İctimai və dövlət maraqlarının müdafiəsi üçün
30.08.2023 [11:21]
Vətəndaşlar aktivlik nümayiş etdirməlidir
Günel ABBAS
Bu gün ictimai marağın hüquqi müdafiəsi dünyanın əksər bölgələrində müxtəlif sahələrdə kampaniyaların keçirilməsi, ictimai maraqdan irəli gələn hədəflərə nail olmaq üçün yurisdiksiya mexanizmlərinin istifadəsi, ödənişsiz hüquqi yardım, hüquq sahəsində təhsilin təkmilləşdirilməsi kimi məqamları gündəmə gətirir. Burada əsas məqsəd qanunu bir alət kimi istifadə etməklə, ictimai marağı təmsilən sosial problemləri həll etməkdən ibarətdir. Bütün bu anlayışlar da öz növbəsində insan haqları, demokratiya, açıq cəmiyyət və qanunun aliliyi kimi prinsiplərə söykənir.
Azərbaycan müstəqillik əldə etdikdən bu günə qədər dövlət və cəmiyyət maraqlarının mükəmməl vəhdəti azərbaycançılıq ideyası çərçivəsində təkmilləşməkdədir. Bu konsept dövlət, cəmiyyət maraqları və fərdin mənəvi maraqlarının vəhdəti kimi bütün azərbaycanlıları birləşdirən zəruri, güclü bir zəmin rolunu oynadı. Bu zəmin əsasında inkişaf etməkdə olan müasir hüquqi, milli dövlət quruculuğu siyasətində “xalq dövlət üçün deyil, dövlət xalq üçün olmalıdır” prinsipi həyata keçirilir.
Məlumdur ki, dövlətin suverenliyinin möhkəmlənməsi üçün milli dövlət maraqları ilə ümummilli maraqlar üst-üstə düşməlidir. Müstəqil, demokratik, hüquqi, milli dövlətlərdə düzgün siyasət yeridildikdə milli və dövlət maraqlarının üst-üstə düşməsi, bu halda şəxsi maraq və ictimai maraq arasında qarşılıqlı tamamlanma üçün şərait yaranması diqqətə çarpır. Elə bu baxımdan Azərbaycanın mövcud dövlətçilik modelinin ən uğurlu istiqamətlərindən biri dövlətlərlə bütün sahələrdə münasibətdə öz milli maraqlarından çıxış etməsidir.
Milli Məclisin deputatı Cavid Osmanov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, Azərbaycanın daxili və xarici siyasətində ictimai və dövlət maraqlarının qorunması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir: “44 günlük Vətən müharibəsində Azərbaycanın qalibiyyəti olaraq bölgədə sülhün və əmin-amanlığın qalıcı təminatçısı kimi rolunu beynəlxalq qurumlar qarşısında daha da gücləndirdi. Həmçinin, Avropa İttifaqı ilə də münasibətlərin yeni mərhələdə davam etdirilməsi əhəmiyyətini artırdı. Bununla yanaşı, ölkəmizdə mövcud olan siyasi həmrəylik Vətən müharibəsi dövründə, o cümlədən postmüharibə ərəfəsində də daha qabarıq surətdə nəzərə çarpdı. Həmin ərəfədə siyasi qüvvələrin birliyi daha da möhkəmləndi və milli həmrəyliyin təmin olunmasında mühüm rol oynadı. Təbii ki, ictimai və dövlət maraqlarının qorunmasında əhəmiyyətli amillərdən biri də siyasi sistemin iştirakçıları arasında sağlam münasibətlərin, əlaqələrin və siyasi birliyin mövcud olmasıdır. Qeyd etmək yerinə düşər ki, Prezident İlham Əliyevin hələ 44 günlük Vətən müharibəsindən əvvəl islahatlar proqramını təqdim etməsi ölkədə yeni siyasi konfiqurasiyanın formalaşması, siyasi dialoq prosesinin ardıcıl xarakter daşıması üçün dayanıqlı zəmin yaradıb. Bu da xalqımız arasında milli həmrəyliyə böyük töhfə verib. Nəticə etibarilə, görülən bütün bu işlər milli həmrəyliyin möhkəmlənməsini təmin edir. Qeyd edim ki, ictimai və dövlət maraqlarının qorunması dövlətimizin milli gücünün artmasını təmin edən strateji amildir. Hesab edirəm ki, hər bir vətəndaşımız ictimai və dövlət maraqlarının qorunmasında daha aktiv olmalı, dövlətin maraqlarının ən güclü müdafiəçilərinə çevrilməlidirlər”.
Onun sözlərinə görə, ictimai və dövlət maraqlarının qorunmasında vətəndaşların rolu kifayət qədər böyük olmalıdır, bu, çox vacib məqamdır: “Bəzən cəmiyyətdə yanlış olaraq elə anlaşılır ki, ictimai və dövlət maraqlarının qorunması yalnız dövlətin vəzifəsidir. Hesab edirəm, bu, kökündən yanlış yanaşmadır. Bu baxımdan vətəndaşların da üzərinə bilavasitə mühüm vəzifələr düşür. Onlar dövlət, eləcə də ictimai maraqların qorunmasında fəal iştirak etməlidirlər. Bu fəallıq olmadan normal cəmiyyət qura bilmərik. Vətəndaşların ictimai və dövlət maraqlarının qorunmasındakı rolunu o qədər də yüksək qiymətləndirmirəm. Hesab edirəm, onlar ictimai və dövlət maraqlarının qorunmasında daha aktivlik göstərməli, dövlətin yanında olmalı, bu maraqların ən güclü müdafiəçilərinə çevrilməlidirlər. Bu, çox vacib nüansdır. Dövlət Azərbaycanın daxili və xarici siyasətində ictimai və dövlət maraqlarının qorunması istiqamətində addımlar atır, müəyyən tədbirlər, işlər görülür. Ümumilikdə, dövlətin gördüyü işləri yüksək qiymətləndirirəm. Vətəndaşlar da bu prosesdə fəal iştirak etməlidirlər. Çünki Azərbaycanın daxili və xarici siyasətində ictimai və dövlət maraqlarının qorunması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Həm də bizim təhlükəsizliyimizin qorunması və təmin edilməsi baxımından da xüsusi önəm və əhəmiyyət daşıyır”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10

