Kukla Teatrında vətənpərvərlik mövzulu daha bir tamaşanın premyerası olub
17.01.2025 [23:26]
Yanvarın 17-də Azərbaycan Dövlət Kukla Teatrında vətənpərvərlik mövzulu daha bir tamaşanın premyerası oldu.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sənət ocağının uşaqları tarixi irsimizə, soy kökümüzə, milli-mənəvi dəyərlərimizə bağlı ruhda formalaşdırmaq missiyasının davamı olan bu maarifləndirici tamaşa “Yalquzaq” adlanır.
Yazıçı-dramaturq Məhbubə Hacıyevanın “Yalquzaq və Simurq quşunun nağılı” hekayəsi əsasında hazırlanan birhissəli uşaq tamaşasının səhnələşdirəni və quruluşçu rejissoru Anaxanım Abdullayeva, quruluşçu rəssamı İqbal Əliyev, musiqi tərtibatçısı Əməkdar artist Vüqar Camalzadədir.
Modern üslubda hazırlanan tamaşanın səhnə tərtibatında qum üzərində təsvirlər ön plana çıxıb. Beləcə, parket kuklalar (biri canlı plan olmaqla) və iri monitor vasitəsilə qum üzərində rəsmlərin sintezində (qumla rəsmlərin müəllifi Lalə Hüseynzadədir) vizual həllə nail olunub.
Tamaşada rolları Rəhim Rəhimov (Ata qurd), Ramiz Qəmbərov (Yalquzaq), Səbinə Məmmədova (Ana qurd), Nərmin Əhmədova (Simurq quşu), Araz Həsənli (Baybora) və Yasin Abbasov (Bala qurd) ifa edirlər.
Nümunə düşmənlər tərəfindən yandırılaraq məhv edilmiş türk qəbiləsindən təsadüfən sağ qalmış azyaşlının qurdlar tərəfindən xilas olunması və böyüdülməsi hekayəsi üzərində qurulub.
Balaca teatrsevərlər tamaşa vasitəsilə insanlarla heyvanların, ümumiyyətlə vəhşi təbiətlə cəmiyyətin təmasının müsbət hasilinə vurğunu görmüş olurlar.
Yalquzaqın timsalında qurdların insan övladına mərhəməti, həmçinin düşmənlərə qarşı intiqam ruhunda tərbiyəsi, güclü və ədalətli varlığa çevrilməsi də təsvir edilir. Belə ki, Simurq quşunun köməyi ilə insanlara qoşulan Yalquzaq dara düşən qurd ailəsini də unutmur. Sözsüz ki, zamanında onun doğmalarını öldürüb, yurd-yuvasını viran qoyan yağılardan da qisasını alır.
Nəticədə ətrafına güclü dostlar toplayan Yalquzaq haqqın zəfərinə inamın nümunəsi kimi dillər əzbərinə çevrilir.
Nikbin sonluq, haqqın zəfərinə inam ovqatında bitən tamaşa teatrsevərlər tərəfindən alqışlarla qarşılandı.
Xəbər lenti
Hamısına baxDünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19

