Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Maraqlı / Azərbaycan jenşeni – Biyan

Azərbaycan jenşeni – Biyan

03.10.2023 [12:36]

Xalq təbabəti

Günel

Biyan paxlakimilər fəsiləsinə aid çoxillik dərman bitkisidir. Hündürlüyü 60-100 santimetr, çiçəyi solğun bənövşəyidir. 3-4 il ərzində biyanın kökləri daima yeni zoğlar verdiyindən və şaxələndiyindən torpaqda onlarla kvadrat metr məsafəni əhatə edir və 2-7m dərinliyə qədər uzanır.

Dünyada biyan bitkisinin 33 növünə İspaniya, Livan, Misir, Avstraliya, Yeni Zelandiya, Kanada, Özbəkistan, Türkmənistan və s. ölkələrdə rast gəlinir. Azərbaycanda biyanın 6 növünə Kür-Araz (Muğan düzü, Kürdəmir, Ucar və Bərdə rayonları) və Samur-Dəvəçi ovalıqlarında, Xəzərsahili düzənliklərdə, Böyük Qafqazda (Şimal-şərq hissəsi, Alazan-Əyriçay vadisi, Qobustan, Abşeron), Kiçik Qafqazda (Mərkəzi və cənub hissələrində) və Naxçıvanın düzənliklərində rast gəlinir.

Biyan bitkisi təbiətin bizə bəxş etdiyi, şəfasını saymaqla bitməyən bir nemətdir. Müalicə məqsədilə biyanın köklərindən istifadə olunur.

Biyan köklərində təbii saponinlər vardır. Saponinlər hormonal təsir göstərərək insanın halını anındaca dəyişir, əhval-ruhiyyəni yaxşılaşdırır, halsızlığı götürür, insana bir gümrahlıq gətirir.

Biyan köklərində daha bir qiymətli maddə qliçirizin vardır. O, öskürək əleyhinə əvəzolunmaz bir maddədir. Biyan çayı sinəni yumşaldır, bəlğəmi təmizləyir, səs tutulmasında, bronxitdə, göy öskürəkdə, astmada, səs tutulmasında yaxşı nəticə verir. Biyan kökü dəmləməsi hətta ağız yaralarında, anginalarda və faringitdə də müalicəvi rol oynayır. Biyan kökü dəmləməsi mədə qıcqırmalarında yaxşı təsir göstərir. Biyan çayının 1 stəkan ac qarına içilməsi qıcqırmanı dayandırır, mədə və bağırsaq yaralarında (qastrit, kolit) faydalıdır.

Biyan çayı böyrəkləri duz və qumlardan təmizləyir, böyrəküstü vəzidən qaynaqlanan yüksək qan təzyiqində çox faydalıdır, eyni zamanda qaraciyər və dalaq üçün də faydalıdır.

Paylaş:
Baxılıb: 97 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Xəbər lenti

Siyasət

Xəbər lenti

Analitik

Məkrli plan...

30 Noyabr 11:15

Xəbər lenti

Daha 63 sakin...

30 Noyabr 11:13

Siyasət

Xəbər lenti

Siyasət

Dünya

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Qul psixologiyası  

29 Noyabr 14:42

Xəbər lenti

Mədəniyyət

Xəbər lenti

Daha 2 gün...

29 Noyabr 11:20

Sosial

Xarici siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30