İctimai vəhdətin əsas şərti - tolerantlıq
14.09.2023 [11:20]
Azərbaycanda bütün dinlərə hörmətlə yanaşılır
Mədəniyyətin əhəmiyyətli bir elementi tolerantlıq, bu gün müxtəlif inanc, mədəni ənənə, siyasi məslək daşıyıcısı olan insanların ictimai vəhdətləşməsinin zəruri şərti kimi etiraf olunur. Tolerantlıq vətəndaş cəmiyyətinin əsas əxlaqi prinsipidir. Eyni zamanda, təcrübə göstərir ki, mütləq dözümlülük də öz növbəsində özbaşınalıq və zorakılığa yol açır: heç bir halda tolerantlıq şərə fürsət verməyə çevrilməməlidir. Qeyd etmək lazımdır ki, həm islama qədərki dövrdə, həm də islam dininin Azərbaycanda yayılmasından sonra müxtəlif etnosların yaşadığı bu ərazidə uzun illər qarşılıqlı etimada əsaslanan milli-mədəni və dini münasibətlər sistemi formalaşmış, insanlar əmin-amanlıq şəraitində yaşamış, burada yüksək tolerantlıq mühiti hökm sürmüşdür. Bu ərazidə tarixən müxtəlif dinlər və etnoslar arasında tolerantlıq mədəniyyətinin indiyə kimi qorunub saxlanılmasında Azərbaycan xalqının mühüm rolu olmuşdu?.
Mövcud qanunlarımıza görə, respublikamızda hər bir kəs dinə münasibətini müəyyənləşdirməkdə, istədiyi dinə etiqad etməkdə sərbəstdir. Eyni zamanda, dini etiqadların, dini ibadətlərin zor işlətməklə və ya insanlar arasında nifaq salmaqla təbliğ edilməsi qanunla qadağandır. Qanunda dini təhlükəsizliyin təmin edilməsi baxımından əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğatın qadağan edilməsi təsbit olunub. Qanunda, həmçinin göstərilir ki, ölkə vətəndaşlarının dinə münasibətlərindən asılı olmayaraq siyasi, iqtisadi, sosial və mədəni həyatın bütün sahələrində bütün vətəndaşlar qanun qarşısında bərabərdirlər.
Tarixi faktlar ölkəmizdəki kilsələr, sinaqoqlar və qeyri-dinlərə verilən böyük azadlığı sübut edir. Bu gün dünya əhalisinin yarıya qədəri səmavi və dünyəvi dinlərdə - İslam, xristianlıq, iudaizm və buddizmdə birləşib. Bunlardan ilk üçü səmavi, buddizm isə geniş coğrafiyada yayılmış qeyri-səmavi dinlərdən hesab olunur. Bu dinlərin hər biri Allahın vahidliyini, təkallahlığı qəbul edir və tolerantlığa, sülhə çağırır, israfçılığın əleyhinə çıxış edir. Səmavi dinlərin hər bir kitabına, Davudun “Zəbur”undan başlamış Musanın “Tövrat”ı, İsanın “İncil”i və Məhəmməd Peyğəmbər (s.ə.a.s) vasitəsilə Allah tərəfindən bizə nazil olunmuş “Qurani-Kərim”ə baxsaq, onlarda sülh, əmin-amanlıq, bərabərlik, qardaşlıq ideyalarını görə bilərik. Bu dini kitabların ən təkmili təbii ki, “Qurani-Kərim”dir.
Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi mövzusunda ilahiyyatçı Ağa Hacıbəyli “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, Azərbaycanda dövlət və din münasibətləri yüksək səviyyədə inkişaf edib: “Azərbaycan əhalisinin əksəriyyətinin İslam dininə etiqad etməsinə baxmayaraq, ölkəmizdə digər inanclara da hörmətlə yanaşılır. Respublikamız din və vicdan azadlığı baxımından dünyada sayılıb-seçilən ölkələrdəndir. Azərbaycanda bütün dinlərə hörmət var. Dövlətimiz insanlara ibadət edə bilməsi üçün məscidlərdə, kilsələrdə, sinaqoqlarda yüksək səviyyədə şərait təqdim edib. Əlavə olaraq, dini bayramların Nazirlər Kabineti tərəfindən rəsmiləşdirilməsi və bu günlərin qeyri-iş günü sayılması dövlətimizin insanlara qayğı və diqqətindən xəbər verir. Bir sözlə, Azərbaycanda dövlət və din dostluğunun möhkəm olduğunu göstərən bir çox faktlar saymaq olar”.
İlahiyyatçı qeyd edib ki, nə keçmişdə, nə də hazırda Azərbaycanda dinlərarası münasibətlərdə problem yaşanmayıb: “Bunun bir çox səbəbi var. İlk olaraq, Azərbaycan xalqının yeniliklərə açıq olmasını misal göstərə bilərik. Bizim təbiətimizdə qınımıza çəkilmək, xırda təfəkkürlə yaşayaraq başqalarını inkar etmək təmayülü yoxdur. Biz hər kəslə ünsiyyətdə olduğumuza görə hər hansı mənfi hallarla qarşılaşmırıq. Yalnız ünsiyyətə açıq olmayan xalqlarda problem yaşana bilər. Məsələn, ermənilər yeniliyə, ünsiyyətə açıq xalq deyil. Onlar özlərindən başqa hər kəsə qeyri-tolerant münasibət bəsləyirlər. Müstəqilliyimiz bərpa olunduqdan sonra dövlətimiz dinlə bağlı tolerantlığın qorunub-saxlanması, xüsusi modelə çevrilməsi üçün əlindən gələni edir. Bu gün Azərbaycanın İslam dinini əmələ gətirən istər ayrı-ayrı konfessiyaların, istərsə də başqa dinlərə münasibəti baxımından bir modeli var. Başqa ölkələrdə buna çox nadir hallarda rast gəlinir”.
Günel ABBAS
Xəbər lenti
Hamısına baxXəbər lenti
11 İyun 19:04
Dünya
11 İyun 18:26
YAP xəbərləri
11 İyun 18:08
YAP xəbərləri
11 İyun 18:08
11 İyun 18:07
YAP xəbərləri
11 İyun 18:06
İqtisadiyyat
11 İyun 17:17
Xəbər lenti
11 İyun 16:52
YAP xəbərləri
11 İyun 16:39
Dünya
11 İyun 16:39
Elm
11 İyun 16:29
İqtisadiyyat
11 İyun 16:28
Sosial
11 İyun 16:26
Siyasət
11 İyun 16:03
YAP xəbərləri
11 İyun 15:55
Dünya
11 İyun 15:54
Sosial
11 İyun 15:42
Xəbər lenti
11 İyun 15:30
YAP xəbərləri
11 İyun 15:27
Sosial
11 İyun 15:05
YAP xəbərləri
11 İyun 15:04
YAP xəbərləri
11 İyun 15:03
YAP xəbərləri
11 İyun 14:59
YAP xəbərləri
11 İyun 14:57
YAP xəbərləri
11 İyun 14:36
Sosial
11 İyun 14:00
Siyasət
11 İyun 13:56
YAP xəbərləri
11 İyun 13:55
İqtisadiyyat
11 İyun 13:46
Hadisə
11 İyun 13:44
YAP xəbərləri
11 İyun 13:34
İqtisadiyyat
11 İyun 13:14
İqtisadiyyat
11 İyun 13:12
Sosial
11 İyun 12:58
YAP xəbərləri
11 İyun 12:53
YAP xəbərləri
11 İyun 12:50
İqtisadiyyat
11 İyun 12:46
Sosial
11 İyun 12:45
Sosial
11 İyun 12:28
İdman
11 İyun 12:16
YAP xəbərləri
11 İyun 12:02
YAP xəbərləri
11 İyun 12:01
YAP xəbərləri
11 İyun 12:00
YAP xəbərləri
11 İyun 11:53
YAP xəbərləri
11 İyun 11:52
Gündəm
11 İyun 11:49
YAP xəbərləri
11 İyun 11:41
Gündəm
11 İyun 11:25
Ədəbiyyat
11 İyun 11:01
Sosial
11 İyun 10:54
Gündəm
11 İyun 10:51
İqtisadiyyat
11 İyun 10:45
Gündəm
11 İyun 10:36
İqtisadiyyat
11 İyun 10:13
YAP xəbərləri
11 İyun 09:40
Analitik
11 İyun 09:33
Analitik
11 İyun 09:17
Sosial
11 İyun 08:54
Mədəniyyət
11 İyun 08:30
Daxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17

