Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Heydər Əliyev Fondunun təşkilatçılığı ilə UNESKO-nun baş qərargahında Azərbaycan xalçalarının sərgisi açılacaq

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə UNESKO-nun baş qərargahında Azərbaycan xalçalarının sərgisi açılacaq

25.01.2020 [11:09]

Yanvarın 29-da Parisdə UNESKO-nun baş qərargahında “Yeni kəşflər: Azərbaycan xalçaçılığında yeni motivlər” adlı sərgi açılacaq.
AZƏRTAC xəbər verir ki, sərgi Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Fransadakı Səfirliyi və UNESKO-dakı daimi nümayəndəliyinin təşkilatçılığı ilə reallaşacaq.
Xatırladaq ki, bu sərgi ilk dəfə 2019-cu ildə Fransanın Kann şəhərində Azərbaycan mədəniyyəti günləri çərçivəsində təqdim olunub.
Azərbaycan xalçaçılığında yeni “Şəki xalçaları” qrupunun yaradılması məqsədi daşıyan layihə çərçivəsində xalçaçı-rəssam, Xalq rəssamı Eldar Mikayılzadənin eskizləri əsasında iki il ərzində müxtəlif xalçalar toxunub. Həmin xalçalarda Şəki Xan Sarayı və Şəkixanovlar evinin ornamentlərindən, Şəkiyə aid motivlərdən istifadə edilib.
Sərgi UNESKO-nun baş qərargahında fevralın 4-dək nümayiş olunacaq.

Paylaş:
Baxılıb: 794 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

18 Aprel 08:33  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30