Rusiya və İran dollardan imtina edir?
30.12.2023 [10:55]
Vüqar Bayramov: İndiki halda, beynəlxalq ticarətdə dollardan imtina real görünmür
İran və Rusiya ticarət əməliyyatlarında ABŞ dolları əvəzinə milli valyutadan istifadə etmək barədə razılığa gəliblər. İranın rəsmi İRNA agentliyinin məlumatına görə, ABŞ dollarının qarşılıqlı ticarətdən çıxarılmasına dair razılaşma Rusiyada iki ölkənin mərkəzi
banklarının rəhbərləri arasında keçirilən görüşdə əldə olunub. Bildirilib ki, ABŞ-ın sanksiyaları altında olan İran və Rusiya bankları artıq yerli valyutalarda əməliyyatlar aparmaq üçün SWIFT-dən (Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti) başqa, banklararası sistemlərdən də istifadə edə bilərlər.
İran və Rusiya hələ 2022-ci ilin iyul ayında qarşılıqlı ticarət əməliyyatlarında ABŞ dolları əvəzinə öz milli valyutalarından istifadə etməyi planlaşdırdıqlarını açıqlamışdılar. İranın ali dini lideri Ayətullah Əli Xameneyi 2022-ci il iyulun 19-da Tehranda Rusiya prezidenti Vladimir Putinlə görüşündə dollardan qlobal ticarətdən imtina edilməli olduğunu bəyan edərək, “Dollar tədricən qlobal ticarət yolundan çıxmalıdır” deyib. Putin cavabında ABŞ-ın dollardan təzyiq vasitəsi kimi istifadə etməyə çalışdığını bildirib, İran və Rusiyanın ticarət əlaqələrində öz milli valyutalarından istifadənin yollarını hazırladığını qeyd edib.
Yeri gəlmişkən, dekabrın 25-də İran və Rusiyanın başçılıq etdiyi Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələri arasında azad ticarət zonası haqqında saziş bağlanıb. Bu, 2019-cu ildən qüvvədə olan müvəqqəti müqaviləni əvəz edib. Yeni müqavilə malların 90 faizi üçün idxal rüsumlarını ləğv edir. Qeyd olunur ki, müvəqqəti razılaşma yalnız kənd təsərrüfatı və sənaye məhsulları ilə məhdudlaşıb. O cümlədən, Rusiyanın “Sberbank” və İranın “Bank Melli İran” bankları 6,5 milyard rubl dəyərində kredit xətləri açmağa razılaşıblar. Bu, Aİİ ölkələri ilə İran arasında dekabrın 25-də bağlanmış saziş çərçivəsində baş tutub. Banklar arasında razılaşma İrandan Rusiyaya mal ixracını stimullaşdıracaq. Razılıq İran Mərkəzi Bankının rəhbəri Məhəmmədrza Fərzinin dekabrın 26-da Moskvaya səfəri zamanı əldə olunub. Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina ilə görüşdə tərəflər maliyyə-bank əməkdaşlığının inkişaf etdirilməsi və ölkələr arasında hesablaşmaların milli valyutalarda aparılmasına dair sazişin yekunlaşdırılması məsələlərini müzakirə ediblər. Görüşdə İranın “Bank Melli İran” və “Bank Sepah”
banklarının rəhbərləri də iştirak edib. Qeyd olunur ki, görüşdən sonra “Bank Sepah” Rusiyada 17 milyon avro məbləğində ilk akkreditiv açıb.
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, bir sıra ölkələrin dollardan imtina etməsi əvvəlki dövrlərdə də olub. Burada məqsəd qarşılıqlı ticarətdə milli valyutalardan istifadə edilməsidir. Onun sözlərinə görə, Rusiya və İran da indiyə kimi ticarət əlaqələrində qarşılıqlı olaraq milli valyutalardan istifadə etməyə çalışıblar: “Həmin ölkələr arasında dollardan imtina ilə bağlı yüksək səviyyədə müzakirələr aparılmışdı. İndiki halda, beynəlxalq ticarətdə dollardan imtina real görünmür. Təbii ki, müəyyən məhsulların milli valyuta ilə alış və satışı mümkün ola bilər. Amma nəzərə alaq ki, Rusiya və İranın xarici valyutaya ciddi ehtiyacı var. Ona görə də, bu ölkələrdə fəaliyyət göstərən şirkətlər üçün dollar ilə alış-satışın aparılması vacibdir”.
Hər iki ölkəyə qarşı ciddi
sanksiyaların tətbiq olunduğunu xatırladan millət vəkili qeyd edib ki, onların xarici valyutaya ehtiyacları da çoxdur. Ona görə də, dollardan imtina üçün müəyyən addımların atılmasına çalışılsa da, bunun yaxın müddətdə reallaşması inandırıcı görünmür. “Hətta reallaşsa belə, həmin ölkələrlə ticarət aparan şirkətlərin dollar tələbatına mənfi təsir göstərəcək. Doğrudur, Rusiya ilə İran arasında ticarət dövriyyəsi çox da böyük hesab olunmur. Amma dollardan imtina şirkətlər üçün aruzolunan deyil”,- deyə V.Bayramov vurğulayıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

