Böyürtkən və onun faydalı xüsusiyyətləri
20.09.2023 [15:05]
Şahanə
Bitkilər insan orqanizmi üçün bir çox, o cümlədən bir sıra faydalı, əvəzolunmaz təbii birləşmələrin mənbəyi kimi çox qədim zamanlardan bəri insanlar tərəfindən müxtəlif məqsədlər üçün geniş şəkildə istifadə edilib. Eyni zamanda bitkilər insan orqanizmini zərərli sərbəst radikallardan qoruyan başlıca təbii antioksidantlar olan vitaminlər, karotinoidlər, polifenollu birləşmələr və flavonoidlərlə olduqca zəngindir.
Onlardan biri də böyürtkəndir.
Rubus caesius L. və ya böyürtkən kol bitkisi olub, hündürlüyü 50-150 sm-ə bərabərdir. Gövdəsi silindrik, sarı-yaşıl və hamardır. Düz və ya tükcüklü gövdəsi üzərində çoxsaylı tikancıqları vardır. Yarpaqları üçbölümlü, neştərvari yalançı zoğlardan və 4-7 sm uzunluqlu saplaqdan, dişcikli kənarlardan ibarət olmaqla, tükcüklü və açıq-yaşıl rənglidir. Çiçəkləri böyük formalı, tükcüklü, yaşıl kasacıqlı olub, ellipsvari ləçəklərdən ibarətdir. Yumurtalığı hamar, erkəkcikləri demək olar ki, dişiciklərdən uzundur. Meşələrdə, kiçik yarğanlarda və çay sahillərində yayılır. İyun-avqust aylarında çiçəkləyir və iyul-oktyabr aylarında isə meyvələri yetişir. Meyvəsi forma etibarilə uzunsov və konusvari, rənginə görə qırmızı, qara, al-qırmızı və sarı olur. Böyürtkən bitkisi yabanı halda Avropa, Asiya və Amerika qitələrində geniş yayılıb. Azərbaycanın bütün zonalarında böyürtkən kolluqları vardır. Eyni vaxtda kollarda həm təzə açılmış çiçək və həm də yetişmiş meyvə olur. Meyvəsinin tərkibində şəkər (qlükoza, fruktoza, saxaroza), üzvi turşular (alma, limon, salisil və s.), müxtəlif vitaminlər, pektin maddələri, karotin, C və B qrupu vitaminləri vardır. Tərkibi eyni zamanda kalsium, mis, dəmir, maqnezium, manqan, fosfor, kalium, selen, natrium, sink və s. mineral elementlərlə zəngindir.
Azərbaycanın xalq təbabətində böyürtkənin meyvələrindən, yarpaq və köklərindən bir sıra xəstəliklərə qarşı tətbiq olunur. Qurudulmuş meyvələrindən və yarpaqlarından çay kimi dəmləyib hipertoniya xəstəliyində və sinə ağrılarında (stenokardiya) istifadə edilir. Eyni məqsədlə təzə dərilmiş meyvələrindən şərbət və ya mürəbbə hazırlanıb yeyilir. İmmun sistemi və maddələr mübadiləsini gücləndirir. Aparılan araşdırmalar böyürtkənin yaddaş zəifliyindən ishala qədər bir çox xəstəliyə qarşı dərman olduğunu ortaya çıxarıb. Meyvəsi ilə yanaşı, böyürtkənin çiçəyinin də diabet və böyrək daşları üçün xeyirli olduğu müəyyənləşdirilib. Suyunun sıxılaraq içilməsi ishal xəstəliyində, qurudulmuş yarpaqları isə ağızdakı yaralar üçün faydalıdır. Bitki antosianlar və antioksidantlarla olduqca zəngindir. Qan təzyiqini nizamlayır, ayaqlardakı şişləri aradan qaldırır, ağız, dil və diş əti iltihablarına qarşı faydalı təsir göstərir. Göz zəifliyinə xeyirli təsir göstərir, maddələr mübadiləsini sürətləndirir. Aspirini təbii əvəz edən bitkidir və orqanizmə zərər vermir. Böyürtkən həm də sinir sistemi üçün çox faydalıdır belə ki, stresi azaldır, beyin qan dövranını yaxşılaşdırır, hafizəni gücləndirir, yuxunu normallaşdırır.
Antioksidantlarla olduqca zəngin olduğu üçün bitki yaşlanmanı zəiflədir, bir çox xroniki xəstəliklərin və xərçəngin qarşısının alınmasında faydalıdır. Ağızda xəstəliyə səbəb ola bilən bakteriyaları öldürür. Xərçənglə mübarizə qabiliyyəti ilə tanınan böyürtkən antioksidant sinifi olan polifenollarla zəngindir. Xüsusilə də antosianin bu meyvədə yüksək qatılıqda olur. Antosianinlər böyürtkən vasitəsilə xərçəngə qarşı istifadə edilən ilk silah hesab oluna bilər. Bir araşdırma zamanı böyürtkənin tərkibində olan xüsusi bir antosianin olan sianidin-3-qlükozidin ağciyərdə xərçəng hüceyrələrinin böyüməsinin qarşısını aldığı aşkar olunub. Böyürtkən həm də K vitamini ilə zəngindir ki, bu vitamin prostat, mədə, ağız və qaraciyər xərçənginin qarşısını alır və onlara qarşı mübarizə aparır. Eyni zamanda K vitamini çatışmazlığı sümükdə trofik pozulma nəticəsində incəlmə, sümük qırılmaları, göyərmə və s. hallara səbəb olur. Buna görə də böyürtkən, yaşıl yarpaqlı tərəvəzlər, kələm, soya və s. kimi K vitamini ilə zəngin olan qidaların istifadəsi unudulmamalıdır.
Xəbər lenti
Hamısına baxDünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27

