Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / İrəvan teatrı qastrol səfərinə hazırlaşır

İrəvan teatrı qastrol səfərinə hazırlaşır

26.12.2019 [09:42]

Mədəniyyət Nazirliyi İmadəddin Nəsiminin 650 illiyi ilə əlaqədar silsilə tədbirlər həyata keçirməkdə davam edir. Bu tədbirlər planı çərçivəsində Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı şair-dramaturq İftixarın “Haqq mənəm” tamaşası ilə dekabrın 25-dən 26-dək Balakən, İmişli və Saatlı rayonlarında qastrol səfərində olacaq.
Bu barədə qəzetimizə teatrın mətbuat katibi Teymur Bayramov məlumat verib.
İkihissəli tarixi elegiyanın quruluşçu rejissoru, quruluşçu rəssamı və xoreoqrafı Əməkdar mədəniyyət işçisi İftixar Piriyev, tərtibatçı rəssamı Vahid Mürsəliyev, musiqi tərtibatçısı Çingiz Xəlilov, rejissor assistenti Bəhruz Hikmətoğludur.
Rolları Natiq Həziyev, Əməkdar artist Sərvər Əliyev, Bəhruz Hikmətoğlu, Məhərrəm Musayev, Müdvər Nemətova, Niyaməddin Səfərəliyev, Əmrulla Nurullayev və başqaları ifa edəcəklər.
MÜŞFİQƏ

Paylaş:
Baxılıb: 889 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

18 Aprel 08:33  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30