Parisdə Novruz coşqusu: Milli dəyərlər beynəlxalq səviyyədə nümayiş etdirilib
20.03.2026 [14:21]
Azərbaycanın Fransadakı səfirliyi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə Novruz bayramı Parisdə səfirliyin Mədəniyyət Mərkəzində təntənəli şəkildə qeyd edilib. Bayram tədbiri milli adət-ənənələri və mənəvi dəyərləri əks etdirən zəngin proqramla müşayiət olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Novruz bayramının fəlsəfəsi və qədim adət-ənənələri barədə geniş məlumat verib. Səfir bildirib ki, Novruz Azərbaycanın ən qədim və sevimli bayramlarından biridir və xalqın milli-mənəvi dəyərlərini özündə əks etdirir.
Leyla Abdullayeva vurğulayıb ki, Novruz əsrlər boyu təbiətin oyanışı, mənəvi saflıq və bərabərlik rəmzi kimi qeyd olunub. Qədim günəş təqviminə əsasən yazın və yeni ilin başlanğıcı kimi qeyd edilən bayram müxtəlif xalqlar arasında sülh, barış və həmrəyliyi təşviq edir.
Tədbirdə səfir Azərbaycanın hazırkı sabitliyinə də toxunaraq bildirib ki, regionda mürəkkəb vəziyyətə baxmayaraq, ölkəmiz Novruz bayramını təhlükəsizlik və sabitlik şəraitində qeyd edir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan sülh, etimad və dialoq məkanına çevrilib və bu, beynəlxalq ictimaiyyət üçün də mühüm əhəmiyyət daşıyır.
Tədbir çərçivəsində Azərbaycan-Fransa ikitərəfli münasibətləri barədə məlumat verilib. Eyni zamanda, Novruzun milli ənənələrini əks etdirən xonçalar nümayiş olunub və iştirakçılara bayram ab-havası yaradılıb. Milli geyimdə çıxış edən səfir xalqın dəyərlərinə və ənənələrinə sadiqliyini nümayiş etdirib.
Bayram proqramı konsertlə davam edib. Rövşən Qurbanov (tar) və Toğrul Əssədullayevin (kamança) müşayiəti ilə xanəndələr Rəvanə Qurbanova və Rəvan Qaçayev milli muğam və folklor musiqilərini ifa ediblər.
Xəbər lenti
Hamısına baxDünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59

