Tolerantlığın Azərbaycan modeli
22.02.2023 [10:27]
Dövlətin nümunəvi din siyasəti...
Yeganə BAYRAMOVA
Dini və milli tolerantlıq multikultural cəmiyyətin əsasını təşkil edir. Birgəyaşayışın, dini dözümlülüyün qarantı olan multikulturalizm Azərbaycanda qədim köklərə malikdir. Milli dəyərlərimizlə həmahəng olan tolerantlıq bu gün müxtəlif dövlətlər üçün nümunəyə çevrilib. Başqasının mədəniyyətinə, dünyagörüşünə, dini inancına hörmət etmək yüksək insani keyfiyyətdir. Bu, həm də öz dəyərlərini tanıtmağın, təbliğ etməyin bir yoludur.
Ölkəmizdə hər kəsin milli, dini, etnik ənənələrinə hörmət edən bir cəmiyyət mövcuddur. Tolerantlıq həm də sosial hadisədir. Cəhalətin, irqçiliyin, ksenofobiyanın süqutu, nəticə etibarilə cəmiyyətdə əmin-amanlıq, bəşəriyyətdə isə sülh deməkdir.
Mövzu barədə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov “Yeni Azərbaycan”a bildirib ki, Azərbaycan uzun illər həyata keçirilən siyasət nəticəsində dünyanın əsas tolerantlıq və multikulturalizm mərkəzlərindən birinə çevrilib. Deputat qeyd edib ki, bu gün nəinki ölkəmizdə yaşayan bütün dinlərin etiqadlarına hörmətlə yanaşılır, eyni zamanda Azərbaycanda fəaliyyət göstərən hər bir din və icmalara maddi yardım ayrılır: “Müsəlman ölkəsi olmağımıza baxmayaraq, Azərbaycanda bütün dinlərin nümayəndələrinə bərabər münasibət göstərilir. Bakının mərkəzində 3 provaslav, 1 katolik kilsəsi, 2 yəhudi sinaqoqu fəaliyyət göstərir. Ölkə rəhbərliyi tez-tez din xadimləri ilə görüşür, onlarla müxtəlif məsələlər ətrafında müzakirələr aparılır. Azərbaycanda xristianlıq və yəhudilikdən başqa dünyada yayılan digər dinlərin də fəaliyyəti üçün hər cür şərait yaradılıb. Hazırda Bakının mərkəzində erməni kilsəsində olan 5 min ədəbiyyat qorunub saxlanılır. Eyni zamanda bu siyasət bölgələrdə də davamlı olaraq həyata keçirilir. Yəni tolerantlığın inkişaf etdirilməsi, millətlərarası münasibətlərin qorunması dövlətin siyasətində prioritet istiqamət kimi özünü göstərir”.
Parlament üzvü vurğulayıb ki, zaman-zaman ölkəmizə gələn ayrı-ayrı dinlərin rəhbərləri Azərbaycanın bu sahədəki təcrübəsi və uğurları barədə yüksək fikirdə olduqlarını bildiriblər. Bu da onu göstərir ki, Azərbaycanda müxtəlif dinə sahib olan insanlara münasibət eynidir: “Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasəti Prezident İlham Əliyev böyük uzaqgörənlik və uğurla davam etdirir. Məhz bu siyasət sayəsində dövlət dini icmalara xüsusi diqqət və qayğı ilə yanaşır. Prezident İlham Əliyev ölkəmizdə dini abidələrin təmir və bərpasına xüsusi önəm verir, dini bayramlar ölkəmizdə dövlət səviyyəsində qeyd edilir”.
C.Məmmədov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər görülən işlər və həyata keçirilən tədbirlər ölkəmizdə hər kəsin əqidə seçiminə hörmətlə yanaşıldığını göstərir: “Bu gün dünyada ciddi proseslər gedir. Müasir dövrdə qarşıda duran əsas vəzifə bu zəngin irsi daha dərindən öyrənmək, qoruyub saxlamaq və gələcək nəsillərə ötürməkdir. Bu, hər bir Azərbaycan vətəndaşının üzərinə düşən tarixi məsuliyyətdir. Tolerantlıq Azərbaycanın əvəzsiz, dünya xalqlarına nümunə göstəriləcək milli-mənəvi sərvətidir. Azərbaycan xalqı özünün tolerantlıq ənənələrini bundan sonra da qoruyub saxlayaraq gələcək nəsillərə çatdıracaq. Xalqımız bu ənənənin zəiflədilməsinə yönələn bütün cəhdlərin qarşısını qətiyyətlə alacaq.
İstər Birinci, istərsə də İkinci Qarabağ müharibəsində Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələri ölkəmizin ərazi bütövlüyü uğrunda böyük fədakarlıq və qəhrəmanlıq nümayiş etdiriblər. Ölkəmizdə fərqli millətlərdən olan çoxsaylı Milli Qəhrəmanlarımız var. Hər zaman olduğu kimi, bu gün də ölkəmizdə yaşayan bütün xalqlar ölkəmizin ərazi bütövlüyü məsələsində Azərbaycan dövləti ilə eyni mövqedən çıxış edirlər və vahid yanaşma sərgiləyirlər. Beləliklə, Azərbaycan təcrübəsi əyani şəkildə göstərir ki, müxtəlif mədəniyyətlərə və dinlərə mənsub olan xalqlar mehribanlıq, sülh, əməkdaşlıq şəraitində bir ailə kimi yaşaya bilərlər.
Azərbaycan tarixin ən şərəfli və qürurlu günlərindən birini yaşayır. Son 200 ildə ilk dəfə olaraq Azərbaycan xalqı itirilmiş torpaqlarını geri qaytarıb. Düşmən işğal etdiyi bütün ərazilərdə dini ibadət ocaqlarımızı dağıdıb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan qısa müddətdə bütün ibadət ocaqlarını təmir və bərpa edəcək, vətəndaşlarımız orada ibadətlərini sərbəst yerinə yetirə biləcəklər”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28

