Bakıda XIX əsrə aid tarixi abidənin konservasiyadan sonra açılışı olub
16.07.2025 [13:19]
İyulun 15-də Bakıda XIX əsrə aid Zərgərpalan hamamı kimi tanınan tarixi abidənin konservasiya işlərindən sonra açılışı olub. Konservasiya işləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Antropologiya İnstitutunun, Azərbaycan Memarlıq və İnşaat Universitetinin əməkdaşları və italiyalı professor Luici Skrinzi tərəfindən “Miras” İctimai Birliyinin sifarişi əsasında həyata keçirilib.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.
Açılış mərasimində Zərgərpalan abidəsində aparılan arxeoloji işlərin rəhbəri tarix elmləri doktoru professor Qafar Cəbiyev bildirib ki, tarixi tikili 1899-cu ildə yerli sahibkarların vəsaiti hesabına inşa olunub, 1937-ci ildə sahibi repressiyaya məruz qalıb və İkinci Dünya müharibəsi dövründə təyinatı dəyişdirilərək müharibə üçün məhsullar hazırlayan sex və emalatxana kimi fəaliyyət göstərib. Diqqətə çatdırıb ki, abidə uzun müddət baxımsız qalıb və ötən əsrin sonlarında özəl mülkə çevrilib. Abidənin dövlət qeydiyyatında olduğunu deyən Q.Cəbiyev sahibkar Əli Əliyevin “Miras” İctimai Birliyinə müraciəti əsasında burada ilkin olaraq arxeoloji ekspertiza aparıldığını və daha sonra tədqiqatlara başlanıldığını söyləyib. Abidə barədə məlumat verən alim qeyd edib ki, hamamın əsas strukturu giriş otağı, iki əsas zal və onlara bitişik otaqlardan ibarətdir. Arxeoloji qazıntılar zamanı otaqların hər birində maddi mədəniyyət nümunələri, konstruksiya qatları və memarlıq elementləri aşkarlanıb. Abidədə Şərq memarlığının elementləri (tağlar, günbəzlər, səkilər, fəvvarələr) ilə yanaşı, Avropa memarlıq məktəbinin bəzi xüsusiyyətləri müşahidə olunur.
Q.Cəbiyev vurğulayıb ki, konservasiya işləri zamanı İtaliya texnologiyasından istifadə olunub və abidənin orijinallığı maksimum şəkildə qorunub. O, tədqiqatlar zamanı tarix üzrə fəlsəfə doktorları Fariz Xəlilli və Elmira Abbasovanın əməyini xüsusi qeyd edib.
Sonra çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, son illərdə AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrində müstəqil Azərbaycan dövlətinin prioritetlərindən irəli gələrək mühüm tədqiqatlar aparılır. Akademik İsa Həbibbəyli vurğulayıb ki, aparılan islahatlar nəticəsində Azərbaycan arxeologiya elmi inkişaf edir, ölkəmizin müxtəlif bölgələrində arxeoloji abidələrin öyrənilməsi istiqamətində ekspedisiyalar fəaliyyət göstərir. AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun bölgələrdə apardığı arxeoloji qazıntılara yerində baxış keçirdiyini deyən akademik İsa Həbibbəyli həmin abidələrin, eyni zamanda, turizm məkanı kimi turistləri cəlb etdiyini söyləyib.
AMEA prezidenti bu abidələrin ölkəmizin tarixini, memarlığını, mədəniyyətini əks etdirməklə yanaşı, onların bərpa olunmasının bu arxeoloji nümunələrin yeni nəsillərə çatdırılması baxımından da mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur başda olmaqla, ölkəmizin bir çox bölgəsində hazırda arxeoloji ekspedisiyaların uğurla fəaliyyət göstərdiyini deyən akademik İsa Həbibbəyli, həmçinin paytaxt Bakıda və Abşeron yarımadasında son illərdə arxeoloji tədqiqatlara başlanıldığını vurğulayıb. Qeyd edib ki, sözügedən ərazi qədim tarixə malikdir və Bakının tarixi məhəllələrində arxeoloji tədqiqatlar daha da genişləndirilməlidir.
Zərgərpalan abidəsində qısa müddətdə aparılan konservasiya işlərindən məmnun qaldığını deyən akademik İsa Həbibbəyli tikilinin gələcəkdə turizm obyekti kimi istifadəsi, sərgilərin təşkili baxımından əlverişli olduğunu bildirib, abidənin mədəni irsimizin öyrənilməsinə töhfə verəcəyini söyləyib.
SEBA Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının sədri biologiya üzrə fəlsəfə doktoru Ruhəngiz Heydərova çıxışında Zərgərpalan abidəsinin həyata qaytarılmasının Azərbaycan mədəniyyətinin uğurlarının növbəti səhifəsi olduğunu deyib. Qeyd edib ki, uzun illərdən bəri SEBA Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası bir çox layihələr həyata keçirir, xüsusilə xarici mütəxəssislərin iştirakı ilə Qəbələdə arxeoloji qazıntılar təşkil edir. Ruhəngiz Heydərova bu günlərdə “Qədim Qəbələ şəhəri”nin UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edilməsinin onların çoxillik zəhmətlərinin bəhrəsi olduğunu və yekun siyahıya düşmək üçün zəruri fəaliyyətin davam etdiriləcəyini söyləyib.
Milli Məclisin deputatı, tarixçi-alim Vasif Qafarov çıxışında Zərgərpalan hamamının tarixi-mədəni sərvətimizin bir parçası olduğunu və yenidən həyata qaytarılmasının tariximizə sahib çıxmaq baxımından böyük əhəmiyyət kəsb etdiyini deyib.
Deputat, həmçinin özünün təşəbbüsü ilə Lerik rayonundakı tarixi mağaralarda arxeoloji qazıntı işlərini bərpa etmək üçün əraziyə gedən yolun salınması işlərinə başlanıldığını, işlərin yekunlaşmasından sonra arxeoloq-alimlərin həmin ərazilərdə tədqiqatlar apara biləcəklərini söyləyib.
Tədbirdə “Miras” İctimai Birliyinin sədri tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli və professor Hidayət Cəfərov Zərgərpalan hamamında aparılan konservasiya işləri, abidənin tarixi və s. istiqamətlərdə fikirlərini diqqətə çatdırıblar.
Daha sonra sahibkar, Zərgərpalan hamamının sahibi Əli Əliyev çıxış edərək tarixi abidənin peşəkar şəkildə Azərbaycan mədəniyyətinə qaytarılmasına görə alimlərə minnətdarlığını bildirib.
Çıxışlardan sonra abidəyə baxış keçirilib.
Xəbər lenti
Hamısına baxDünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27

