Ağ ayıların dünyası...
27.02.2025 [08:36]
İnsan ayağı dəyməyən ərazidə yaşayırlar
Ən gözəl heyvanlar sırasında ağ ayıların xüsusi yeri var. Onlara qütb ayıları da deyirlər. Ağ ayılar digər ayılara nisbətən daha iri olur. Uzunluqları 3 metrə, çəkiləri 700 kiloqrama çatır. Onlar Şimal qütbündə, insan ayağı dəyməmiş ərazilərdə yaşayırlar.
Ağ ayılara Amerikanın şərq sahillərində, Şpinsberq və digər adalarda həm quruda, həm də buzlaqlarda rast gəlmək olar. Yeni dünya qütb ayılarının ən çox məskunlaşdığı ərazidir. Amma bu ayıları Laplandiya və İslandiyada da görmək mümkündür.
2000-ci ildən etibarən
Artıq 25 ildir ki, fevralın 27-si dünyada Beynəlxalq Qütb Ayısı Günü kimi qeyd olunur. Bu günün qeyd olunmasının əsas məqsədi ictimaiyyətin onlar haqqında məlumatını artırmaq və bu heyvanların qorunmasının vacibliyini vurğulamaqdır. Həmin gün ənənəvi olaraq təbiətin müdafiəsi ilə məşğul olan ekologiya təşkilatları tərəfindən müxtəlif aksiyalar və maarifləndirici tədbirlər həyata keçirilir.
“Ayı patrulları”
Qütb ayılarının yoxolma təhlükəsinin əsas səbəblərindən biri qütb buzlaqlarının əriməsidir. Ağ ayıların məhv olmasının daha bir səbəbi ətraf mühiti çirkləndirən neft quyularının işlənməsidir.
20-ci əsrin ortalarında ov səbəbilə qütb ayısının nəslinin kəsilmək təhlükəsi var idi. Beynəlxalq səviyyədə ilk dəfə olaraq bu növə diqqət 1954 və 1956-cı illərdə IUCN-nin IV və V Baş Assambleyalarında cəlb edilib və burada onun qorunmasının zəruriliyi müzakirə edilib. 15 noyabr 1973-cü ildə Norveçin paytaxtı Osloda Kanada, Danimarka, Norveç, Sovet İttifaqı və ABŞ hökumətləri qütb ayılarının mühafizəsi haqqında saziş imzalayıblar. Müqavilə kommersiya və idman məqsədləri üçün, eləcə də təyyarə və buzqıran gəmilərdən ayı ovuna tam qadağa qoyulmasını nəzərdə tutur.
16 oktyabr 2000-ci ildə Vaşinqtonda ABŞ və Rusiya hökumətləri Çukçi-Alyaska qütb ayıları populyasiyasının mühafizəsi haqqında saziş imzaladılar ki, bu da ağ ayıların ovlanmasını, vurulmasını, tutulmasını və ov dövriyyəsini tənzimləyir. Sənədə əsasən, yalnız yerli xalqlar ağ ayıları ovlamaq və tələyə salmaq hüququna malikdir.
Qrenlandiya və Kanadada qütb ayısının ovu üçün kvota sistemi mövcuddur. 2007-ci ildən Rusiyada Arktika kəndlilərinin və qərbdə Kolguev adasından Berinq adasına qədər yerləşən müşahidə məntəqələri şəbəkəsini özündə birləşdirən sahil meteoroloji stansiyalarının əməkdaşlarının iştirakı ilə sahil monitorinqini aparan “Ayı patrulları” fəaliyyət göstərir. Bundan əlavə, Rusiya 2030-cu ilə qədər Rusiyada qütb ayısının qorunması strategiyasını həyata keçirir.
Buzda sürətlə qaçmaq...
Qütb ayıları geniş, düz və tüklü pəncələrə sahibdirlər. Bundan əlavə, ayaq barmaqlarının arasındakı oyuqlar sayəsində buzun səthində vakuum yaradır. Sürüşkən olmayan pəncələri ilə buzun üzərində sürətlə qaça bilirlər. Barmaqlarının quruluşu isə suyun içində rahat üzməsini və daha uzaq məsafələri qət etməsini təmin edir.
Qış yuxusu: 7 ay heç nə yemir
Qütb ayıları enerji sərfini azaltmaq üçün qış yuxusundan da istifadə edirlər. Xüsusilə, ana olmağa hazırlaşan qütb ayısı qış yuxusuna getdiyi dövrdə enerji sərf etməmək və balalarını daha yaxşı bəsləmək üçün maddələr mübadiləsinin sürətini azaldır. 7 ay maddələr mübadiləsindəki yağı zülala çevirərək balaların bəslənməsini təmin edir. 7 ay ərzində özü heç nə yemir. Ürək döyüntüsünü dəqiqədə 70-dən 8-ə qədər endirə bilir. Bu dövrdə yemək yemədiyi üçün təbii ehtiyacları da olmur. Beləliklə, ana ayı balaların doğulacağı dövrdə çox enerji sərf etmir.
Yeganə
Xəbər lenti
Hamısına baxDünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22

