Ruhumuzun qidası!
01.10.2024 [08:45]
Musiqinin sağlamlığa müsbət təsirləri var...
Yer üzündə min illərdir mövcud olan, bəşəriyyətin ən böyük ixtiralarınan biri musiqidir. Bu unikal mədəniyyət dili insanların özünüifadəsinin ayrılmaz hissəsidir, müxtəlif xalqların mədəni ənənələrini və adətlərini özündə əks etdirir. Musiqini həm də ruhun qidası adlandırırlar.
Deyilənə görə, hər bir insanın öz mahnısı var. Qədim Afrika qəbilələrində uşaq dünyaya gələndə onun qulağına öz mahnısını oxuyardılar. Sonra o uşaq böyüdüyü müddətdə qəbiləsinə xas olmayan hərəkətə yol verərdisə, həmin an onun qulağına oxunan mahnını çalar və bununla da uşağı yoluna qayıtmış hesab edərdilər.
Yeri gəlmişkən, bu gün Beynəlxalq Musiqi Günüdür. Bu gün UNESCO-nun qərarı ilə 1975-ci il oktyabrın 1-də təsis edilib. Məqsədi müxtəlif xalqlar arasında mədəni mübadilə, yaxınlaşma və dostluq, mədəniyyətlərin qarşılıqlı zənginləşdirilməsi, fərqli icmaların estetik dəyərlərinə qarşılıqlı hörmət, sülh və dostluq ideallarının həyata keçirilməsidir. Çünki musiqinin dili milliyyətindən və dil mənsubiyyətindən asılı olmayaraq, hər kəs üçün sadə və başa düşüləndir.
Bəşəriyyətin musiqi ilə tanışlığı çox qədim dövrlərdən başlayıb. Afrika mağaralarında aşkar edilmiş qayaüstü rəsmlərdə əlində musiqi aləti tutmuş insanlar təsvir edilib. 2000-ci ildə isə Çin arxeoloqları 2 min illik tarixi olan musiqi alətləri muzeyini aşkara çıxarıblar.
Musiqi terapiyası...
Musiqi ilə tibb arasında əlaqə insanlara çoxdan məlum idi. Antik dövrlərin mənbələrində musiqinin müalicəvi xüsusiyyətləri, musiqi vasitəsilə əhalinin ağır xəstəliklərdən xilas olması haqqında məlumatlar yetərincədir. Hazırkı dövrdə də, məsələn, Amerikada bu məqsədlərlə art terapiya növləri daxilində musiqi terapiyası metodu tətbiq edilir. Müasir musiqi terapiyasında musiqi somatik və psixi xəstəliklərdən əziyyət çəkənlərin müa?icəsi və reabilitasiyasında mühüm vasitələrdən biri kimi tətbiq edilir. Terapiya zamanı həkim musiqinin müşayiəti altında xəstələrə həm dərmanlarla, həm də şifahi deyimlərlə təsir göstərməyə çalışır.
Musiqinin təsir spesifikası orqanizmin və psixikanın aktivləşdirilməsilə əlaqədardır. Musiqi ağrı hisslərini azaltmaq, əzələ tonusunu bərpa etmək, ümumi psixi-emosional tonusu artırmaq imkanına malikdir. Musiqi terapiyası stomotologiyada, cərrahiyədə, ginekologiyada, urologiyada, kardiologiyada, habelə danışıq qüsurlarının müalicəsi və diksiyanın korreksiyası zamanı da tətbiq olunur. Psixiatriyada nevrozdan tutmuş şizofreniyanın bəzi formalarına qədər olan xəstəliklərin müalicəsində də musiqi terapiyası müsbət nəticələr verir.
Azərbaycan musiqisi
Azərbaycanda da musiqinin tarixi çox qədim zamanlara gedib çıxır. Qobustandakı qavaldaş daş dövründə yaşamış insanların istifadə etdikləri musiqi alətidir. Qobustan qayalarında qədim Azərbaycanın “Yallı” rəqs səhnələri təsvir olunub. Bu rəqsin uğurlu ov üçün ovsun mərasimi olduğu vurğulanıb. Görünür, Azərbaycan dilinin musiqi dili olması da buradan qaynaqlanır.
İlk yazılı ədəbi abidəmiz olan “Kitabi-Dədə Qorqud” dastanında musiqi ilə bağlı bir sıra parçaların mövcudluğu, dastan boyunca müxtəlif musiqi alətlərinin adlarının çəkilməsi musiqimizin qədimliyinə əyani sübutdur. İlk yazılı musiqi risalələrimiz isə XIII əsrə aiddir. XIII-XV əsrlərdə Yaxın və Orta Şərqin musiqi-nəzəri fikrinin inkişafı məhz Azərbaycanın iki böyük alimi və musiqiçisi Səfiəddin Urməvi (1217-1294) və Əbdülqadir Marağainin (1353-1435) adları ilə bağlıdır.
Ölkəmizdə davamlı olaraq keçirilən beynəlxalq musiqi festivalları, müxtəlif müsabiqələr, bütövlükdə, Azərbaycan mədəniyyətinin, Azərbaycan musiqisinin daha geniş miqyasda təbliğinə xidmət edir. Beynəlxalq Musiqi Günündə bütün dünyada olduğu kimi, Azərbaycanda da oktyabrın 1-də bir çox mədəniyyət ocaqlarında, konsert zallarında, mədəniyyət evlərində, kitabxanalarda, muzeylərdə konsertlər təşkil olunur, maraqlı tədbirlər keçirilir.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxSosial
13 Oktyabr 17:24
Hadisə
13 Oktyabr 16:31
Dünya
13 Oktyabr 15:38
İdman
13 Oktyabr 14:26
Siyasət
13 Oktyabr 13:47
Diaspor
13 Oktyabr 13:35
Siyasət
13 Oktyabr 13:11
Hərbi
13 Oktyabr 12:48
Dünya
13 Oktyabr 12:27
Sosial
13 Oktyabr 11:46
Dünya
13 Oktyabr 11:17
İdman
13 Oktyabr 10:57
Dünya
13 Oktyabr 10:35
Xəbər lenti
13 Oktyabr 10:01
Dünya
13 Oktyabr 09:41
Dünya
13 Oktyabr 09:19
Dünya
13 Oktyabr 08:42
Sosial
12 Oktyabr 23:02
Diaspor
12 Oktyabr 22:47
Elm
12 Oktyabr 22:24
Hadisə
12 Oktyabr 22:03
İdman
12 Oktyabr 21:52
Dünya
12 Oktyabr 21:34
Dünya
12 Oktyabr 21:18
İdman
12 Oktyabr 20:57
Sosial
12 Oktyabr 20:34
Hadisə
12 Oktyabr 20:13
Dünya
12 Oktyabr 19:48
Hadisə
12 Oktyabr 19:33
Dünya
12 Oktyabr 19:11
Xəbər lenti
12 Oktyabr 18:59
Dünya
12 Oktyabr 18:26
İdman
12 Oktyabr 18:13
İqtisadiyyat
12 Oktyabr 17:55
Dünya
12 Oktyabr 17:28
Dünya
12 Oktyabr 17:14
Turizm
12 Oktyabr 16:56
Dünya
12 Oktyabr 16:27
Sosial
12 Oktyabr 16:04
Siyasət
12 Oktyabr 16:03
İqtisadiyyat
12 Oktyabr 15:36
Sosial
12 Oktyabr 15:15
Sosial
12 Oktyabr 15:09
İdman
12 Oktyabr 15:07
Siyasət
12 Oktyabr 15:02
Dünya
12 Oktyabr 14:53
COP29
12 Oktyabr 14:33
Hadisə
12 Oktyabr 14:19
Siyasət
12 Oktyabr 14:05
Dünya
12 Oktyabr 13:58
Sosial
12 Oktyabr 13:31
Hərbi
12 Oktyabr 13:26
Mədəniyyət
12 Oktyabr 13:16
Xəbər lenti
12 Oktyabr 12:53
İdman
12 Oktyabr 12:32
Dünya
12 Oktyabr 12:13
İqtisadiyyat
12 Oktyabr 11:49
Hadisə
12 Oktyabr 11:37
YAP xəbərləri
12 Oktyabr 11:25
Prezident bu gün
12 Oktyabr 11:08
Siyasət
12 Oktyabr 10:53
Siyasət
12 Oktyabr 10:39
İqtisadiyyat
12 Oktyabr 10:15
İqtisadiyyat
12 Oktyabr 09:58
Analitik
12 Oktyabr 09:33
MEDİA
12 Oktyabr 09:10
Sosial
12 Oktyabr 08:57
Dünya
12 Oktyabr 08:40
Ədəbiyyat
12 Oktyabr 08:16
Gündəm
12 Oktyabr 08:05