Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Maraqlı / 830 milyonluq buz festivalı

830 milyonluq buz festivalı

12.01.2024 [15:40]

MİKAYIL

Harbin Beynəlxalq Buz və Qar Heykəlı Festivalı dünyanın ən böyük buz heykəli festivalı hesab olunur. Hər il yanvarın 5-dən fevralın 25-dək Çinin Harbin şəhərində keçirilir. Burada temperatur mənfi 20, axşam və gecə saatlarında isə mənfi 40 dərəcəyə qədər enir. Dünyanın müxtəlif yerlərindən festivala gələn sənətkarlar öz əsərlərini hazırlamaq üçün Sunqari çayından istifadə edirlər.

Sonuncu dəfə təşkil olunan buz və qar festivalının “Buz və qar dünyası” parkı “Ginesin rekordlar kitabı”na düşüb. Təşkilatçıların açıqlamasına görə parkın sahəsi 816 min 682 kvadratmetrə qədər çatıb. Burada buzdan və qardan hazırlanan 1000-dən çox heykəl, fiqur, dünyanın müxtəlif ölkələrindəki tanınmış memarlıq abidələrinin, o cümlədən bina və körpülərin, nağıl və çizgi filmlərindəki qəsrlərin maketləri nümayiş olunub.

Harbin dünyanın qış turizm mərkəzlərindən biridir. Eksperlətin sözlərinə görə, Festivaldan sonra ölkə iqtisadiyyatında canlanma müşahidə olunur. Yerli hökumət hər il milyonlara yerli və əcnəbi turisti Harbinə gəlməyə sövq edir. Buz və Qar Dünyası turistlərin diqqətini çəkir və şəhər turizminə töhfə verir. Bundan əlavə, qonşu Jilin əyalətində keçirilən qış balıq ovu mövzusunda festival da turistlərin sayının artmasına səbəb olur. Ardıcıl 25 ildir keçirilən festival təkcə Çində deyil, dünyada da buz və qar mövzusunda ən iri tədbirlərdən biri olduğu üçün hər il xeyli yerli və əcnəbi turist Harbini ziyarət edir. Hər gün parka gələn insanların orta sayı bu il əhəmiyyətli dərəcədə artaraq 30 minə çatıb. Şəhərdə mehmanxana nömrələri isə əvvəlcədən bron edilib. Üçgünlük yeni ilə tətilində Harbini 3,05 milyon turist ziyarət edib və turizm sahəsində dövriyyə 5,91 milyard yuana (təxminən 828 milyon ABŞ dolları) çatıb ki, bu da hər iki göstərici üzrə tarixi rekorddur.

Qeyd edək ki, dekabrın son günlərində başlayan festival martın əvvəlinədək davam edir.

Paylaş:
Baxılıb: 190 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

181-ci üzv

02 Mart 11:10

Xəbər lenti

MEDİA

Sosial

Analitik

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Analitik

Gərginlik artır

01 Mart 11:10

Xəbər lenti

Xəbər lenti

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31