Heydər Əliyev Mərkəzində “Qaratoxmaq qadın” monotamaşası nümayiş etdirilib
18.04.2019 [09:47]
Heydər Əliyev Mərkəzində dahi rus şairi Aleksandr Puşkinin eyniadlı mistik povestinin motivləri əsasında Rusiyanın Xalq artisti Yevgeni Knyazevin “Qaratoxmaq qadın” monotamaşası təqdim olunub.
AZƏRTAC xəbər verir ki, tamaşadan əvvəl Yevgeni Knyazev jurnalistlərlə söhbətində öz fikirlərini bölüşüb: “Aleksandr Sergeyeviç Puşkinin yaradıcılığı rus ədəbiyyatında müstəsna yerə malikdir. O, rus dilinin formalaşmasında böyük rol oynayıb. Bu il dahi şairin 220 illiyi qeyd edilir. Mən Bakıya gəlmək və Heydər Əliyev Mərkəzində çıxış etməklə bağlı dəvəti məmnuniyyətlə qəbul etdim. Azərbaycanda iki dəfə olmuşam. Bu müddətdə Bakı heyrətamiz dərəcədə dəyişib. Dünən bulvar boyu sahildə gəzişirdim. Şəhərin gözəlliyindən zövq alırdım. Mənim çoxlu azərbaycanlı dostlarım var və sevinirəm ki, Rusiya və Azərbaycanı bu cür isti dostluq əlaqələri birləşdirir”.
Sonra “Qaratoxmaq qadın” monotamaşasının nümayişi olub. Yevgeni Knyazev böyük məharətlə Geman, Liza və qrafinya obrazlarını canlandırıb. Artistin çıxışı bakılı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, Yevgeni Knyazev tanınmış teatr və kino aktyorudur. O, teatr məktəbində təhsilini başa vurduqdan sonra Moskvada Y.Vaxtanqov adına Teatrda fəaliyyətə başlayıb, 1996-cı ildə isə bu teatrda “Qaratoxmaq qadın” tamaşasında German rolunu ifa edib. Həmin əsər Pyotr Fomenko tərəfindən səhnələşdirilib. Bir neçə ildən sonra aktyor səhnədə tərəf müqabillərindən imtina edir və təkcə German rolunu deyil, həmçinin Liza və qrafinya obrazlarını da canlandıraraq “Qaratoxmaq qadın” tamaşasını tək yaradır.
Y.Knyazevin minimum dekorasiyadan istifadə olunduğu tamaşada parlaq ifa tərzi, öz qəhrəmanlarını məharətlə canlandırması tamaşaçılara Aleksandr Puşkin yaradıcılığının sehrli aləminə nüfuz etmək imkanı verir.
Aktyor Y.Vaxtanqov adına Teatrın səhnəsində onlarla obraza səhnə həyatı bəxş edib, eyni zamanda, bir sıra başqa teatrlarla da əməkdaşlıq edib. O, kinoda ilk dəfə 1983-cü ildə çəkilib və “Gecikmiş məhəbbət” filmində epizodik rolda oynayıb.
Y.Knyazev sonralar filmlərdə baş rolları ifa edib, həmçinin ekran əsərlərində tarixi obrazları canlandırıb, 2000-ci illərdə isə seriallarda çəkilməyə başlayıb. Aktyor Volf Messinq, İosif Stalin, Lev Trotski, Boris Pasternak kimi tarixi şəxsiyyətlərin obrazlarını məharətlə canlandırıb. O, teatrda və kinoda oynadığı rollarla böyük tamaşaçı sevgisi qazanıb.
Xəbər lenti
Hamısına baxDünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27

