Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / “Baku Chamber Orchestra”nın İsmayıllıda konserti olub

“Baku Chamber Orchestra”nın İsmayıllıda konserti olub

02.08.2017 [10:04]

Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin və “Gilan Holdinq”in dəstəyi ilə keçirilən IX Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Baku Chamber Orchestra” Kamera Orkestri avqustun 1-də İsmayıllıda “Talıstan forest” istirahət mərkəzində konsert proqramı ilə çıxış edib.
AZƏRTAC xəbər verir ki, açıq səhnədə çoxsaylı tamaşaçıların izlədiyi konsertdə orkestri Əməkdar İncəsənət Xadimi, dirijor Fuad İbrahimov idarə edib. Konsertdə P.Sarasatenin “Navarra”, Azərbaycan xalq mahnıları “Gəl bizə”, “Sarı gəlin” və “Qaragilə”, A.Vivaldinin “İlin fəsilləri” silsiləsindən “Yay”, F.Bədəlbəylinin “Dəniz” simfoniyası, Q.Qarayevin “İki rəqs”, Niyazinin “Qaytağı”, F.Əmirovun “Nizami”, L.Andersonun “Plink, Plank, Plunk” əsərləri səsləndirilib.
Konsertin sonunda musiqiçilərə təşəkkür edən rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Azərbaycanda ənənəyə çevrilən Qəbələ Beynəlxalq Musiqi Festivalının mədəniyyətlərarası inteqrasiyada əhəmiyyətindən danışıb və növbəti festivallar çərçivəsində İsmayıllıda daha geniş konsertlərin təşkil ediləcəyinə ümidvar olduğunu bildirib.

Paylaş:
Baxılıb: 974 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

18 Aprel 08:33  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30