Paytaxtda mühüm tədbir...
30.09.2025 [08:25]
Bakı İqlim Fəaliyyəti Həftəsi başladı
Dünəndən etibarən Bakı İqlim Fəaliyyəti Həftəsi 2025 (BCAW2025) işə başlayıb. Qeyd edək ki, tədbir oktyabrın 3-nə kimi keçiriləcək. BCAW2025 regionun iqlim təqvimində mühüm tədbirlərdən biridir və dünya liderlərini, mütəxəssisləri, sərmayəçiləri, sahibkarları, gəncləri və icmaları iqlim həllərinə fokuslanaraq bir araya gətirir. BCAW2025 çərçivəsində əsas diqqət iqlim tədbirlərinin sürətləndirilməsinə, eləcə də hökumətlər, şirkətlər, elmi dairələr və icma nümayəndələri arasında iqlim üzrə həllyönümlü əməkdaşlığın inkişafına yönəldiləcək.
Strateji hədəflərimizə nail ola bildik
Prezidentin İqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev bildirib ki, Bakı İqlim Fəaliyyəti Həftəsi COP29-dan qalan irsin vacib hissəsidir: “Keçən il bu vaxt Azərbaycan COP29-a ev sahibliyi etməyə hazırlaşırdı və bütün dünyanın diqqəti üzərimizdə idi. Çoxtərəfli tərəfdaşlıqların qurulması baxımından COP29 mühüm əhəmiyyət daşıdı və biz strateji hədəflərimizə nail ola bildik”.
O, əlavə edib ki, hazırda 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumunu ölkəmizdə keçirmək üçün müvafiq işlər həyata keçirilir. Bu uğurlar isə Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl və uzaqgörən siyasətin bariz nəticəsidir.
XİN-də iqlim fəaliyyəti üzrə bölmə yaradılıb
Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin sözlərinə görə, Azərbaycan Xarici İşlər Nazirliyində iqlim fəaliyyəti ilə bağlı xüsusi diplomatik bölmə yaradılıb: “Bizim ev sahibliyimizdə keçirilən COP29 çox uğurlu olub. Bizim bunu deməyə əsasımız var. Çünki ən çox iştirakçı, təxminən 70 minə yaxın insan burada iştirak edib. Azərbaycan bu tədbirdə böyük inklüzivliyin mövcudluğunu təmin edib. Azərbaycan həm hökumətləri, həm də vətəndaş cəmiyyətinin üzvlərini COP29-a cəlb edə bilmişdi”.
XİN rəhbərinin müavini BMT-də bir sıra ölkələrin nümayəndələri ilə görüş keçirildiyini və bu ölkələrin bəzilərini iqlim fəaliyyət planı yaratdığını qeyd edib. Yalçın Rəfiyev iqlim fəaliyyəti ilə əlaqədar öhdəlik götürən ölkələri öz öhdəliklərinə əməl etməyə çağırıb və COP29 irsinin davam etdirilməli olduğunu vurğulayıb.
Azərbaycan 2030-cu ilə qədər...
Azərbaycanın iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli bildirib ki, iqlim böhranı artıq uzaq gələcəyin problemi deyil, bugünkü reallıqdır: “İqlim dəyişikliyi davamlı şəkildə həyatımızı təsirləndirir, təbiəti və ekosistemləri zəiflədir. Onun ətraf mühitə mənfi təsirləri gündən-günə daha açıq şəkildə üzə çıxır. Bu reallıq bizə göstərir ki, hər bir ölkə və cəmiyyət qətiyyətli addımlar atmalıdır.
Keçən il COP29-un Bakıda keçirilməsi ilə Azərbaycan böyük bir məsuliyyətin daşıyıcısına çevrilib. Bu məsuliyyət yalnız dialoqlar üçün platforma yaratmaqla bitməyib. Əsas hədəf real nəticələr əldə etmək olub. COP29 zamanı qəbul edilən qərarlar və qurulan çoxtərəfli tərəfdaşlıqlar bunun ən bariz nümunəsi olub. Azərbaycan artıq 2030-cu ilə qədər olan milli fəaliyyət proqramında iqlim hədəflərini müəyyənləşdirib. Buraya bərpaolunan enerji mənbələrinin inkişafı, tullantıların azaldılması, ekoloji davamlılığın gücləndirilməsi və iqtisadiyyatın şaxələndirilməsi daxildir. Bu siyasət bu gün öz müsbət nəticələrini göstərməyə başlayıb. Son illərdə qeyri-neft sektoruna aid məhsulların ixracında müşahidə edilən artım ölkəmizin yeni iqtisadi modelə keçidinin göstəricisidir”.
Bütün ölkələr mübarizə aparmalıdır
BMT Baş katibinin davamlı enerji üzrə xüsusi nümayəndəsi Damilola Ogunbiyi bildirib ki, bütün ölkələr bərabər şəkildə iqlim dəyişikliyi ilə mübarizə aparmalıdır: “Burada alternativ enerji mənbələrindən istifadənin önəmliliyi qeyd olunmalıdır. Hər bir ləngimə insan tələfatına gətirib çıxara bilər”.
BCAW2025-də müzakirə olunan məsələlərin Braziliyada keçiriləcək COP30-da davam edəcəyini diqqətə çatdıran xüsusi nümayəndə iqlim dəyişikliyi problemlərinin aradan qaldırılmasının qısa müddətdə baş verməli olduğunu bildirib.
Bakıda keçirilən tədbir mühüm platformadır
UNFCCC təşkilatının icraçı direktoru Saymon Still qeyd edib ki, iqlim böhranı ilə mübarizə hökumətlərin texnoloji və maliyyə dəstəyi olmadan mümkün deyil: “Biz təşkilatlar olaraq təkbaşına heç bir şeyin öhdəsindən gələ bilmərik. Burada bizə hökumətlər tərəfindən maliyyə dəstəyi təmin olunmalıdır ki, müasir texnologiyalardan istifadə edə bilək. Hökumətlər vacib olan ekoloji tədbirləri görməli və uzunmüddətli siyasi qərarlar verməlidir. Hesab edirəm ki, Bakıda keçirilən bu tədbir tərəfdaşlıqlar qurmaq və hökumətlərə mesajımızı çatdırmaq üçün mühüm bir platformadır”.
Sahib
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14

