Milli hədəflərimizdən biri...
11.05.2023 [11:05]
“Böyük Qayıdış!”
Yeganə BAYRAMOVA
İki ildən artıq dövrün qürurla bəhs etdiyimiz mühüm hadisələrindən biri işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirilməsidir. Vətəndaşlarımızın gələcəkdə bu torpaqlarda rahat, təhlükəsiz yaşayışlarının təmin edilməsi üçün zəruri olan bütün addımlar atılır. 30 illik işğal dövrünün dağıntılarını bərpa-quruculuq işləri, soydaşlarımızın torpaq həsrətini “Böyük Qayıdış” əvəzləyir.
Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərə səfərlərinin hər biri bərpa-quruculuq işlərinin miqyasını daha da genişləndirir. Regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi dövlətimizin siyasətində prioritet məsələdir. Ölkə başçısının son illərdə bölgələrə səfərlərinə diqqət yetirsək görərik ki, bu səfərlərin böyük əksəriyyəti işğaldan azad edilmiş ərazilərimizədir.
Millət vəkili Cavid Osmanov “Yeni Azərbaycan”a açıqlamasında ölkəmizin iqtisadi, siyasi, diplomatik, hərbi uğurlarının göz qabağında olduğunu vurğulayıb. Deputatın sözlərinə görə, hər bir inkişafın əsasında iqtisadi tərəqqi dayanır: “Cənab Prezidentin işğaldan azad edilmiş ərazilərə hər bir səfəri mühüm əhəmiyyət kəsb edən sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri ölkəmizin iqtisadi imkanlarının təqdimatıdır. Azad edilmiş şəhərlərimizin, kəndlərin Baş planları hazırlanır. Bütün işlər məhz bu plan əsasında görülür. “Böyük Qayıdışı” daha da sürətləndirmək, bütün işləri vaxtında, eyni zamanda, yüksək keyfiyyətlə görmək əsas hədəflər sırasındadır.
Azərbaycan dünya hərb tarixində imza atdığı ilklə tarixə düşdü. Müharibə başa çatan kimi bu torpaqlarda bərpa-qurculuq işlərinə start vermək qeyri-mümkün görünürdü. Amma Azərbaycan bu işlərə öz maliyyə imkanları hesabına sıfırdan başladı. Dövlət başçısının bu günlər ərzində səfər etdiyi rayonlarda yaşayış məhəllələrinin təməli qoyulması Böyük Qayıdışa çağırışdır. İlham Əliyev bərpa-quruculuq işlərinə başlandığı gündən böyük inamla qeyd edirdi: “Qarabağ bölgəsini nəinki Azərbaycanın, dünyanın ən gözəl bölgələrindən birinə çevirməliyik və əminəm ki, buna nail olacağıq”.
Deputat qeyd edib ki, dövlət başçısının işğaldan azad edilmiş ərazilərə bugünədək reallaşdırdığı səfərlər arasında Qarabağın tacı Şuşaya səfər daha çoxluq təşkil edir: “Prezidentin istər keçirilən tədbirlərdə, istərsə də görülən işlərlə yaxından tanış olmaq məqsədilə etdiyi səfərlər zamanı bu məkandan səsləndirdiyi mesajların hər biri dünənə baxış əsasında gələcəklə bağlı hədəfləri açıqlayır. Bütün bunlar Azərbaycanda Heydər Əliyev siyasətinin davam etməsinin təqdimatıdır. İlham Əliyevin sərəncamları hər il ölkəmizin hərtərəfli inkişafına xidmət edən konkret sahələrin adı ilə bağlı olur. Bu sərəncamlar, həmçinin tariximizə, mədəniyyətimizə, ədəbiyyatımıza bağlılığımızı əks etdirir, ən əsası Azərbaycanı bugünkü inkişaf səviyyəsinə gətirib çıxaran Heydər Əliyev siyasətinin təbliğinə, qalib ölkəmizin qarşısında dayanan möhtəşəm uğurların təqdimatına yönəlir. 2022-ci il “Şuşa İli”, 2023-cü il isə “Heydər Əliyev İli” elan edildi. Şuşanın 270 illiyi çox geniş və böyük təntənə ilə qeyd edildi. Bu il isə Ulu Öndərin 100 illik yubileyini qeyd edirik”.
Parlament üzvünün sözlərinə görə, Azərbaycanın hər ili öz tarixinə uğurlu səhifə kimi yazması qaçılmazdır: “Heydər Əliyev yolu ölkəmizi gələcəyə daha böyük inamla aparır. Otuz illik işğala 44 gündə son qoyan Azərbaycan tarixi Zəfəri ilə malik olduğu bütün imkanları dünyaya təqdim etdi. Bu gün isə şanlı Qələbəmiz Qarabağı və Şərqi Zəngəzuru daha möhtəşəm görmək üçün müasir tələblər əsasında bərpa-quruculuq işlərinin miqyasını genişləndirməyə, “Böyük Qayıdışı” tam şəkildə reallaşdırmağa çağırış edir.
Cəsarətlə deyə bilərik ki, “Böyük Qayıdış” proqramının bundan sonra da uğurla davam etdiriləcəyi barədə verilən nikbin proqnozlara nəinki bizim, dünya ictimaiyyətinin də zərrə qədə? şübhəsi yoxdur və ola da bilməz. Birliyimiz, həmrəyliyimiz sayəsində bu hədəfə də tezliklə nail olacağıq”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Siyasət
22 Aprel 19:56
Xəbər lenti
22 Aprel 19:45
Dünya
22 Aprel 19:31
Dünya
22 Aprel 19:17
Siyasət
22 Aprel 18:53
Hadisə
22 Aprel 18:38
Müsahibə
22 Aprel 18:25
Dünya
22 Aprel 17:41
Gündəm
22 Aprel 17:37
Sosial
22 Aprel 17:32
Sosial
22 Aprel 17:08
Xəbər lenti
22 Aprel 17:08
Siyasət
22 Aprel 17:06
Sosial
22 Aprel 17:04
Sosial
22 Aprel 17:00
İqtisadiyyat
22 Aprel 16:58
Siyasət
22 Aprel 15:06
Gündəm
22 Aprel 15:06
Sosial
22 Aprel 14:46
Gündəm
22 Aprel 14:30
Siyasət
22 Aprel 14:21
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:16

