Kinoteatrlarımızın dekabr afişası...
01.12.2016 [09:47]
Bu ilin sonuncu ayında tamaşaçılara bir-birindən maraqlı filmlər təqdim olunacaq
Son zamanlar kinoteatrlara maraq ötən illərlə müqayisədə xeyli artıb. Yeni kinoteatr zallarının açılması, bir neçə iri alış-veriş mərkəzində yeni kino salonlarının yaradılması, köhnə kinoteatrların təmir edilib müasir formada tamaşaçıların ixtiyarına verilməsi bu sahəyə olan diqqət və inkişafdan xəbər verir. Kinoteatrlarımızda dünya kinosunun ən maraqlı yeni filmlərini əhatə edən repertuar ilə yanaşı, milli filmlərin təqdimatı, xarici ölkələrin “Kino günləri” və “Kino həftələri” keçirilməyə başlanılıb. Gələcəkdə isə bir çox maraqlı tədbirlərin, premyeraların keçirilməsi planlaşdırılır. Bu sayımızda istirahət vaxtını film izləməklə keçirmək istəyənlər üçün təqdim olunan ekran əsərləri haqqında məlumat verib, onlara bələdçilik etmək istədik. Bəs hazırda kinoteatrlar Bakı sakinlərinə və şəhərimizin qonaqlarına hansı filmləri təqdim edirlər?
“Müttəfiq”
Bu günlərdə paytaxtımızın kinoteatrlarına üz tutanlara təqdim olunan filmlərdən biri 2016-cı ildə Oskar mükafatlı amerikalı rejissor Robert Zemeckis tərəfindən ərsəyə gətirilən “Müttəfiq” (Allied) filmidir. Filmin ssenari müəllifi britaniyalı Steven Knightdır. Baş rollarda isə Bred Pitt, Marion Cotillard, Jared Harris və başqaları iştirak edirlər.
ABŞ istehsalı olan filmin dekabrın 1-də Azərbaycanda premyerası keçiriləcək. Romantika və triller janrında olan 125 dəqiqəlik film ekstrimdən zövq alanlar üçün bir göz qırpımında keçəcək. Qeyd edək ki, kinonun IMDB xalı 7.2-dir.
Sözügedən film İkinci Dünya müharibəsi illərində bir-birinə aşiq olan iki gəncdən bəhs edir. Kəşfiyyatçı Maks 1942-ci ildə Şimali Afrikada düşmən xəttində döyüşən zaman əks-kəşfiyyatçı Marianna ilə tanış olur. Bir-birlərinə aşiq olan qəhrəmanlarımızın yolları yenidən Londonda kəsişir. Müharibənin yaratdığı böyük imtahan qarşısında cütlük müqavimət göstərməyə çalışacaq.
“Gizli gözəllik”
Dekabrın 15-də isə “Gizli gözəllik” (Collateral beauty) filminin premyerası keçiriləcək. ABŞ istehsalı olan və 2016-cı ildə ərsəyə gələn filmin rejissor kreslosunda “Şeytan brend geyinər” filmindən tanıdığımız David Frankel oturub.
Baş rollarda Will Smith, Kate Winslet, Keira Knightley və başqaları iştirak ediblər. Qeyd edək ki, dram janrında olan 97 dəqiqəlik kinonun ssenari müəllifi Allen Loebdir.
Filmin süjet xətti isə Manhettendə yaşayan reklamçının faciəvi həyatı üzərində qurulub. Qəhrəmanımızın həyatında ağır depressiya ilə nəticələnən faciə baş verir. İş yoldaşları isə ona kömək etmək üçün qeyri-adi plan fikirləşirlər. Lakin onların bu cəhdi gözlənilməz vəziyyətlə nəticələnir.
“Yeni il korporativi”
Dekabrda kinosevərlər üçün “Yeni il” haqqında çəkilmiş bir-birindən maraqlı filmlər də nümayiş olunacaq. “Yeni il korporativi” (Office Christmas Party) adlanan film 2016-cı ildə amerikalı rejissorlar Will Speck və Josh Gordon tərəfindən ərsəyə gətirilib. ABŞ istehsalı olan filmin dekabrın 8-də Azərbaycanda premyerası keçiriləcək. Filmin aktyor heyətində Jennifer Aniston, Kate McKinnon, Olivia Munn və digərləri yer alıblar. Qeyd edək ki, komediya janrında olan 105 dəqiqəlik filmin ssenari müəllifləri isə Justin Malen və Laura Solondur.
Dreamworks imzalı filmin ana xəttini ofisin binasında yeni il şənliyi keçirən bir qrup gəncin macəraları təşkil edir. Filmin mövzusu olduqca tanış gəlsə də, bu işi digərlərindən fərqləndirən başlıca məqam, heç şübhəsiz, aktyorların rəngarəng ifalarıdır. Önəmli simaları bir araya toplayan bu layihə haqqında film tənqidçiləri də müsbət rəy veriblər.
“Yolkalar 5”
Komediya sevən tamaşaçılar üçün dekabrın 22-də “Yeni il” mövzusunda daha bir filmin premyerası keçiriləcək. Rusiya istehsalı olan “Yolkalar 5” adlanan filmin rejissorları Timur Bekmambetov, Aleksandr Kott və Vadim Perelmandır. Baş rolları isə aparıcı və aktyor İvan Urqant, Sergey Svetlakov, Mariya Şukşina və başqaları bölüşüblər. Əsərdə də vurğulandığı kimi, nəsillər dəyişir, amma yolkalar qalır. Komediya janrında olan filmin sevimli qəhrəmanları yenidən qayıdırlar. Artıq heç bir şey əvvəlki kimi deyil. Onların həyatları tamamilə dəyişib. Qəhrəmanlarımızın başlarına gələn bir-birindən maraqlı hadisələri izləyərkən vaxtınızın necə keçdiyini belə anlamayacaqsınız.
“Oğlan evi 2”
Hazırda Bakının əsas kinoteatrlarında yerli filmlərə maraq xarici filmlərə maraqdan heç də geri qalmır. Yeri gəlmişkən bildirək ki, premyeralar sırasına yerli istehsalımız olan “Oğlan evi 2” filmi də daxildir. Ötən ilin ən uğurlu kinokomediyalarından biri olan bu filmin II hissəsi dekabrın 1-də tamaşaçıların ixtiyarına veriləcək. Filmin rejissoru İlham Qasımovdur. Baş rollarda isə Elcan Rəsulov, Nicat Rəhimov, Elşən Hacıbabayev, Qurban Məsimov və Hüseyn Əzizoğlu çıxış edəcəklər.
Komediya janrında olan “Oğlan evi 2”nin əsas hadisələri filmin birinci hissəsindən ən çox yadda qalan “Baba” obrazının ətrafında cərəyan edir. Cənubi azərbaycanlı Pərvaz Müstəvi Bakıda toy təşkili ilə məşğul olmaq qərarına gəlir. Atasından yadigar qalan bahalı avtomobilini kirayə vermək üçün İrandan Bakıya gətirəndə onu yarı yolda oğurlayırlar. Maşını itirdikdən sonra müflis olmaq təhlükəsilə üzləşən Pərvaz və şəriki Yavər ölkənin ən amansız avtomobil fırıldaqçıları ilə tanış olurlar.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32

