Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / ƏSA Teatrının aktyorların ifasında “Adamlar və Siçanlar” tamaşası nümayiş olunacaq

ƏSA Teatrının aktyorların ifasında “Adamlar və Siçanlar” tamaşası nümayiş olunacaq

22.01.2020 [17:11]

Azərbaycanın əlilliyi olan və olmayan aktyorlardan ibarət inklüziv ƏSA Teatrı fevralın 12-də yenidən tamaşaçıların görüşünə gələcək.
“Yeni Azərbaycan” xəbər verir ki, məşhur yazıçı, Nobel mükafatı laureatı Con Steynbekin müəllifi olduğu əsər quruluş dəyişikliyi ilə daha maraqlı və gözlənilməz sonluqla bitəcək.
Tamaşa Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində təqdim olunacaq.
Qeyd edək ki, Con Steynbekin “Adamlar və siçanlar haqqında” əsərinin motivləri əsasında hazırlanan “Adamlar və Siçanlar” tamaşası Bakı ilə yanaşı, Naxçıvanda da anşlaqla nümayiş olunub.
Səhnə əsəri insanlara mərhəmət, alicənab hisslər, xeyirxahlıq kimi yüksək mənəvi keyfiyyətlər aşılayır.
Tamaşanın quruluşçu rejissoru Nihad Qulamzadə, baş meneceri Nicat Qulam, multimedia meneceri Elxan Xanəlizadə, işıq rəssamı Binyamin Sailovdur.
Rolları Elşən Əsgərov, Elvin Mirzəyev, Aysel Feziyeva, Niyaz İlyasoğlu, İmran Lalayev, Elsevər Rəhimov, Fərid Əliyev, Günay Məmmədova, Cəmilə Məmmədli və Bəhram Rəhimov ifa edəcək.

Paylaş:
Baxılıb: 802 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

18 Aprel 08:33  

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Qarşıdakı 4 ildə...

17 Aprel 11:12  

Gündəm

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30