Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Kosmik sənaye inqilabı...

Kosmik sənaye inqilabı...

04.04.2024 [10:50]

Həm regional gücümüz artır, həm də valyuya gəlirlərimiz...

Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) ölkəmizin milli ixrac gəlirlərinə fayda verməyə başlayıb. Belə ki, əvvəlki illərdə dövlət büdcəsindən dotasiya asılılığı olan “Azərkosmos” hazırda büdcə yardımlarından tamamilə azad olunmaqla, öz gəlirləri ilə xərclərinin qapadır və eyni zamanda artıq 2 ildir ki, özü büdcəyə fayda verməkdədir. Belə ki, agentlik ötən il 48 ölkəyə 18 milyon ABŞ dolları dəyərində peyk-telekommunikasiya xidmətləri ixrac edib.

Avropa, Afrika, Yaxın Şərq, Mərkəzi Asiya regionlarının 50-dək ölkəsindən 200-dən artıq müştəriyə xidmət göstərərək qlobal və regional peyk xidmətləri bazarında özünəməxsus mövqe qazanaraq Azərbaycan iqtisadiyyatının güclənməsinə, inkişafına töhfə verməyə çalışır. Hazırda “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlirlər onun ümumi gəlirlərinin təxminən 80 faizini təşkil edir və Azərbaycanın kosmik sənaye məhsullarının həm həcmi, həm də ixrac coğrafiyası böyüyür. Belə ki, təkcə, 2023-cü ildə əvvəlki illə müqayisədə əlavə olaraq 7 ölkəyə kosmik sənaye malları ixrac olunub. İxracın maliyyə tutuçu isə əlavə olaraq 6,7 milyon dollar artıb. Kosmik məhsulların ixracında peyk telekommunikasiya xidmətlərinin həcmi daha üstün paya malikdir. Həmin malların əsas alıcıları isə Avropanın ən inkişaf etmiş ölkələri yer alır. Belə ki, “Azerspace-1”, “Azerspace-2” və “Azersky” peykləri üzrə 2023-cü ildə ixracda Böyük Britaniya, Almaniya əsas yer tutub. Sonrakı yerlərdə isə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Nigeriya qərarlaşıb.

Mövcud tendensiya kosmik sektorda inkişafın artması sayəsində bu sahənin özünün xərclərini tam təmin etməsinə səbəb olmaqdadır və qarşıdakı illərdə ixracın və kosmik xidmət çeşidlərinin genişlənməsi milli ixrac gəlirlərinin də həcminin böyüməsini stimullaşdıracaq.

Mühüm məqamlardan biri “Azərkosmos”un beynəlxalq maliyyə öhdəliklərini də yekunlaşdırmasıdır. Belə ki, “Azerspace-1” peykinin istehsalı üçün ABŞ-ın “Orbital Sciences” korporasiyasına ödənişlərin maliyyələşdirilməsi məqsədilə ABŞ-ın İxrac-İdxal Bankı ilə əməkdaşlıq edilərək 2011-ci ildə kredit sazişi imzalanıb və ümumi məbləği 116.6 milyon ABŞ dolları olan kredit əldə edilib. Bundan başqa, Avropa maliyyə institutlarından borc götürülüb. 2013-2022-ci illər ərzində kredit ödənişləri heç bir gecikmə olmadan vaxtlı-vaxtında icra edilib. 2023-cü ildə Azərbaycanın ilk telekommunikasiya peyki “Azerspace-1”in istehsalı üzrə 116.6 milyon dollar və orbitə qaldırılma xidmətləri üzrə 89,6 milyon dollar həcmində (ümumilikdə 206.2 milyon ABŞ dolları) kredit öhdəlikləri tam ödənilərək yekunlaşıb. Bu isə agentliyin bundan sonrakı dövrdə mənfəətini və ölkəmizə daha çox gəlir gətirə bilmək potensialını artırmasına imkan yaradacaq.

Türkiyə, İtaliya, İsrail, Polşa, Braziliya, Macarıstan, Pakistan, Cənubi Afrika Milli Kosmik agentlikləri, Çin Milli Kosmik Administrasiyası, Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzi, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı ilə sıx əməkdaşlıq edərək beynəlxalq kosmik koalisiyanın tanınmış üzvlərindən birinə çevrilmiş “Azərkosmos” həm də müasir qlobal çağırışlara uyğun olaraq Dördüncü Sənaye İnqilabının aparıcı liderlərindən birinə çevrilməyi hədəfləyir. Ötən il Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresində kosmos sahə üzrə biznes, elm və innovasiya üzrə 132 ölkədən 5404 nümayəndənin iştirakı bir daha sübut etdi ki, Azərbaycan beynəlxalq regionun kosmik mərkəzinə çevrilir.

Ölkəmizin informasiya təhlükəsizliyində, milli dövlətçiliyində strateji mövqeyə malik olan və Azərbaycanın kosmos sahəsində digər dövlətlərdən asılılığını tam aradan qaldıran bu qurum hazırda Ermənistan tərəfindən Azərbaycan ərazilərində törədilmiş dağıntıların miqyasını, dəymiş ziyanın qiymətləndirilməsində kosmik monitorinqlər göstərməklə dövlətin ən strateji planlarından birinə töhfə verir. Xüsusilə də “Azərsky” peykinin imkanları sayəsində hazırda azad olunmuş ərazilərimizdə iqtisadi potensialın müəyyənləşdirilməsi də xüsusi rol oynamaqdadır.

Digər strateji hədəflərdən biri Azərbaycanda müasir kosmik aparatların istehsalı mərkəzinin qurulması və peyklərdən birinin ölkədə hazırlanmasıdır ki, bu proritet istiqamətlərin gerçəkləşməsi sayəsində Azərbaycan peyk məhsulları ilə yanaşı, kosmik sənaye ixtacatçısı kimi dünyada mövqeyini artıracaq.

Elbrus

Paylaş:
Baxılıb: 122 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Siyasət

Yeni faktlar...

10 Aprel 10:51

Siyasət

Siyasət

Gündəm

İlk dəfədir ki...

10 Aprel 09:55

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30