Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Maraqlı / NASA “dünyanı xilas edəcək” layihəyə start verib

NASA “dünyanı xilas edəcək” layihəyə start verib

23.11.2021 [12:03]

Amerika Aviasiya və Kosmik Tədqiqatlar İdarəsi (NASA) planetimizi mümkün meteorit və asteroid fəlakətindən qorumaq üçün DART (Double Asteroid Redirect Test) layihəsi həyata keçirilməkdədir. yeniazerbaycan.com Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, NASA gələcəkdə Yerlə potensial toqquşmadan qaçmaq qabiliyyətini yoxlamaq və planetimizin müdafiəsi üçün asteroidlərə çırpılacaq kosmik gəmini orbitə çıxarmağa hazırlaşır.

DART-ın 11 milyon kilometrlik səyahətdən sonra 2022-ci ilin oktyabrında hədəf əraziyə çatması planlaşdırılır.

Qeyd edək ki, İlon Maskın kosmik şirkəti “SpaceX”in “Falcon 9” raketi DART-ı kosmosa daşıyacaq. Əgər DART uğurlu olarsa, bəşəriyyət tarixdə ilk dəfə olaraq Günəş sistemindəki obyektin dinamikasını xeyli dəyişmiş olacaq.

Xatırladaq ki, Yer üçün təhlükəli hesab edilən ən azı 26 000 asteroid var. Yerlə kəsişən bu yollardan biri belə fəlakətə səbəb ola bilər.

Paylaş
Baxılıb: 84 dəfə

Xəbər lenti

Hamısına bax

Hava dəyişəcək

29 Noyabr 15:05

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30