Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Qəbələ VII Beynəlxalq Musiqi Festivalında dünya şöhrətli pianoçu Aleksandr Qindinin konserti musiqisevərlərin zövqünü oxşayıb

Qəbələ VII Beynəlxalq Musiqi Festivalında dünya şöhrətli pianoçu Aleksandr Qindinin konserti musiqisevərlərin zövqünü oxşayıb

30.07.2015 [10:07]

VII Beynəlxalq Musiqi Festivalı günlərində Qəbələdə böyük izdiham yaşanır, xüsusi ab-hava hökm sürür. Gözəl bir musiqi bayramına çevrilən festivalın proqramına uyğun olaraq iyulun 29-da Heydər Əliyev Konqres Mərkəzində Azərbaycan və Rusiya pianoçularının konserti olub.
AZƏRTAC xəbər verir ki, mərkəzin kamera zalında bir çox beynəlxalq müsabiqələrin qalibi, Stokholmda keçirilən İsveç Kral Festivalının və “Ermitaj” solistlər ansamblının bədii rəhbəri olan dünya şöhrətli rusiyalı pianoçu Aleksandr Qindinin konserti böyük tamaşaçı marağına səbəb olub.
Həmçinin bir sıra yerli və beynəlxalq müsabiqələrin qalibi, festivalların iştirakçısı olan Səidə Tağızadə (piano) və Azərbaycanın Əməkdar artisti, Azərbaycan Dövlət Simli Kvartetinin üzvü Aleksey Miltıx (violonçel) bəstəkar A.Skryabın və S.Raxmaninovun fortepiano və violonçel üçün yazdığı əsərləri səsləndiriblər. Konsertdə ifa olunan klassik əsərlər musiqisevərlərin zövqünü oxşayıb.

 
Paylaş:
Baxılıb: 798 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Mədəniyyət

Siyasət

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31