/ / “ÜNS” Yaradıcılıq Səhnəsi Roman Viktyuk Teatrının “Zamanların əvvəli və sonunda” tamaşasını uğurla təqdim edib
“ÜNS” Yaradıcılıq Səhnəsi Roman Viktyuk Teatrının “Zamanların əvvəli və sonunda” tamaşasını uğurla təqdim edib
02.06.2016 [09:42]
“ÜNS” Yaradıcılıq Səhnəsi Azərbaycan Dövlət Musiqili Teatrında Roman Viktyuk Teatrının “Zamanların əvvəli və sonunda” tamaşasını böyük uğurla təqdim edib.
Bu ilin oktyabrında 80 illiyini qeyd edəcək bənzərsiz maestro Roman Viktyuk tamaşaçılara dramatizmi ilə ovsunlayan bir pyes təqdim edib. Əsərin müəllifi daha çox Pavel Ariye kimi tanınan Pavel Alekseyevdir. Ukraynanın ən istedadlı dramaturqlarından hesab olunan Pavel Ariyenin pyesləri rejissorlar tərəfindən yüksək qiymətləndirilir və tamaşaçılar tərəfindən sevilir.
“Zamanların əvvəli və sonunda” pyesi dünya miqyaslı faciədən - Çernobıl atom elektrik stansiyasındakı (AES) partlayışdan bəhs edir. Özünə (həm də bütün tamaşaçılara) ən yaxşı hədiyyə kimi Roman Viktyuk çox çətin bir əsərə səhnə quruluşu verib. Bu, mübahisəli, baxılması ağır olan, eyni zamanda, vazkeçilməz pyesdir. Bu, həyat və ölüm, sadə gün-güzəran yumoru və xalq hikməti, qaçaraq, təmənnasız, nəticəsi düşünülmədən göstərilən şücaət haqqında dramatik hekayətdir.
Çernobıl AES-də qəza bir çox insanların həyat tarixçələrinə qayıdış nöqtəsi oldu. Bu, zamanların sərhədi, heç vaxt uzanıb getməyəcək “əvvəl” və “sonra” arasındakı məqam barədə tamaşadır. Həyat artıq əvvəlki kimi olmayacaq, lakin illər ötüb keçir, deyirlər ki, radiasiya səviyyəsi azalır və zaman yaraları sağaldır. Yaşayış üçün rəsmən yararsız sayılan ərazilərdə yerli əhali hələ də gün-güzəran keçirir. Bu, onların torpağıdır, torpağın dəhşətli, düzəlməz dərəcədə zəhərlənməsinin fərqinə varan yoxdur. Parlaq aktyor heyəti (Oleq İsayev, İqor Nevedrov, Lyudmila Poqorelova, Aleksandr Semyonov, Aleksandr Dzyuba) tamaşaçıları səhnədə baş verənlərə bir dəqiqə belə biganə qoymur.
Pyesdəki hadisələr Çernobıl AES-in yaxınlığında, Pripyat çayının kənarında yerləşən kəndlərdən birində cərəyan edir. Tamaşada başqaları kimi doğma yerlərini tərk etməyən, doğulduğu yurdda yaşamağa davam edən insanların keçirdiyi qorxu, sağ qalmaq və vahimə hisslərindən, psixoloji gərginlikdən söhbət açılır. Bir zamanlar həyatın coşub-daşdığı, bağların çiçək açdığı, təkcə insanların yox, hətta vəhşi heyvanların özünü rahat hiss etdiyi bu yerlər indi yadlaşmış zonadır. Amma burada təkcə mətanət və cəsarət, hətta yumor və səmimi insan sevinci hələ də qalır. Heç nəyə əhəmiyyət vermədən sağ qalmaq və yaşamaq - dünyaya bundan ötrü gəlmək və getmək lazımdır...
Bütövlükdə, həyat yerində saymır və o hər yerdə mövcuddur - əvvəldə də, sonda da. Bu həyati həqiqət tamaşanın leytmotivinə çevrilir.
Heyranedici rejissor quruluşu! Əla oyun! Tamamilə ovsunedici iki saatlıq hekayət mövsümün parlaq teatr təəssüratı oldu və tamaşaçı auditoriyasının sürəkli alqışları ilə qarşılandı.
Xatırladaq ki, iyunun 1-də Roman Viktyuk Teatrı Azərbaycan Dövlət Musiqili Teatrının səhnəsində Mixail Kuzminin “Çəkməli pişik” tamaşasını göstərib. İyunun 2-də saat 20:00-da isə “ÜNS” teatrında Roman Viktyukun yaradıcılıq gecəsi keçiriləcək.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

