“Sonsuz Dəhliz” filmi Madrid festivalının mükafatlarına layiq görülüb
15.07.2015 [09:58]
Litvalı rejissor Aleksandras Brokasın Xocalı soyqırımı haqqında çəkdiyi “Sonsuz Dəhliz” (“Endless Corridor”) filmi beynəlxalq kinofestivalların rəğbətini qazanmaqda davam edir. ABŞ-da keçirilən “Accolade Qlobal Film Competition” müsabiqəsində “Best of Show” mükafatını aldıqdan sonra bu film daha iki nüfuzlu mükafata layiq görülüb.
Avropa Azərbaycan Cəmiyyətindən AZƏRTAC-a bildiriblər ki, iyulun 10-da Madrid və Tenerife Beynəlxalq Film festivalları “Sonsuz Dəhliz” filmini “Ən yaxşı sənədli film” və Aleksandras Brokası “Ən yaxşı sənədli film rejissoru” nominasiyası üzrə qalib elan edib.
Filmin beynəlxalq uğuruna sevinən A.Brokas bu münasibətlə deyib: “Bu mükafatları almaq mənim üçün böyük şərəfdir. Mənimlə birgə çalışan yaradıcı komandaya və faciəvi hekayələrini mənimlə bölüşən Xocalı sakinlərinə təşəkkürümü bildirirəm.
“Sonsuz Dəhliz” filminə bu cür böyük beynəlxalq diqqətin olması onu göstərir ki, filmdə nəql edilən hekayələr heç bir insanı biganə qoya bilməz. Tarixin ağrılı dərsləri nəhayət, öyrənilməli, ondan ibrət dərsi götürülməli və Xocalı faciəsi heç vaxt təkrarlanmamalıdır.
Madrid və Tenerife Beynəlxalq Film festivallarında qazandığımız bütün mükafatları, həmçinin “Accolade Global Film Competition” müsabiqəsində aldığımız “The Best of Show” mükafatını biz filmin qəhrəmanlarına və Xocalı faciəsində həlak olmuş insanların əziz xatirəsinə həsr edirik.
“Accolade” nəşrinin mükafatı beynəlxalq kino sənayesində çox nüfuzlu mükafatlardan biridir. Müsabiqənin münsifləri Hollivudun məşhur film yaradıcılarıdır. Onlar, həmçinin “Emmi” və “Oskar” (Akademiya mükafatları) mükafatları üçün keçirilən səsvermədə də iştirak edirlər. Bu mükafata layiq görülmək “Sonsuz Dəhliz” filminin 2015-ci ilin ən yaxşı sənədli filmi olması deməkdir. Bu mükafatı qazandığımıza görə bizim gələn il “Emmi” mükafatları almaq şansımız da artır”.
“Sonsuz Dəhliz” filmi bütün dünyada keçirilən 60-dan artıq kino festivalına təqdim edilib. Çoxları bu filmi artıq rəsmi proqramlarına daxil ediblər. Növbəti festival Cənubi Afrikada keçirilən nüfuzlu Keyptaun Film Festivalıdır. Həmçinin gələn ay Toronto IFF və AFI FEST (Amerika Film İnstitutu) da öz rəsmi seçimlərini elan edəcək.
Xatırladaq ki, filmin premyerası ötən il iyulun 1-də Londonda Britaniya Film və Televiziya İncəsənəti Akademiyasında (BAFTA) keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib.
“Sonsuz dəhliz” sənədli filmi prodüserlər Aleksandr Brokas (Litva) və nüfuzlu “Grammy Award” mükafatçısı Cerald Rafşun (ABŞ) tərəfindən çəkilib. Britaniyalı aktyor, BAFTA mükafatçısı Ceremi Ayronz tərəfindən səsləndirilən film Xocalı dəhşətlərinin şahidi olan litvalı jurnalist Riçard Lapaitisin faciədən 20 il sonra yenidən Azərbaycana gələrək qətliamdan xilas olmuş hadisə şahidləri ilə görüşlərində lentə alınmış xatirələri və Ermənistan tərəfindən soyqırımının təşkilində birbaşa iştirak etmiş şəxslərlə müsahibəsi əsasında qurulub. Filmdə Qarabağın Azərbaycan tarixi və mədəniyyəti üçün əhəmiyyətinə dair süjetlərə yer verilib. Filmdə Xocalı qırğınına dair indiyədək az məlum olan yeni faktlar, sənədlər və vaxtilə çəkilmiş videogörüntülər və fotomateriallara istinad edilir, qətliam haqqında həqiqətlər təsirli şəkildə tamaşaçıya çatdırılır.
“Sonsuz Dəhliz” filminin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində bu ilin fevral ayında İstanbul, Ankara, Roma, Vilnüs, London, Paris, Dublin, Berlin, Bern, Lüksemburq kimi şəhərlərdə təqdimatı keçirilib. Həmçinin Türkiyənin “Kanal 24” kanalında və Albaniyanın Milli Televiziyasında nümayiş olunub. Dünyanın aparıcı televiziya kanalları da filmi nümayiş etdirməyə hazırlaşır.
Xəbər lenti
Hamısına baxSiyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33

