Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Maraqlı / Özümə dost axtarıram

Özümə dost axtarıram

03.11.2023 [09:50]

MÜŞFİQƏ

Artıq Tıq-tıq xanım kimi çölün düzünə düşüb özümüzə dost axtarmağa ehtiyac qalmayacaq. Meta Instagram istifadəçiləri üçün süni intellektlə dost yaratma funksiyasını hazırlayıb. X-dən sonra Facebook və Instagram da bu karvana qoşulur!  Bu funksiya sayəsində istifadəçilər süni intellekt botu ilə söhbət edə və onun xarakter xüsusiyyətlərini müəyyən edə biləcəklər. Ancaq bu botun sadəcə sizinlə söhbət edəcəyi, yoxsa işinizi asanlaşdıracaq axtarışlar aparacağı isə bəlli deyil.

Süni intellektlə virtual dostlar inkişaf etdirmək ilk dəfə qarşılaşdığımız bir anlayış deyil. “Snapchat” də illər öncə oxşar təşəbbüslə çıxış etmişdi. Ancaq burada həm vizual, həm də mətn baxımından daha mürəkkəb bir dizayn görürük.

Metaverse çoxdan populyarlığını itirsə də, Meta VR eynəkləri ilə yaradılmış virtual dünyadan əl çəkənə oxşamır.  Həqiqətən, “Instagram” süni intellektli virtual dost xüsusiyyəti ilə yeni bir trendə yol aça bilərmi? Dünyanın bir çox ölkələrində geniş istifadə chatbot trendini virtual dostlarmı əvəz edəcək? Bunu izləyib görəcəyik.

Paylaş:
Baxılıb: 189 dəfə

Xəbər lenti

Hamısına bax

İdman

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Xəbər lenti

Siyasət

Siyasət

Siyasət

Sadəcə Kissencer...

01 Dekabr 10:35

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Xarici siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31