Azərbaycanın milli geyimləri Romada nümayiş olunub
13.04.2025 [17:21]
İtaliyanın paytaxtı Romada yerləşən tarixi Palazzo Brancaccio sarayında “Azərbaycan milli geyimlərinin sehrli dünyası” adlı mədəni tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, ölkəmizin İtaliyadakı səfirliyi, İtaliyadakı Azərbaycan Mədəniyyət Mərkəzi və Bakı Milli Geyim Evinin birgə təşkilatçılığı ilə baş tutan tədbirin məqsədi Azərbaycan milli geyim irsinin zənginliyini beynəlxalq ictimaiyyətə təqdim etmək, mədəni dəyərlərin təbliği və Azərbaycan–İtaliya mədəni əlaqələrinin inkişafına töhfə vermək olub.
Tədbirin açılışında çıxış edən təşkilatçılar Azərbaycan milli geyimlərinin tarixi kökləri, regional xüsusiyyətləri və bədii-estetik çalarları haqqında məlumat veriblər. Bildirilib ki, milli geyimlər xalqımızın həyat tərzini, zövqünü və sosial kimliyini əks etdirən mühüm mədəni yaddaş nümunələridir.
Moda nümayişi zamanı Bakı Milli Geyim Evinin kolleksiyasından Azərbaycanın müxtəlif bölgələrinə məxsus qadın və kişi milli geyim nümunələri təqdim olunub. Zərif naxışlar, əl işləri və orijinal detallarla bəzədilmiş libaslar tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Bədii hissədə Dövlət Rəqs Ansamblının üzvləri səhnəyə çıxaraq milli geyimlərdə Azərbaycan xalq rəqslərini ifa ediblər. Bu çıxışlar tamaşaçılara xalqımızın zəngin rəqs mədəniyyəti və geyim estetikası haqqında əyani təsəvvür yaradıb.
Tədbirdə diplomatik korpusun üzvləri, İtaliyanın incəsənət və moda sahəsinin nümayəndələri, ictimai xadimlər və mədəniyyətsevərlər iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34

