin korporativ hesabatı, görüləcək işlərin anonsu və gerçəkləşdirilən layihələrdə fəal iştirak üçün biznes subyektlərinə çağırış, habelə yeni xidmət və məhsulların faydasından bəhs ediləcək işgüzar ortam yaratmaqdır. Ötən dövr ərzində, xüsusən də vergi və gömrük orqanlarında şəffaflaşma, iqtisadi qanunvericilik sahəsində atılan addımlar özəl sektorun böyük imkanlar əldə etməsinə şərait yaradıb. Bu istiqamətdə işlər davam etdirilir. Hazırda Milli Məclisdə cari ilin sonunadək qəbul edilməsi gözlənilən “Rəqabət Məcəlləsi” müzakirə olunur. Bu, haqsız rəqabətin qarşısının alınmasında həm sahibkarlara əlavə hüquqlar verəcək, həm də dövlət orqanlarının bu istiqamətdə daha effektiv fəaliyyət göstərməsinə imkan yaradacaq. Eyni zamanda,  “Qiymətləndirmə haqqında” Qanun, “Aviasiya haqqında” Qanun, “Dövlət ehtiyatları haqqında” Qanun qəbul olunacaq. Bu qanunlar bütövlükdə milli iqtisadiyyatımızda özəl sektorun payını əhəmiyyətli dərəcədə artırmağa hesablanıb. 2024-cü il yanvarın 1-dən etibarən qüvvəyə veriləcək Yeni Vergilər Məcəlləsinə dəyişikliklərdə 201 adda yeni dəyişikliyin olması planlaşdırılır. Bu dəyişikliyin böyük bir əksəriyyəti gömrük və vergi güzəştlərinə aiddir.

Forumda vurğulandığı kimi, ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsi ilə aparılan islahatların məntiqi nəticəsi olaraq milli iqtisadiyyatımızda  qeyri-neft sektorunun, o cümlədən də özəl bölmənin xüsusi çəkisi artır. Bu, dövlət büdcəsinə daxilolmalarda da özünü göstərir.  “Gömrük Biznes Forumu 2023” tədbirində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi Məsələlər və İnnovativ İnkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümovun verdiyi məlumata əsasən, son dövrlərdə, dövlət büdcəsinin gömrük daxilolmalarında qeyri-neft daxilolmaları 35 faizə çatıb. “Hazırda gömrük orqanları ilə sahibkarlar arasında səmərəli dialoq qurulur. Bu sahədə daha praktiki tədbirlərin həyata keçirilməsi də vacibdir. Vətəndaş və sahibkar məmnunluğu unudulmamalıdır”, - deyə Şahmar Mövsümov əlavə edib.

Prezident köməkçisinin sözlərinə görə, gömrük sisteminin şəffaflaşdırılması, prosedurların sadələşdirilməsi və xərclərin optimallaşdırılması, xarici ticarətin asanlaşdırılması xarici ticarət iştirakçılarının və büdcə daxilolmalarının artmasına səbəb olub: “2015-2022-ci illərdə qeyri-neft ixracının həcmi 2,3 dəfə artıb. Eyni zamanda, qeyri-neft ixracında çeşidlərin sayında da artım müşahidə olunub”, - deyə Şahmar Mövsümov vurğulayıb.

İnnovativ gömrük alətləri işə salınacaq

Azərbaycan müasir dövlət kimi inkişaf edir. O cümlədən həyatın bütün sahələrində olduğu kimi, gömrük xidmətində də innovativ texnologiyaların tətbiqinə “yaşıl işıq” yandırılır. Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov bildirib ki, gömrük orqanlarının fəaliyyətində şəffaflığın yüksəldilməsi və sahibkarlıq subyektləri ilə vətəndaşların məmnuniyyətinin artırılması, rəqəmsal gömrük sisteminin yaradılması, həmçinin gömrük ödənişlərinin dayanıqlılığının təmin edilməsi, daha güclü müasir tədbirlərin həyata keçirilməsi strateji fəaliyyətlər kimi müəyyən edilib. “Xüsusilə qeyd etmək istəyirəm ki, xarici ticarət və biznesin idarə olunmasında mühüm rol oynayan bir neçə alət tərəfimizdən istifadəyə verilib. Gömrük biznes subyektləri arasında münasibətlərin vahid elektron bildiriş əsasında təşviq edilməsi və bunun kimi vacib alətlər artıq istifadədədir. Eyni zamanda, yeni alətlər üzərində də müvafiq işlər həyata keçirilir”, - deyə Şahin Bağırov vurğulayıb.

Yeni Avtomatlaşdırılmış Risk Analizi Sisteminin (ARAS) dünən təqdimatı baş tutub. Dekabr ayında ARAS artıq istifadəyə veriləcək. Qeyd olunan layihə biznes subyektləri üçün asan, şəffaf, təhlükəsiz və sadələşmiş gömrük həllərini bir araya gətirir.

Həmçinin  “Gömrük-Biznes Forumu 2023” çərçivəsində Dövlət Gömrük Komitəsinin həyata keçirdiyi “Gömrük İNKİŞAF modeli”, “Transxəzər gömrük tranzit portalı”, “Süni intellekt əsaslı avtomatlaşdırılmış risk analizi sistemi”, “Səlahiyyətli iqtisadi operator proqramı” və “Smart-Bot” mobil tətbiqi layihələrinin təqdimatı olub.

Paylaş:
Baxılıb: 199 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Havada qaz qoxusu var

06 Dekabr 13:44

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sevilən sənətkar

06 Dekabr 11:49

Xəbər lenti

Xəbər lenti

Siyasət

İqtisadiyyat

Gündəm

O`Braynın səfəri...

06 Dekabr 10:40  

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31