“Qərbi Azərbaycan aşıqlığı bu gün” adlı konsert proqramı keçirilib
23.01.2026 [11:11]
2026-cı il yanvarın 22-də “Bizi Birləşdirən Mədəniyyət” İctimai Birliyinin təşkilatçılığı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və Azərbaycan Aşıqlar Birliyinin tərəfdaşlığı ilə Şəhriyar adına Mədəniyyət Mərkəzində “Qərbi Azərbaycan aşıqlığı bu gün” adlı konsert proqramı təşkil olunub.
“Bizi Birləşdirən Mədəniyyət” İctimai Birliyinin sədri, Əməkdar artist Ramil Qasımov bildirib ki, bu konsert rəhbərlik etdiyi təşkilatın elan etdiyi “Musiqi Kimliyimiz” layihəsi çərçivəsində ilk tədbirdir. Bu layihə Azərbaycan xalq musiqisinin köklərinə işıq salmaqla, aşıq sənətinin milli kimliyimizin ayrılmaz hissəsi olduğunu vurğulayır, onu müasir auditoriyaya, xüsusilə gənc nəslə daha dolğun şəkildə təqdim etməyi hədəfləyir. Ramil Qasımov bildirib ki, layihə çərçivəsində silsilə tədbirlər nəzərdə tutulur. O, “Dastan axşamları”nın təşkili üzərində işlədiklərini də diqqətə çatdırıb, bu proqramlar canlı ifa, dastan söyləmə, musiqi müşayiəti və bədii təqdimat formatında olacaq.
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva Agentliyin təşkil etdiyi müsabiqələrdə Qərbi Azərbaycana qayıdış mövzusunun son illərdə prioritetə çevrildiyini bildirib. Qeyd edib ki, Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyasından irəli gələn məsələlər, dinc yolla qayıdış təməl insan hüquqlarıdır. A.Əliyeva təxminən 1 ildir fəaliyyətə başlayan “Bizi Birləşdirən Mədəniyyət” İctimai Birliyinin qısa müddət ərzində bir sıra nümunəvi layihələrlə çıxış etməsini yüksək qiymətləndirib. O, Agentliyin bu cür peşəkar, aktual layihələrə bundan sonra da dəstək olacağını vurğulayıb.
Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı aşıq sənətinin milli-mənəvi dəyərlərin formalaşmasında oynadığı mühüm roldan danışıb. O, Qərbi Azərbaycan aşıq mühitinin zəngin irsinin qorunması və gələcək nəsillərə ötürülməsinin vacibliyini diqqətə çatdırıb. O, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə 2025-ci ildə “Qərbi Azərbaycan aşıqlarının dastan repertuarı” adlı kitab nəşr etdiklərini bildirib.
Konsert proqramında Qərbi Azərbaycan aşıq mühitinə məxsus müxtəlif aşıq, el havaları və dastan nümunələri səsləndirilib. Sözləri Aşıq Alıya məxsus “İrəvan çuxuru”nu Nəbi Nağıyev, Nazim Quliyev, sözləri Aşıq Ələsgərə məxsus “Baş sarıtel”i Əli Pənahoğlu, “Baş müxəmməs”i Fətulla Göyçəli, ƏIəddin Göyçəli, İmran Xəlilov, “Hüseyni”ni Xanım Göyçəli, sözləri İsa Körpülüyə məxsus “Göyçə gözəlləməsi”ni İmralı Fikrətoğlu, sözləri Müşgül Musaya məxsus “Göyçəgülü”nü Ələddin Göyçəli, sözləri İsgəndər Ağbabalıya məxsus “Çalpapaq”ı Dərya Mərdanzadə, sözləri Alqayıt Xəlilova məxsus “Gəraylı”nı Xanlar Alqayıt ifa ediblər. Bundan başqa, İxtiyar Qocayev, Ləman Mirzəyeva, Elməddin Hacı və digərləri aşıq sənətinin incilərini təqdim ediblər.
QHT Agentliyi Qərbi Azərbaycana qayıdış mövzusunda mühüm təşəbbüsləri dəstəkləməkdə davam edəcək.
Xəbər lenti
Hamısına baxDünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45

