UNESCO-nun baş qərargahında “Bakı Prosesi” beynəlxalq işçi qrupunun iclası keçirilib
30.03.2019 [09:24]
UNESCO baş qərargahında Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayevin sədrliyi ilə “Bakı Prosesi” beynəlxalq işçi qrupunun iclası keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, UNESCO Katibliyinin, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, ISESCO-nun rəsmiləri və işçi qrupunun digər üzvlərinin iştirakı ilə keçirilən iclasda V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun proqramı və konsepsiya sənədləri müzakirə edilib.
Əbülfəs Qarayev qeyd edib ki, “Bakı Prosesi” Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildən həyata keçirilir və bu proses çərçivəsində son 10 ildə 4 dəfə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, 6 dəfə Bakı Beynəlxalq Humanitar Forum, Nazirlər Konfransları və digər beynəlxalq tədbirlər təşkil edilib. Bu proses BMT-nin baş katibi tərəfindən təşkilatın əsas platforması kimi elan edilib və bu baxımdan “Bakı Prosesi” və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu qlobal xarakter alıb.
UNESCO-nun rəsmisi, təşkilatın Mədəniyyətlərarası dialoq və tərəfdaşlıq departamentinin rəhbəri Maqnus Maqnusson təmsil etdiyi qurumun bu prosesin həyata keçirilməsində fəal iştirak etdiyini, bu prosesin əsas tərəfdaşlarından biri olduğunu və budəfəki forum çərçivəsində UNESCO tərəfindən 5 tədbirin təşkil ediləcəyini qeyd edib.
BMT-nin Sivilizasiyalar Alyansı, ISESCO, Avropa Şurasının rəsmiləri və Forumun ekspertlər qrupunun üzvü, Böyük Britaniyanın Koventri Universitetinin professoru Mayk Hardi Forumun proqramı ilə bağlı fikirlərini səsləndiriblər və qərara alınıb ki, proqram üzrə müzakirə mövzuları, plenar sessiyalar barədə son təkliflər aprelin 5-dək təqdim edilsin. Qeyd olunub ki, budəfəki Forum diskriminasiya, qeyri-bərabərlik və münaqişələrin qarşısının alınmasında dialoqun gücləndirilməsi mövzularını əhatə edəcək və bu çərçivədə mədəni müxtəlifliyin çoxtərəfli idarə olunması, gənclərin liderliyi və onların bu proseslərdə rolu, eyni zamanda, miqrasiya və insan təhlükəsizliyi məsələləri xüsusi əhəmiyyət kəsb edəcəkdir. Forum çərçivəsində, həmçinin Beynəlxalq Təşkilatların Rəhbərlərinin II Toplantısı və Nazirlər Konfransı da keçiriləcəkdir.
Sonda nazir Əbülfəs Qarayev 2017-ci ildə keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun yekunlarını xatırladaraq növbəti Forumun prosesin davamı olaraq xüsusi yeniliklərlə yadda qalacağını və Forumun yekununda Fəaliyyət Planının qəbul ediləcəyini bildirib.
Xəbər lenti
Hamısına baxDünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58

