Alimlər hüceyrələrdə “qoxu hissi” yaradıblar – TƏDQİQAT
29.10.2025 [20:16]
İsveçrəli tədqiqatçılar laboratoriyada hüceyrələri qoxu reseptorları kimi işləməyə məcbur edərək, qoxuların necə hiss edildiyini araşdırmaq üçün yeni üsul yaradıblar. Bu yenilik qoxu mexanizmini izah edən və 2004-cü ildə Nobel mükafatı qazandıran məşhur “kombinator kodlaşdırma” nəzəriyyəsinə meydan oxuya bilər.
AZƏRTAC “Science” elmi nəşrinə istinadla xəbər verir ki, əvvəllər alimlər qoxu reseptorlarını laboratoriyada öyrənməkdə çətinlik çəkirdilər. Çünki bu reseptorlar adətən burundakı neyronlarda yerləşir və başqa hüceyrələrdə ifadə olunması çox çətin idi. “Givaudan” şirkətinin tədqiqatçıları problemin həlli üçün yeni üsul hazırlayıblar. Onlar reseptor zülalının strukturuna kiçik dəyişiklik edərək, laboratoriya şəraitində bu zülalların daha asan yaranmasını təmin ediblər. Yeni sistem sayəsində alimlər müəyyən qoxulara, məsələn, kəhrəba, qreypfrut və paçuli kimi maddələrə, xüsusi reaksiya verən reseptorları müəyyənləşdirə biliblər. Bu da bəzi qoxuların tək bir reseptor tərəfindən hiss edilə biləcəyini göstərir.
Tədqiqatın rəhbəri Andreas Natş bildirib ki, bu kəşf həm elm, həm də ətir sənayesi üçün böyük irəliləyiş ola bilər. Lakin mütəxəssislər hələ nəticələrin tam təsdiqlənmədiyini və bəzi qoxular üçün uyğun reseptorların tapılmadığını qeyd edirlər.
Alimlər ümid edirlər ki, bu üsul gələcəkdə qoxuların beyin tərəfindən necə qəbul edildiyini daha dərindən anlamağa və yeni ətir tərkibləri yaratmağa kömək edəcək.
Xəbər lenti
Hamısına baxGündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29

