Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Ölkəmiz nümunədir!

Ölkəmiz nümunədir!

01.06.2024 [11:07]

Azərbaycan dini dözümlülük məkanıdır...

Tarixən Azərbaycanda müxtəlif millətlərin dinc, yanaşı yaşaması milli və dini tolerantlığın ölkəmizdə bərqərar olmasına şərait yaradıb. Ölkəmizdə hər zaman müxtəlif xalqın, millətin nümayəndəsinə bərabər münasibət göstərilib və göstərilməkdədir. Müstəqilliyimizin bərpasından sonra respublikamızda dövlət-din münasibətlərinin tənzimlənməsində əhəmiyyətli işlər görülüb. Dini fəaliyyət sahəsində sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətində görülən işlər dini etiqad azadlığına geniş imkanlar açıb.

Hazırda Azərbaycanda mövcud olan dini dözümlülük və tolerantlıq siyasəti dünya ölkələri, o cümlədən müsəlman respublikaları tərəfindən məqbul bir model kimi qəbul olunur və bəyənilir. Fərqli dini və etnik mənsubiyyətə malik insanların ölkəmizdə mehriban birgəyaşayış mədəniyyəti nümayiş etdirməsi xalqımızın üstünlüyü, cəmiyyətimizin zənginliyidir. Təsadüfi deyil ki, Azərbaycan bütün dinlərə mənsub şəxslər azad və rahat şəkildə öz inanclarına, dini dəyərlərinə sahib çıxır, ibadətlərini edirlər.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, deputat Ceyhun Məmmədov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, Azərbaycan dövlətinin hər zaman yürüdülən siyasətinin mərkəzində milli maraqlar dayanır. Onun sözlərinə görə, Konstitusiyadan doğan milli maraq, xaricdə Azərbaycana qarşı olan münasibətin birliyidir: “Xarici priotitet istiqamətimiz dövlət və ictimai təhlükəsizlik, hər bir Azərbaycan vətəndaşının rifahı, şəxsi təhlükəsizliyi üçün atılan addımlardır. Atılan addımlarda əsas məsələ vətəndaşın marağını dünyaya çatdırmaq üçün dövlətin milli suverenliyini, ərazi bütövlüyünü, təhlükəsizliyini qorumaq və müvafiq demokratik institutların yaradılması, öz məhsulları ilə konkretlik təşkil edə bilən dövlətlərin xarici məhsulları ilə inkişaf etməkdir”.

Deputatın sözlərinə görə, Azərbaycan elə bir coğrafiyada yerləşir ki, bu ölkənin ərazisində qədim zamanlardan bu günə qədər müxtəlif mədəniyyətlərin nümayəndələrinin, fərqli dini inanclara mənsub insanların yaşaması təəccüb doğurmur: “Çünki Azərbaycan fərqli dinlərin və mədəniyyətlərin qovşağında yerləşdiyi üçün bu məqam anlaşılandır. Amma həmin o fərqli inanclara, mədəniyyətlərə, tarixi köklərə malik insanlar, müxtəlif etnosların və millətlərin nümayəndələri ölkəmizin ərazisində məskunlaşıb. Əsrlər boyu dinc və yanaşı, təhlükəsiz, əmin-amanlıq, dostluq şəraitində yaşamaları barədə xronoloji məlumatlar ölkəmizin tarixən tolerant ölkə olduğunu, multikultural dövlət olduğunu təsdiq edir”.

Millət vəkili qeyd edib ki, heç də bütün ölkələri Azərbaycan kimi tolerant ölkə adlandırmaq mümkün deyil: “Ötən il dünyanın 21 ölkəsində aparılan etnik təmizləmə siyasətinə görə 12 milyona yaxın insan qaçqın və məcburi köçkün şəraitində ev-eşiyindən, yurd-yuvasından didərgin düşmüş vəziyyətdə yaşayır. Qlobal miqyasda müşahidə edilən qarşıdurmaların da bəzilərinin elə etnik-dini anlaşılmazlıqlara, qarşıdurmalara görə olduğu bəllidir. Bir çox ölkədə, hətta eyni dinə mənsub müxtəlif təriqətlər arasında belə mübarizələr mövcud olub və hələ də davam edir, hansı ki bu mübarizələr nəticəsində qanlı toqquşmalar da müşahidə edilir. Deməli, bir sıra ölkələrdə mədəniyyətlərarası, dinlər və millətlərarası münasibətlərin normal olmaması insanların təhlükəsiz, dinc, əmin-amanlıq şəraitində yaşamasına mane olur. Dünyanın bəzi ölkələrində xalqlar, millətlər, müxtəlif dini etiqad və inanclara sahib insanlar bir-birinin etiqadına, inancına hörmətlə yanaşmırlar. Onların birgəyaşayışın məsuliyyətini dərk etməməsi fonunda Azərbaycanda indiyə qədər heç bir dini, milli qarşıdurmalar olmayıb. Bu isə onu göstərir ki, ölkəmiz məhz elə dini və milli tolerantlıqda, millətlərarası münasibətlərin inkişaf etdirilməsində də çoxlarına örnək, hesab olunur. 

Müxtəlif dini, etnik mənsubiyyətə malik insanların özlərini cəmiyyətimizin ayrılmaz tərkib hissəsi sayması, dövlətimiz üçün əllərindən gələni əsirgəməməsi təsadüfi deyil, dövlətin diqqətini, qayğı və himayəsini eyni dərəcədə hiss etməsindəndir. Biz 44 günlük müharibə zamanı bunun şahidi olduq və gördük. Əmin olduq ki, ölkəmizin ərazisində məskunlaşan fərqli milli-etnik qrupların nümayəndələri Azərbaycan naminə canlarından keçməyə hazır olduqlarını təkcə sözdə bəyan etmədilər. Onlar müharibədə böyük ruh yüksəkliyi ilə ürəkdən iştirak etdilər, Azərbaycanın qələbəsi naminə öz töhfələrini verdilər, Zəfər sevincimizi də birgə bölüşdük”. 

Yeganə BAYRAMOVA

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır

Paylaş:
Baxılıb: 139 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Mədəniyyət

Sosial

MEDİA

Parisdən Bakıya...

15 İyun 10:50

Siyasət

Siyasət

Gündəm

Dünya

Xəbər lenti

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30