Ana dilimizin gələcəyi şübhə altında...
27.11.2021 [10:13]
Azərbaycan Mətbuat Şurası və Azərbaycan Yazıçılar Birliyi “Azərbaycan dilindən düzgün istifadə: ədəbi-bədii mühit və media” mövzusunda birgə toplantı keçirib
Dünən Azərbaycan Mətbuat Şurasının və Azərbaycan Yazıçılar Birliyinin birgə təşəbbüsü ilə “Azərbaycan dilindən düzgün istifadə: ədəbi-bədii mühit və media” mövzusunda toplantı keçirilib.
Tədbiri giriş sözü ilə açan MŞ sədri Əflatun Amaşov müstəqillik illərində ölkəmizdə həyata keçirilmiş dil siyasətindən də söz açıb. O, ayrı-ayrı fərman və sərəncamlarda, dövlət proqramlarında məsələyə kifayət qədər həssas yanaşıldığını vurğulayıb. Şura sədri, həmçinin rəhbərlik etdiyi qurumun yazılı mediada apardığı monitorinqlərə də diqqət çəkərək bildirib ki, MŞ qəzetlərdə və internet informasiya resurslarında ədəbi dilin norma və prinsiplərinin pozulması hallarını qruplaşdırıb. Bununla bağlı tədbirlər təşkil edərək yol verilmiş nöqsanları kütləvi informasiya vasitələrinin rəhbərlərinin nəzərinə çatdırıb. Ancaq demək olmaz ki, bu sahədə problemlər azdır, onların sayı kifayət qədərdir.
MŞ İdarə Heyətinin üzvü, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid bildirib ki, yazıçı-publisist Seyran Səxavət ortaya kifayət qədər məhsuldar iş qoyub. Dil pozuntularına olduqca həssas yanaşıb. Onun diqqətə çatdıracağı məqamlarla tanışdır və həmin məqamlar aktual əhəmiyyət daşımaqdadır. R.Məcid, həmçinin bildirib ki, Azərbaycan media məkanında dil səlistliyinin olması bütövlükdə cəmiyyətin ana dilindən düzgün istifadə vərdişlərinə yiyələnməsi baxımından əhəmiyyətlidir.
Yazıçı-publisist S.Səxavət çıxışında televiziya məkanında apardığı müşahidələr əsasında aşkara çıxardığı dil pozuntuları barədə geniş söhbət açıb. Problemləri konkret faktlarla sadalayan tanınmış yazıçı eyni xoşagəlməz halların demək olar, bütün telekanallar üçün səciyyəviliyini vurğulayıb. O, pozuntuların qorxunc mənzərə formalaşdırdığını qeyd edərək bu tendensiyanın ana dilinin gələcək varlığını şübhə altına ala biləcəyindən ehtiyatlandığını dilə gətirib, xoşagəlməz durumun aradan qaldırılması üçün təkliflər səsləndirib. Bu baxımdan, tanınmış dilçilər və söz adamlarından ibarət qrupun yaradılmasının və həmin qrupun dil xətalarını mütəmadi şəkildə telekanal rəhbərlərinin diqqətinə çatdırmasının zərur?liyini önə çəkib.
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru, professor Sevinc Əliyeva bildirib ki, Azərbaycan dili özü sabitliyini qoruyur, ancaq dilin ifadə formalarında fərqliliklərə rast gəlinməkdədir. Bu isə kifayət qədər düşündürücüdür. S.Əliyeva Azərbaycan dövlətinin həyata keçirdiyi dil siyasətinin müxtəlif tərəflərindən söz açaraq bildirib ki, qəbul edilmiş fərman və sərəncamlar, əhatəli proqramlar mövcud sahədəki tənzimləmələr üçün hüquqi baza rolunu oynamaqdadır.
S.Əliyeva Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin bu il telekanalların monitorinqi zamanı dörd mindən çox nöqsan aşkarladığını deyib. O, mənfi halların aradan qaldırılması üçün inzibati metodların tətbiqinin vaxtının çatdığını bildirib. Fikrini onunla əsaslandırıb ki, edilmiş xəbərdarlıqlar çox zaman lazımi nəticəni vermir. Hərçənd əvvəlki illərlə müqayisədə KİV-lər komissiyanın tövsiyələrinə hazırda daha həssas yanaşırlar.
Azərbaycan Mətbuat Şurasının ədəbi dilin pozulması hallarının müəyyənləşdirilməsi üçün yaratdığı monitorinq qrupunun üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrasının baş müəllimi Bəhram Məmmədov çıxışında MŞ-nin müxtəlif illərdə apardığı monitorinqlərin nəticələrindən söz açıb. O bildirib ki, mediada əsasən üslub pozuntularına yol verilir. Elə təəssürat formalaşır ki, hansısa mətni yazmış şəxsin ümumiyyətlə, adi savadı belə yoxdur.
Çıxış edənlərdən MŞ İdarə Heyətinin üzvləri - “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, “Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev, “Bayraqdar.info” saytnın baş redaktoru Azər Həsrət, həmçinin şair, yazıçı-publisist Zakir Fəxri, tanınmış jurnalistlər - Bakı Media Mərkəzinin əməkdaşı Müsəllim Həsənov, İmran Bədirxanlı, Etibar Cəbrayıloğlu, yazıçı-publisist Akif Cabbarlı, “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu, “Yeni Azərbaycan” qəzetinin ədəbiyyat şöbəsinin redaktoru Gülüş Xəlilova, “Teleqraf.com” saytının redaktoru Qurban Yaquboğlu, “Azərbaycan müəllimi” qəzetinin baş redaktoru Sarvan Bəhluloğlu, Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rza, Mətbuat Şurasının icraçı katibi Şəmsəddin Əliyev və başqaları müzakirə olunan mövzunun əhəmiyyətinə toxunaraq bildiriblər ki, Azərbaycan dilinin qorunması sahəsində həyata keçirilməkdə olan dövlət siyasətinə dəstək göstərilməlidir.
Xəbər lenti
Hamısına baxDünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14
Dünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21

