Notlarla yaşayan böyük bəstəkar
05.02.2026 [08:30]
Qara Qarayev musiqi dünyasının əbədiyaşarlıq nümunəsidir...
Musiqi insan ruhunun ən incə və dərin hisslərinə təsir edən bir sənət növüdür. O, zamanın sınağından keçərək müxtəlif mədəniyyətlər arasında bir körpü rolunu oynayır. Lakin musiqi yalnız zamanla yox, həm də məkanla səyahət edir. Bəzi musiqiçilər var ki, onların əsərləri yalnız öz dövründə deyil, gələcək nəsillərə də ilham verir. Bu sənətkarların içərisində xüsusi bir yer tutan şəxsiyyətlərdən biri də Azərbaycan musiqisinin nəhənglərindən biri olan Qara Qarayevdir.
Qara Qarayevin musiqisi milyonlarla ürəkləri hərarəti, emosionallığı ilə fəth edib, müasirliyi, fəlsəfiliyi ilə düşündürüb. Bu dahi şəxsdən söz açanda sanki fonda hər zaman “Yeddi gözəl” baletinin sədaları səslənir. Hər bir böyük sənətkar kimi Qarayevin yaradıcılığında da millilik özünəməxsus bir formada təzahür edir.
Q.Qarayevin məşhur bir ifadəsi var idi: “Müasir musiqidə çox yollar var. Mən sizə bu zəngin və bənzərsiz dünyanı açıram ki, öz yolunuzu seçəsiniz”. O, sənətdə yeniliyi, qeyri-adiliyi sevirdi, həm də klassikaya bağlı idi. Mükəmməl musiqi təhsili almışdı. Üzeyir Hacıbəyov və Dmitri Şostakoviç kimi nəhəng bəstəkarlar onun sənət müəllimi olmuşdular. Dünya musiqi irsini mükəmməl şəkildə mənimsəmişdi. Hələ yaradıcılığa başladığı ilk günlərdən aydın dərk etmişdi ki, təqlidçilik, keçilmiş yolla getmək əlçatmaz zirvələri fəth etmək üçün ən böyük maneədir.
Bəzi sənətkarlar yaradıcılıqlarında uğur qazanmağın yolunu seçdikləri mövzunun aktuallığında - müasirliyində görürlər. Qarayev kimi böyük sənətkarlar üçün ən böyük meyar istedad və əlbəttə ki, zəhmətdir. Belə sənətkarlar üçün hər hansı mövzu həmin sənətkarın istedadı və fövqəladə zəhməti hesabına sənətin zirvəsinə yüksələ bilir. 12-ci əsrdə yaşamış Nizami Gəncəvinin ölməz “Yeddi gözəl” əsərinə balet bəstələyən Q.Qarayevin bu baletində keçmiş və indi, bu günümüzlə gələcək, orta əsrlərdə yaşayan insanların arzusu, istəyi, həyəcanı, narahatlığı, düşüncəsi ilə - müasirimiz olan insanların arzu, istək, həyəcan, narahat düşüncələri vəhdətdədir. Necə deyərlər, orta əsr insanlarının hissləri, müasirimiz olan insanların hiss-həyəcanları ilə harmoniya təşkil edir.
108 il öncə bu gün...
Bu gün böyük sənətkarın anadan olmasından 108 il ötür. O, 1918-ci il fevralın 5-də Bakı şəhərində məşhur həkim-pediatr Əbülfəz Qarayevin ailəsində doğulub. Təravətini heç zaman itirməyən Qarayev musiqisi, həm bu günümüzün, həm də gələcəyin musiqisidir. Min illərdir ki, rəssamlıqda, musiqidə, heykəltəraşlıqda, ədəbiyyatda daimi olan mövzular var: məhəbbət, müharibə, ölüm, mübarizə... Bunlar bəşəri mövzulardır. Bu mövzulara hər bir sənətkar öz nöqteyi-nəzərindən, düşüncə sferasından, hiss və həyəcanından təsirlənərək yanaşır. Dünya dəyişir, əsrlər bir-birini əvəz edir, amma yuxarıda qeyd etdiyimiz bəşəri mövzular öz aktuallığını itirmir, əksinə illər ötsə də yaşayır...
Dəyərlərimizə sadiq şəxsiyyət...
Şəxsiyyəti də musiqisi kimi bənzərsiz olan Qarayev təbiətən çılğın adam idi. İnsani keyfiyyətləri əsas tutar, əsərlərində qəhrəmanlarının bu amal uğrunda mübarizəsini verirdi. Ona görə də onun əsərlərində çılğın, narahat notlar daha çoxluq təşkil edir. Onun əsərlərini dinləyərkən sanki hisslər tufanına düşürsən. Q.Qarayev dəyərlərimizə sadiq insan idi. Muğamlarımızı, xalq mahnılarını, aşıq sənətini, klassik ədəbiyyatımızı gözəl bilirdi. Və xalq sənətimizin bu əvəzsiz incilərindən əsərlərində yetərincə istifadə edirdi. Ölməz “Yeddi gözəl” baleti, “Leyli və Məcnun” süitası dediklərimizin şübhəsiz təsdiqidir.
Bizim və bütün dünyanın Qara Qarayevi...
O, həm də bəşəri bir sənətkar idi. Bütün bəşəriyyətə mənsub olan Q.Qarayev dahi Servantesin həmişəyaşar “Don Kixot” əsərinə çəkilmiş filmin (rejissoru: Sovet kinosunun əfsanəsi Kozinsev) musiqisini bəstələmişdi, Cənubi Afrika yazıçısı Piter Abrahamsın “İldırımlı yollarla” romanı əsasında, irqi ayrıseçkiliyə üsyan əlaməti olan “İldırımlı yollarla” baletini yaratmışdı. Məşhur “Qoyya” filminin musiqisi də Qarayevə məxsus idi, “Antiono və Kleopatra” teatr tamaşasının musiqi müəllifi də odur. Dünya musiqi tarixində hadisəyə çevrilən “Üçüncü simfoniya”da Qarayevin istedad və zəhmətinin məhsuludur. Bizim və bütün dünyanın olan Qara Qarayevin...
Qara Qarayev kimi sənətkarlar gələcəyin sənətkarlarıdır. Onun baletləri, simfoniyaları, süitaları, bu günümüzün hadisələri ilə həmahəng səslənir, amma müəyyən zaman keçir, günümüzün hadisələrini ehtiva edən Qarayev musiqisinin yeni məziyyətləri meydana çıxır. Həmin musiqilərdə illər sonra da cəmiyyətdə baş verəcək olayların - insan ehtiraslarının, istəklərinin, çarpışmalarının möcüzəli, narahat notları öz səsləniş dövrünü gözləyir.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

