Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Xalq rəssamı Fərhad Xəlilov: Şuşa xalçalarını yenidən burada görmək bizə qürur hissi yaşadır

Xalq rəssamı Fərhad Xəlilov: Şuşa xalçalarını yenidən burada görmək bizə qürur hissi yaşadır

31.08.2021 [09:53]

Şuşa xalçalarını yenidən burada görmək bizdə qürur hissi yaşadır. Şuşa xalçaları doğurdan da möcüzədir. Bu gün biz hədsiz xoşbəxtik. Görürük ki, nə qədər böyük işlər görülüb.
Bunu Şuşada keçirilən Vaqif Poeziya Günləri çərçivəsində Heydər Əliyev Fondu tərəfindən təşkil edilən sərgilərlə bağlı təəssüratını bölüşən Azərbaycan Rəssamlar Birliyinin sədri, Xalq rəssamı Fərhad Xəlilov AZƏRTAC-a müsahibəsində söyləyib.
Xalq rəssamı deyib: “Biz doğrudan da yeni həyat yaşayırıq, Vətən müharibəsində Qələbə və bu gün aparılan bərpa işləri bizi bir millət kimi yeni mərhələyə qaldırır. Bir daha Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya bu günü bizə yaşatdıqları üçün təşəkkür edirəm”.
Xatırladaq ki, Vaqif Poeziya Günləri çərçivəsində avqustun 30-da Şuşadakı Yaradıcılıq Mərkəzində “Yaddaş. Fotoqrafik tarix”, Rəsm Qalereyasında “Qarabağ - Azərbaycan mədəniyyətinin incisidir” və Xalçaçılıq Qalereyasında “Yenidən doğma diyarda. Qarabağın sənət inciləri” adlı sərgilər açılıb.

Paylaş
Baxılıb: 97 dəfə

Xəbər lenti

Hamısına bax

Neftin qiyməti artıb

01 Dekabr 15:31

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31