Qazax xalqının böyük oğlu Düsen Kaseinov bütün türk dünyasında sevilir
15.04.2017 [10:26]
Bakıda “Düsen Kaseinov-70” kitabının təqdimatı olub
Aprelin 14-də Azərbaycanda Atatürk Mərkəzində TÜRKSOY-un baş katibi, professor Düsen Kaseinovun 70 illik yubileyi ilə bağlı çap edilmiş kitabın təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Azərbaycanda Atatürk Mərkəzi ilə birgə hazırladığı “Düsen Kaseinov-70” adlı kitab “Elm və təhsil” nəşriyyatı tərəfindən yüksək poliqrafik keyfiyyətdə çap edilib.
Kitabda Azərbaycanın tanınmış elm, mədəniyyət və ictimai xadimlərinin TÜRKSOY-un baş katibi Düsen Kaseinovun 70 illik yubileyi münasibətilə təbrik yazıları toplanıb. Nəşrin məsləhətçisi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, Əməkdar Elm Xadimi, Milli Məclisin deputatı Nizami Cəfərov, redaktorları Elçin Qafarlı, Əkbər Qoşalı, tərtibatçısı Dəyanət Osmanlıdır.
TÜRKSOY-un baş katibinin 70 illik ömür yoluna nəzər salan kitab Prezident İlham Əliyevin Düsen Kaseinovun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında imzaladığı Sərəncamla açılır.
Təqdimat mərasimində çıxış edən AMEA-nın müxbir üzvü Nizami Cəfərov yubilyarın ömür yoluna nəzər salaraq onun türk dünyasının birliyi naminə gördüyü işləri yüksək qiymətləndirib. Qeyd edib ki, D.Kaseinovun türk dünyasında və türkdilli dövlətlər arasında böyük nüfuzu var. Nəşrdə yer alan yazılar D.Kaseinova yüksək hörmət və ehtiramın göstəricisidir.
Kitabda mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin, xarici işlər naziri Elmar Məmmədyarovun, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın, Xalq yazıçıları Elçinin və Anarın, Xalq artistləri Firəngiz Əlizadənin, Fərhad Bədəlbəylinin, Ağaverdi Paşayevin, Rauf Abdullayevin və digər görkəmli insanların təbrikləri toplanıb.
TÜRKSOY-un fəaliyyətini yüksək qiymətləndirən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva deyib ki, Düsen Kaseinovun rəhbərliyi altında bu təşkilat bir çox nailiyyətlərə imza atıb. TÜRKSOY türkdilli xalqların sahib olduğu mədəniyyətin dünyaya tanıdılması və gələcək nəsillərə ötürülməsi ilə bağlı effektiv fəaliyyət göstərməklə bu xalqlar arasında həmrəyliyin daha da güclənməsində mühüm rol oynayır. Düsen Kaseinovun yorulmaz fəaliyyəti nəticəsində TÜRKSOY türkdilli xalqların mədəniyyətlərinin təbliği istiqamətində dünyanın müxtəlif ölkələrində, beynəlxalq təşkilatlarda əhəmiyyətli tədbirlər həyata keçirib. Bunun nəticəsində qurumun nüfuzu son illər durmadan artır.
Günay Əfəndiyeva əminliklə bildirib ki, yaxın gələcəkdə rəhbərlik etdiyi təşkilat və TÜRKSOY təkcə mədəniyyət sahəsində deyil, ümumiyyətlə türk dünyasının qardaşlıq və həmrəyliyi naminə uğurlu layihələr həyata keçirəcək.
Düsen Kaseinovun yubileyinin bir sıra türkdilli ölkələrdə silsilə tədbirlərlə qeyd edildiyini bildirən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev onu çox alicənab bir insan kimi xarakterizə edib. Düsen Kaseinovun rəhbərlik etdiyi TÜRKSOY-un türk dünyasına məxsus mədəni irsin qorunub dünya ictimaiyyətinə çatdırılmasında xidmətlərini yüksək dəyərləndirən V.Əliyev deyib: “Düsen Kaseinov bu qurumun rəhbəri kimi üzərinə düşən öhdəlikləri böyük həvəs və fədakarlıqla yerinə yetirir. TÜRKSOY az maddi imkanlar daxilində çox böyük işlər görür. Bu işlərin görülməsində sözsüz ki, Düsen Kaseinovun böyük nüfuzu, hörməti danılmazdır. Təşkilat Azərbaycan mədəniyyətinə və mədəni irsinə həsr olunmuş mühüm layihələr reallaşdırır. TÜRKSOY-un 2017-ci ili “Mola Pənah Vaqif ili” elan etməsi bizə imkan verir ki, Vaqifin timsalında Azərbaycan mədəniyyətini, ədəbiyyatını bütün türk dünyasında təbliğ edək”.
V.Əliyev vurğulayıb ki, Düsen Kaseinov 70 yaşında da yorulmadan axtarışdadır və yeni-yeni layihələrin həyata keçirilməsinə, türk dünyasının birliyinə çalışır.
Düsen Kaseinovun TÜRKSOY üçün tapılmış adam olduğunu qeyd edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib ki, yubilyarın keçdiyi zəngin həyat yolu və qazandığı böyük nüfuz onun nadir şəxsiyyətlərdən olduğunu göstərir. O, nəinki səlahiyyətlərindən, həm də şəxsi münasibətlərindən istifadə edərək çox böyük işlər görür. Təşkilatın strategiyasının müəyyən olunması və reallaşan layihələrin uğuru birbaşa onun rəhbərinin zəngin təcrübəsinin bəhrəsidir. Qazax xalqının böyük oğlu Düsen Kaseinova bu gün bütün türk dünyasında, eləcə də Azərbaycanda böyük məhəbbət bəslənilir.
Düsen Kaseinov sülhün və tərəqqinin, dostluq və qardaşlığın, insanların rahat yaşayışının təmin olunması üçün çalışır. O, mədəniyyətlər, dinlər və təriqətlər arasında dialoq və inteqrasiya tərəfdarıdır. Bu istiqamətdə məqsədyönlü fəaliyyətinə görə ayrı-ayrı dövlətlərin orden və medalları ilə təltif olunub.
AZƏRTAC-ın Baş direktoru Aslan Aslanov, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının müşaviri Gülnarə Ağalarova, Qazaxıstanın və Qırğızıstanın ölkəmizdəki səfirləri Beybit İsabayev və Aycigit Buranov, Milli Məclisin deputatı Qənirə Paşayeva, Xalq artistləri Siyavuş Kərimi, Rauf Abdullayev, Ağaverdi Paşayev, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, Xəzər Universitetinin təsisçisi, direktorlar və qəyyumlar şurasının sədri, professor Hamlet İsaxanlı, Əməkdar İncəsənət xadimləri Sərdar Fərəcov və İmruz Əfəndiyeva yubilyarı təbrik edərək ona ən xoş arzularını bildiriblər.
Təqdimat mərasimindən sonra Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın dövlət müstəqilliklərinin bərpasının 25-ci ildönümü münasibətilə TÜRKSOY-un təsis etdiyi medallar təqdim olunub.
Sonda xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxSosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34

