UNESCO-nun toplantısında Ermənistanın təxribatına tutarlı cavab verilib
04.12.2015 [10:09]
Namibiya Respublikasının paytaxtı Vindhuk şəhərində UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 10-cu sessiyası işini davam etdirir. Xəbər verdiyimiz kimi, sessiya çərçivəsində Ermənistanın təqdim etdiyi “Köçəri, ənənəvi qrup rəqsi” nominasiya faylı Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahıya daxil edilməyərək Ermənistan tərəfinə geri qaytarılıb. Azərbaycanın təqdim etdiyi “Lahıc misgərlik sənəti” nominasiya faylı isə nümunəvi model kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Qeyri-Maddi Mədəni İrs üzrə Komitənin müvafiq qərarından qəzəblənən Ermənistan nümayəndələri komitəyə, qiymətləndirmə orqanına, eləcə də Azərbaycan nümayəndə heyətinə qarşı saxta bəyanatlar verməyə cəhd ediblər. Onlar Azərbaycan mediasında həqiqətə uyğun olmayan məlumatların yayıldığını bildirərək Azərbaycan tərəfini məsələni siyasiləşdirməkdə ittiham ediblər.
Azərbaycan nümayəndə heyəti adından çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə Ermənistanın həmişə olduğu kimi, yenidən təxribata, Köçəri faylının UNESCO tərəfindən qəbul edilməməsini gizlətmək üçün həmişə olduğu kimi, Azərbaycana qarşı provakasiya və şantaja əl atdığını bildirib. O qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi ilə pislənildiyinə baxmayaraq Ermənistan Azərbaycan ərazisinin 20 faizini hələ də işğal altında saxlayır. Azərbaycan Ermənistandan fərqli olaraq beynəlxalq hüquqa, UNESCO-nun müvafiq Konvensiyasının prinsiplərinə və komitəyə hörmət edir. Keçən il də Ermənistan tərəfindən komitə qərarının təhrif edilməsi kimi analoji addımın atıldığını xatırladan V.Eyvazzadə Ermənistanın UNESCO-ya Köçəri faylını təqdim etməsinin qədim Azərbaycan regionu Naxçıvana qarşı ərazi iddiaları ilə bağlı olduğunu diqqətə çatdırıb. O, Ermənistan tərəfini dialoq, sosial həmrəylik və qarşılıqlı hörməti təşviq edən Konvensiyaya riayət etməyə çağırıb.
Xəbər lenti
Hamısına baxSiyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33

