YENİ MÜHƏRRİKLİ VƏ AVTOMATİK TRANSMİSSİYALI RENAULT DUSTER ƏSL YOLSUZLUQ AVTOMOBİLİ!
03.04.2015 [16:10]
Renault Azərbaycan şirkəti Duster avtomobillərinin ön ötürücülü, avtomatik sürət qutusu ilə təchiz olunmuş, 2 litrlik mühərrikə malik yeni versiyasının satışına başlayır.
Etibarlı avtomatik sürət qutusu və güclü mühərrikə malik yeni Privilege komplektasiyası şəhərdə və yolsuzluq şəraitində daha rahat hərəkəti təmin edəcək. Renault Duster avtomobillərinin şatış qiyməti 22 900 manat təşkil edir.
DAHA GÜCLÜ MÜHƏRRİK
Renault Duster mühərriklər cərgəsinə yeni, 135 at gücünə malik, benzinlə işləyən 2.0 litrlik (Avro-4 standartı) yeni güc aqreqatı əlavə edilib. 16 klapanlı atmosfer mühərrik cəmi 10,4 saniyə ərzində 100 km/saata qədər sürət yığmağa və maksimal sürəti 173 km/saata qədər inkişaf etdirməyə imkan verir. Avtomatik sürət qutusu ilə birlikdə avtomobil yaxşı dinamika və qarışıq sikldə 100 km-də 8,2 l optimal yanacaq sərfini nümayiş etdirir. Bu mühərrikin maksimal fırlanma anı 195 Nm təşkil edir və buna 4000 dövr/dəq dövrlərdə nail olunur. Bu, ötmə zamanı özünü daha əmin hiss etməyə imkan verir. Yeni mühərriki təklif etməklə yanaşı, Renault Azərbaycan avtomobil həvəskarlarının avtomobilin istismarının coğrafi xüsusiyyətlərinə cavab verən daha güclü mühərriklərə tələbatını da təmin edir.
HAMI ÜÇÜN AVTOMATİK SÜRƏT QUTUSU
Azərbaycan bazarında ilk dəfədir ki, avtomatik sürət qutusuna malik yeni Renault Duster təklif olunur. 4 pilləli 4x2 “avtomat” sürət qutusu avtomobilin idarə edilməsinin sadəliyi baxımından maksimum rahatlıq səviyyəsini təmin edir. İndi Renault Dusterin Azərbaycandakı müştəriləri özlərini həm şəhərdə, həm də yolsuzluqda daha əmin və rahat hiss edə bilər.
DƏBLİ VƏ RAHAT
Privilege komplektasiyasının xarici dizaynı və interyerinə populyar krossoverin pərəstişkarlarının qiymətləndirəcəyi yeni detallar əlavə edilib. Qara rəngli uzununa reylinqlər və arxa oturacağın indi 1/3 və 2/3 nisbətində açılan söykənəcəyi iri qabaritli əşyaları asanlıqla daşımağa imkan verəcək. Bamperlər və qapı tutacaqları kuzovun rəngindədir, 16” diametrli, dekorativ qapaqlı polad təkər diskləri istəyə görə tökmə disklərlə əvəz oluna bilər.
Duman əleyhinə fənərlər, elektrik ötürücü və elektrik qızdırıcılara malik xarici güzgülər, elektrik ön şüşə qaldırıcı və bort kompüteri sayəsində Renault Dusterdə səfərlər daha rahat olacaq. Artıq sürücü oturacağını və sükan çarxını hündürlüyünə görə tənzimləmək mümkün olacaq, oturacaqların parça üzü isə istəyə görə dəri üzlə əvəz olunacaq.
Sensorlu, rəngli yeddi düyümlük ekrana malik Media Nav multimediya sistemi şəhərdə etibarlı köməkçiniz olacaq. Sistem Bluetooth® vasitəsilə mobil qurğularda istədiyiniz musiqini rahat və tez tapmağa, habelə ucadan danışıq sistemini istifadə etməyə imkan verir. Cihaz panelindəki USB-porta və ya audioçıxışa iPod və digər audioqurğular qoşmaq və onları sükanaltı coystik vasitəsilə idarə etmək olar.
Privilege komplektasiyasında Renault Duster əlavə atribut kimi elektrik arxa şüşə qaldırıcıları, arxa partroniklər, kruiz-nəzarət, ön oturacaqların qızdırılmasını təklif edir.
YÜKSƏK TƏHLÜKƏSİZLİK SƏVİYYƏSİ
Yeni Renault Duster Privilege komplektasiyası müasir aktiv və passiv təhlükəsizlik sistemlərini, o cümlədən təcili tormozlama sistemi ilə ABS tormozlarının antiblokirovka sistemini və ESP səmt sabitliyinin stabilləşdirilməsi sistemini (əlavə) təklif edir.
Avtomobil sürücü və sərnişin üçün təhlükəsizlik yastıqları ilə təchiz olunub. Ön oturacaqlardakı üç nöqtədə bərkidilən təhlükəsizlik kəmərlərinə zərbə zamanı döş qəfəsinin qorunması üçün güc məhdudlaşdırıcıları əlavə edilib və hündürlüyə görə tənzimlənir. Səsli və vizual xəbərdarlıqlar sürücüyə kəmərlərin bağlanmadığını bildirir. Xüsusi Isofix bərkidiciləri sayəsində arxa cərgədə üç ədəd uşaq kreslosunu: onlardan ikisini yan oturacaqlarda, universal bərkitmə sisteminə malik bir kreslonu isə orta oturacaqda quraşdırmaq olar.
AZƏRBAYCAN ÜÇÜN RENAULT DUSTER
2014-cü ilin yekunlarına əsasən Renault Duster populyarlığına görə Renaultun Azərbaycanda ikinci modeli olub. Bu populyarlığına görə avtomobil əla yolsuzluq xüsusiyyətlərinə, möhkəmliyinə, aqressiv dizaynına, böyük daxili sahəsinə və əlverişli qiymətinə borcludur.
Renaultun bütün modelləri ekstremal şəraitlərdə kompleks sınaqlardan keçirilir. Standart stend sınaqlarından başqa, bütün yeni Renault avtomobilləri ən sərt şəraitlərdə miqyaslı yol sınaqlarından keçir və bu, onların möhkəmliyinə və uzun ömürlülüyünə zəmanət verməyə imkan verir.
İkinci nəsil Renault Duster sınaqlar zamanı 1,6 mln. km yol qət edib. Müxtəlif hava tərkibi şəraitində mühərrikun hərəkətinin qiymətləndirilməsi üçün mühərrikin sazlamaları həm də yüksək dağlıq şəraitdə yoxlanılıb. Bütün sistemlər real şəraitdə üç illik istismar imitasiyasından, o cümlədən qapı və pəncərələrin açılıb-bağlanması, oturacaqların və güzgülərin tənzimlənməsi, klaksonun işləməsi və s. testlərdən keçib.
Yeni Renault Duster komplketasiyasına 3 il müddətinə və ya 100 000 km (hansının daha tez baş verməsindən asılı olaraq) rəsmi zəmanət verilir.
Renault Duster avtomobillərinin ön ötürücülü, avtomatik sürət qutusu ilə təchiz olunmuş, 2 litrlik mühərrikə malik yeni versiyasının istehsalı Rumıniyanın Piteşti şəhərindəki Renault zavodunda təşkil olunub.
Xəbər lenti
Hamısına baxSosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50

