/ / Mədəniyyətlərarası və Dinlərarası dialoq üzrə UNESCO kafedralarının ikinci akademik forumu keçirilib
Mədəniyyətlərarası və Dinlərarası dialoq üzrə UNESCO kafedralarının ikinci akademik forumu keçirilib
05.05.2017 [10:23]
Mayın 4-də Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində UNESCO mədəniyyətlərarası və dinlərarası kafedralarının ikinci akademik forumu keçirilib.
AZƏRTAC xəbər verir ki, mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva akademik forumu açaraq müzakirə ediləcək mövzuların aktuallığından danışıb. Bildirib ki, Azərbaycan tərəfi bu toplantıya böyük əhəmiyyət verir. Çünki 2015-ci ildə III Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində bu toplantının birincisi Bakıda təşkil edilib.
Nazir müavini deyib: “Biz UNESCO-nun müvafiq istiqamətdə fəaliyyətini daim dəstəkləyirik. Bu tədbir “Bakı prosesi”nin, habelə dünyada mədəniyyətlərarası dialoqun təhlili baxımından da əhəmiyyətlidir. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə mədəniyyətlər arasında dialoqun qurulması məqsədilə “Bakı prosesi” təşəbbüsü irəli sürülüb. Bu təşəbbüs çərçivəsində 2008-ci il dekabrın 2-3-də Bakıda Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda konfransı, “Bakı prosesi”nin davamlılığını təmin etmək məqsədilə 2009-cu il oktyabrın 13-15-də paytaxtımızda İslam ölkələri mədəniyyət nazirlərinin VI konfransı keçirilib. Avropa konfransına 10 müsəlman ölkəsindən, İslam ölkələri nazirlər konfransına isə Avropadan 10 ölkənin Azərbaycan tərəfindən dəvət edilməsi ilə dövlətimiz beynəlxalq tədbirlərin formatına yeni ənənələr gətirib. Bunun davamı olaraq 2010-cu il sentyabrın 23-də BMT Baş Məclisinin 65-ci sessiyasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşəbbüsü elan edilib. Beləliklə, Azərbaycan regional təşəbbüsdən qlobal miqyasa çıxıb. Nəticədə, Azərbaycan Prezidentinin təşəbbüsü ilə əsası qoyulmuş “Bakı prosesi” çərçivəsində 2011-ci, 2013-cü və 2015-ci illərdə I, II və III Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları, habelə 2016-cı ildə BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu ölkəmizdə yüksək səviyyədə təşkil edilib. 170-dən çox ölkənin, nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri, dünyanın tanınmış şəxsiyyətləri və elm adamları da daxil olmaqla sözügedən forumların ümumi iştirakçılarının sayı təqribən 10 minə yaxın olub və bu iştirakçılar intellektual və idarəetmə sahələrində dünyanın nüfuzlu insanlarıdır. Eləcə də Bakı Beynəlxalq Humanitar forumları, Dünya Dini Liderlərinin Sammiti, Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən təşkil edilən forumlar dövlət siyasətimizin vahid strateji xəttini nümayiş etdirir”.
Tədbirdə UNESCO-nun baş direktorunun müavini xanım Nada əl-Nashif Azərbaycan ilə təmsil etdiyi təşkilat arasında əlaqələrdən söz açıb və dövlətimizin dəstəyini yüksək dəyərləndirib. Bildirib ki, UNESCO mədəniyyətlərarası və dinlərarası kafedralarının birinci akademik forumundan keçən müddətdə Azərbaycanın UNESCO-ya dəstəyi, cəlb edilən komandaların gördüyü işlər təqdirəlayiqdir. Birinci toplantıdan bəri bir çox işlər görüldüyünü, Parisdə görüşlər keçirildiyini, şəbəkə platformasının genişləndiyini deyən Nada əl-Nashif IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun proqramının zəngin olduğunu qeyd edib. O, Forum çərçivəsində UNESCO-nun mədəniyyətlərarası dialoqun problem və perspektivləri - siyasətdən nəzəriyyə və təcrübəyə doğru məsələlərini əhatə edən kitabının təqdimatının olacağını diqqətə çatdırıb.
Xanım Nada əl-Nashif deyib: “Akademik forum çoxsaylı çağırışlarla dolu keşməkeşli bir zamanda keçirilir. Siyasi elitanın bir araya gəlməsinə böyük ehtiyac var. Ona görə də bu forum bir fürsət kimi üzləşdiyimiz problemlərin müzakirəsi, müxtəlif mədəniyyətlərin bir araya gəlməsi baxımından önəmlidir”.
Qeyd edilib ki, UNESCO məktəb və sığınacaqlar tikməsə də, sülh proseslərinə təkan vermək üçün mədəni savadlılıq, uğurlu təcrübələrin təbliği məsələsində mühüm rol oynayır. Bununla belə proqressiv proqramlara ehtiyac duyulur ki, bu da əməkdaşlıq çərçivəsində yaradıla bilər. Ümumiyyətlə, tədbirlərin hamısı səriştəli savadlılıq səviyyəsində həyata keçirilir.
İclasda UNESCO-nun mənəvi ənənələrin müqayisəli tədqiqi, onların konkret mədəni və dinlərarası dialoqu kafedrası üzrə rəsmisi Alina Venkova, Kolumbiya Milli Universitetinin professoru Jorj Enrik Qonzales və başqaları birinci akademik forumdan keçən müddət ərzində görülən işlərdən danışıblar və gələcək fəaliyyət barədə təkliflərini bildiriblər.
Xatırladaq ki, Bakıda Mədəniyyətlərarası və Dinlərarası dialoq üzrə UNESCO kafedralarının 1-ci akademik forumu 2015-ci il mayın 19-da keçirilib.
Xəbər lenti
Hamısına baxDünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58

