Böyük Qayıdış təntənəsi...
22.12.2023 [10:40]
Sistemli, sürətli və planlı yenidənqurma
Bu gün bütün dünya Azərbaycanın işğaldan azad etdiyi ərazilərə “Böyük Qayıdış” prosesini izləyir. Müharibədən sonra keçən 3 il ərzində işğaldan azad edilmiş ərazilərimizdə böyük quruculuq və abadlıq işlərinə şahidlik edirik. Qarabağın əraziləri düşməndən azad ediləndən sonra həmin ərazilərdə çox nəhəng, möhtəşəm layihələrin davam etdirildiyi də göz önündədir. Məqsəd əlbəttə ki, az qala əsrin üçdə biri müddətində Ermənistanın işğalı altında qalan və Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin siyasi iradəsi, qətiyyəti, uzaqgörənliyi, Azərbaycan Ordusunun rəşadəti, cəsurluğu, eləcə də xalqımızın həmrəyliyi sayəsində 44 gün ərzində işğaldan azad edilən torpaqlara ən tez zamanda azərbaycanlıların, həmin torpaqların əsl sahiblərinin tam şəkildə qayıdışı və firavan yaşayışının təmin edilməsidir.
Göründüyü kimi, işğaldan azad edilmiş ərazilərimizdə bərpa və yenidənqurma işləri sistemli və planlı şəkildə aparıldığı üçün nəzərdə tutulandan daha da sürətli gedir və bu o deməkdir ki, “Böyük Qayıdış” uğurla davam edir. Atılan addımlar, daha dəqiq desək, işğaldan azad edilən ərazilərdə şəhər və kəndlərin baş planlarının tərtib edilməsi, onların sürətlə dirçəldilməsi, əhalinin dayanıqlı şəkildə məskunlaşması, eləcə də iqtisadi aktivliyin təmin olunmasına xidmət edən genişmiqyaslı layihələrin icrası, ələlxüsus da “Böyük Qayıdış”ın təmin olunması üçün 2022-ci ilin 16 noyabr tarixində Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə “Böyük Qayıdış”a dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalaması bu prosesin uğurla davam etdiyini bir daha təsdiqləyir. Onu da diqqətə çatdırmaq yerinə düşərdi ki, 2022-2026-cı illərə əhatə edəcək Dövlət Proqramı qarşıya mühüm vəzifələr, tapşırıqlar qoyub və onların icrası olduqca mühümdür.
Milli Məclisin aqrar siyasət komitəsinin sədri Tahir Rzayev “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, 44 günlük Vətən müharibəsində işğalçı Ermənistan üzərində qazandığımız parlaq Zəfərimizdən sonra işğaldan azad edilən torpaqlarımızda Böyük Qayıdış üçün Qarabağın hər guşəsində sürətlə quruculuq işləri davam etdirilir: “İşğaldan azad olunan torpaqlarımızda bərpa və yenidənqurma prosesi sürətli, sistemli və planlı şəkildə aparılır. Artıq bu istiqamətdə bir çox əməli addımlar atılıb, şəhərlərin və kəndlərin baş planları tərtib edilib. Bu gün böyük quruculuq meydanına çevrilən Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma işləri sürətlə gedir. Yeni avtomobil və dəmir yolları, hava limanları, körpülər, tunellər, elektrik və su xətləri, müasir yaşayış kompleksləri, məktəblər, xəstəxanalar, su-elektrik stansiyaları tikilir. Dövlət tərəfindən “Böyük Qayıdış” planına uyğun olaraq məcburi köçkünlərin doğma yurd-yuvalarına ən qısa zamanda qayıtması üçün bütün imkanlar səfərbər edilib”.
Onun sözlərinə görə, Zəngilanda “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasiminin baş tutması və insanların öz doğma yurdlarına geri dönməsi “Böyük Qayıdış”ın daha da sürətləndiyini təsdiq edir: “Böyük Qayıdışın ilk müjdəsi olan Zəngilanın Ağalı kəndində istifadəyə verilmiş “Ağıllı kənd”də yaradılmış bütün zəruri infrastrukurlar, sosial obyektlər, müxtəlif xidmət və təminat sahələri burada yaşayan insanların iş yerləri ilə təmin edilməsində də mühüm rol oynayır. “Ağıllı kənd” layihəsi çərçivəsində burada yaşayan ailələrin mikro bizneslə məşğul olması üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Zəngilan Rayon İcra Hakimiyyəti birgə əməkdaşlıq çərçivəsində müxtəlif layihələrin icrası nəzərdə tutulur. Eyni zamanda, ərazidə kənd təsərrüfatını inkişaf etdirmək üçün tədbirlər görülür.
Bütün bunlar məşğulluğun tam şəkildə təmin edilməsi deməkdir. Bu ərazidə yeni müəssisə və xidmət sahələrinin yaradılması, kənd təsərrüfatı və emal obyektlərinin icrası bölgədə iqtisadi fəallıq üçün əlverişli imkanlar deməkdir. Bu müəssisələrdə çalışan insanlar, sahibkarlıqla məşğul olanlar istehsal, emal və satış şəbəkəsi qurmaqla həmin ərazinin, Zəngilanın iqtisadi inkişafına və ümumilikdə ölkəmizin iqtisadiyyatına töhfə verəcəklər. Qarabağ və Şərqi-Zəngəzur bölgəsi böyük sənaye və aqrar potensiala malikdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bu günə qədər yüksək səviyyədə həyata keçirilən digər dövlət proqramları kimi “Böyük Qayıdış” Proqramı da uğurla icra olunur. Sözügedən Dövlət Proqramı həm də Qarabağı, Zəngəzuru dirçəldəcəyimizi bəyan edən Müzəffər Ali Baş Komandanın ərazilərimizin dirçəldilməsi ilə bağlı iradəsinin ifadəsi, əməli təzahürü və prosesin realizəsinin praktiki planıdır”, - deyə, o vurğulayıb.
Günel ABBASOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30

