Humanizm və mərhəmət aktı...
23.05.2025 [08:13]
28 mayda əfv olacaq?
İnsan hüquq və azadlıqlarının müdafiəsi dövlət siyasətimizin prioritet istiqamətlərindən biridir. Müstəqilliyimizin bərpasından sonra Azərbaycanda hüquqi dövlət quruculuğu sahəsində ardıcıl və kompleks islahatlar həyata keçirilib, bu istiqamətdə fundamental hüquqi baza formalaşdırılıb. Belə ki, insan hüquq və azadlıqları son dərəcə ciddi şəkildə qorunmaqdadır. Dövlət üçün prioritet olan bu məsələ hər zaman ali səviyyədə diqqətdə saxlanılıb. Azərbaycanda irqindən, dinindən, milliyyətindən asılı olamayaraq, hər kəsin hüquq və azadlıqları təmin edilməkdədir. Bu proses ölkə Prezidentinin də qarşısına qoyduğu əsas prioritet məsələlərdən birinə çevrilib.
Əfv sərəncamı humanizmin, insanpərvərliyin, mərhəmətin təntənəsidir. Həm əfv sərəncamları, həm də aministiya aktlarının təsdiqi insanların dövlətə inam və etimadının artırılmasında mühüm əhəmiyyət kəsb edir. Çünki əfv fərmanı ilə azadlığa qovuşan insanlar arasında cinayət törədənlər də var. Onların cəmiyyətə inteqrasiyası, vurduğu zərərin ödənilməsi və tərəflərlə barışığı nəzərə alınır. Bu baxımdan əfv sərəncamı insan hüquq və azadlıqlarına verilən dəyərin göstəricisidir. Məhz bunun bariz nümunəsi kimi Azərbaycanın dövlətçiliyi tarixində ənənəvi olaraq bayramlar ərəfəsində Prezident İlham Əliyev tərəfindən əfv sərəncamları imzalanır. 28 May Müstəqillik Günü ərəfəsində də növbəti humanist addımın atılacağına dair gözləntilər var.
800-dək müraciətə baxılıb
Bu günlərdə Prezident yanında Əfv Məsələləri Komissiyasının 2025-ci il üçün sayca 7-ci - sonuncu iclası keçirilib. İclasda 100-dən artıq müraciətə baxılıb. Bununla da komissiyaya daxil olan müraciətlərə baxılaraq bu il üçün iclaslara yekun vurulub. Müsbət rəy verilən müraciətlər siyahısı ölkə Prezidentinə təqdim ediləcək.
Qeyd edək ki, Əfv Məsələləri Komissiyasının 2025-ci il üzrə keçirilən iclaslarda ümumilikdə 800-dən çox müraciətə baxıb.
Siyahı Prezidentə təqdim olunacaq
Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, əfv institutu dövlət siyasətimizin humanist mahiyyətini əks etdirən mühüm hüquqi və siyasi alətlərdən biridir. Onun sözlərinə görə, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi fonunda cəmiyyətdə əfv gözləntiləri artsa da, bu, yalnız Azərbaycan Prezidentinin qərarından asılıdır: “Əfv sərəncamına əsasən, müvafiq şəxslərə münasibətdə cəzanın azaldılması, yaxud cəzasının çox hissəsini çəkmiş şəxslərin azad olunması istiqamətində tədbirlər həyata keçirilir. Əfv sərəncamı cəza siyasətinin humanistləşdirilməsi istiqamətində atılan addımlardan biri kimi dəyərləndirilir. Cəmiyyət hər zaman əfv sərəncamının imzalanmasını gözləyir. Aydın məsələdir ki, xüsusilə məhkumların ailələri bu xəbəri səbirsizliklə gözləyirlər. Hesab edirəm ki, ehtiyatsızlıqdan cinayət törətmiş şəxslərin əfv sərəncamına düşməsi sevindirici hal kimi qarşılana bilər. Proses artıq yekunlaşıb, rəy verilən müraciətlərin siyahısı Prezident İlham Əliyevə təqdim olunacaq. Yaxın günlərdə sərəncam verilərsə, siyahı açıqlanacaq”.
“28 may ərəfəsində əfv ola bilər...”
Komissiyanın üzvü Rəşad Məcidin sözlərinə görə, yanvardan bəri 7 iclas keçirib və proses yekunlaşıb: “Yəqin ki, 28 May ərəfəsində yeni əfv sərəncamı imzalanacaq. Hər il mart və ya may ayında əfv sərəncamları imzalanır. Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyası adətən yanvar ayından işləməyə başlayır, müraciətləri təhlil edir və sənədlər hazır olandan sonra cənab Prezidentə təqdim olunur. Əfv məsələləri Prezidentin müstəsna səlahiyyətidir, humanizm və mərhəmət aktıdır. Yəqin ki, biz Prezident tərəfindən növbəti əfv sərəncamının imzalanmasının şahidi olacağıq”.
Respublikamızda humanizm prinsiplərinə xidmət edən xeyirxah tədbirlərin həyata keçirilməsi, cəzasının müəyyən bir hissəsini çəkən və törətdiyi əməldən peşmançılıq keçirən məhkum olunmuş şəxslərin əfv edilməsi, onlara yeni şans verilməsi ənənəyə çevrilib. Xatırladaq ki, sonuncu əfv sərəncamı 2024-cü ilin may ayında imzalanıb. Belə ki, mayın 25-də Prezident İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən 154 nəfər əfv edilib.
Yeganə
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14

