Fələstinli nazir: İƏT Mədəniyyət Festivalı tarixi birliyimizin dünya səhnəsində təcəssümüdür
08.12.2025 [12:40]
İƏT Mədəniyyət Festivalı yalnız mədəniyyət nümayişi deyil, həm də ortaq kimliyimizin, tarixi birliyimizin və ruhani dəyərlərimizin dünya səhnəsində təcəssümüdür. İslam dünyasının mədəni irsi, milyonlarla insanın yaddaşını, tarixi varlığını və mədəni sabitliyini daşıyan müqəddəs bir mirasdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçirilən “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə-2025”in açılış mərasimində Fələstin Dövlətinin mədəniyyət naziri İmadeddin Abdullah Salim Hamdan deyib.
Nazir qeyd edib ki, Fələstinin mədəniyyət siyasəti, məhz bu irsin qorunması, nəsillər arasında ötürülməsi və müasir yaradıcılıq formaları ilə zənginləşdirilməsinə yönəlib. “Bu festival, yaradıcı insanlar üçün yeni dialoq məkanı, mədəni platforma və inteqrasiya mühiti yaradır. Burada paylaşdığımız fikirlər, ideyalar və layihələr gələcəyin mədəni arxitekturasını formalaşdırmağa xidmət edir. Biz inanırıq ki, mədəniyyət xalqlar arasında ən güclü körpüdür, çünki dilindən, coğrafiyasından və siyasi çərçivəsindən asılı olmayaraq insan ruhunun ən saf təzahürünü daşıyır.
Fələstin olaraq, mədəni irsimizi qorumaqla yanaşı, teatr, kino, musiqi, memarlıq və incəsənət sahələrində yeni yaradıcılıq istiqamətlərinin inkişafını da prioritet hesab edirik. Bu məqsədlə beynəlxalq tərəfdaşlıq imkanlarının genişləndirilməsi, gənclərin yaradıcılıq mühitinə cəlb edilməsi və innovativ mədəniyyət platformalarının qurulması əsas fəaliyyət istiqamətlərimizdəndir”, - deyə İmadeddin Abdullah Salim Hamdan əlavə edib.
Nazir sonda Fələstin adından Azərbaycan dövlətinə, təşkilat komitəsinə, İƏT-ə və bütün iştirakçı ölkələrə dərin minnətdarlığını bildirib, festivalın uğurlu olacağına və gələcək mədəni təşəbbüslərə güclü zəmin yaradacağına əminliyini ifadə edib.
Xəbər lenti
Hamısına baxDünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33

